MDB PAnın nümayəndə heyəti Məzahir Pənahovla görüşüb
Digərləri 05 Fev 2024 19:38:00 298 0
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) geniş tərkibdə nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) olub.
Son.az Secki-2024.az-a istinadən xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov MDB PA-nın Müşahidə Missiyasının rəhbəri, nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Respublikası Parlamentinin Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov və nümayəndə heyətinin üzvləri ilə görüşüb. Qonaqları ölkəmizdə görməkdən məmnun qaldığını bildirən MSK sədri seçki prosesini izləmək üçün Azərbaycan tərəfinin dəvətini qəbul etdiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.
MSK sədrinin sözlərinə görə, budəfəki seçkilər həm də ona görə əlamətdardır ki, Azərbaycanın bütün ərazilərini əhatə edəcək. Nümayəndə heyətini seçkilərə hazırlıqla bağlı ətraflı məlumatlandıran Məzahir Pənahov seçicilərin və müşahidəçilərin sayı, bülletenlerin çapı və digər məsələlər barədə qonaqları məlumatlandırıb, xeyli sayda beynəlxalq təsisat və təşkilatın seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkiyə hazırlıq Azərbayan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb və seçicilərin rahat səs verə bilməsi üçün hərtərəfli şərait yaradılıb.
MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə səmimi əlaqələrini qeyd edib.
Dəvətə və etimada görə təşəkkürünü bildirən Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanov prezident seçkilərində Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində baş tutacağına inandığını söyləyib. Vurğulayıb ki, Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı naminə layiqli namizədə səs verəcəklərindən əmindir.
Missiya rəhbəri seçki prosesinə hazırlıq işinin yüksək səviyyə olduğunu və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu qeyd edərək, bu işdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının fəaliyyətini yüksək qiymətləndirib.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski də öz növbəsində təşəkkürünü ifadə edərək Azərbaycanda olmaqdan, seçkiləri müşahidə etməkdən məmnunluğunu ifadə edərək fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şəraitin yaradıldığını diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin tə
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minat�
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam h�
Müğənni Mənzurə Musayeva ARB-də yayımlanan "Günaydın Azərbaycan
Byanka ləqəbi ilə məşhurlaşan Rusiyalı müğənni Tatyana Eduardovna Lipn
"Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan v
2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlar�
Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə ç�
2023-cü ilin yanvar-dekabr aylarında Əlcəzairdən Türkiyə limanlarına 8 m
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döv
Rusiyada avtoritar rejim Kremlə Ukraynadakı döyüş meydanında vəziyyətlə
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonund
Tanınmış televiziya aparıcısı Nərgiz Cəlilova maraqlı açıqlamaları i
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fev