Şvabe mafiyasının əmri: Azərbaycanda seçkilər
Siyasət 05 Fev 2024 20:34:00 621 0
AŞPA Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üçün dəvət almasa da, bu strukturda Azərbaycan əleyhinə addımların əsas dirijoru olan alman deputat Frank Şvabe və onun mafiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prosesə müdaxilə missiyasına qarşı açıq təzyiq və şantajlara əl atırlar.
Bu xəbəri də oxu: İlham Əliyev: Azərbaycanın Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq
Son.az caliber.az-a istinadən bildirir ki, bir müddət əvvəl BBC-yə müsahibəsində F. Şvabe faktiki olaraq ATƏT-in müşahidə missiyasını təhqir etmişdi. Lakin indi Şvabe və onun dəstəsi büroya təsir göstərmək üçün şəxsi əlaqələri olan missiya üzvlərindən istifadə edir, onlara müvafiq göstərişlər göndərir. Əsas tələb odur ki, seçkiləri gözdən salmaq, müsbət cəhətləri əks etdirməmək üçün yalnız mənfi cəhətləri aşkar edib şişirtmək gərəkdir.
F. Şvabenin adamları və onun missiyadakı dəstələri bu məqsədlə öz "yoldaşlarını" açıq şəkildə hədələyir və şantaj edirlər.
Qeyd edək ki, ATƏT-in missiyasında ABŞ, Fransa kimi ölkələrdən sifarişləri yerinə yetirən, F.Şvabe ilə əlaqədə olanlar çoxdur. Bu seçkidə onlar əslində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu yox, öz gündəmlərini güdürlər. Bizdə olan məlumata görə, bu şəxslər Davranış Kodeksini və Müşahidəçi Metodologiyasını pozaraq, yalnız seçkiləri nüfuzdan salmağa yönəlmiş "faktlar"ı tapmaq tapşırığı daşıyırlar. Onlar da öz növbəsində yekunda maksimum qərəzli və mənfi hesabat hazırlamaq üçün bu tələblə missiyanın digər üzvlərinə göstərişlərə əməl etmələri üçün təzyiq göstərirlər.
Görünür, F. Şvabe və onun dəstəsi, eləcə də ATƏT missiyasındakı "dostlar" hələ də 7 fevral seçkilərinin Azərbaycan üçün əhəmiyyətini dərk etməyiblər. Onlar hələ də başa düşə bilməyiblər ki, seçkiləri gözdən salmaq cəhdi Qarabağdakı Böyük Qələbəyə kölgə salmaq cəhdindən başqa bir şey deyil.
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.
"Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz h
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edil
Nigeriyanın şimal-qərbində silahlı şəxslər tərəfindən azı 35 qadın
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələri
"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cə
Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləm�
Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin tə
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minat�
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam h�
Müğənni Mənzurə Musayeva ARB-də yayımlanan "Günaydın Azərbaycan