“Ona Xəlildən uzaq dur, deyirdim, bizi məhv etdi” – Tanınmış şəxsin oğlu qəzada necə ölüb? FOTO


Digərləri 01 İyn 2023 19:12:00 121 0

“Ona Xəlildən uzaq dur, deyirdim, bizi məhv etdi” – Tanınmış şəxsin oğlu qəzada necə ölüb?  FOTO

Tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun qəza zamanı oğlu Nurlan Mənsimlinin ölümündə günahkar olan sürücüyə hökm oxunub. 

Son.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 20.11.2022-ci ildə 1994-cü il təvəllüdlü Nurlan Mənsimliyə məxsus BMW LZ dövlət nişanlı avtomobili içkili halda idarə edərək qəza törədən 1993-cü il təvəllüdlü Xəlil Əsədli 4 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. 

O, Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.

Məhkəmədə ifadə verən Xəlil Əsədli bildirib ki, hadisə baş verən gün Nurlan Mənsimli ilə birlikdə "Parlament" prospektində yerləşən "Birbaşa" adlı pivə evində pivə içiblər.  O, və Nurlan Mənsimli artıq sərxoş olduqlarından onun avtomobilini idarə etmək üçün Şamil adlı dostlarını çağırıblar. Şamil onun avtomobilini idarə edib, mərhum Nurlanla o isə avtomobildə sərnişin qismində əyləşib. Bir qədər gəzdikdən sonra Nurlan Şamilə avtomobili asta, yəni aşağı sürətlə sürdüyünü deyib: "Bu nə maşın sürməkdir? Sən sürə bilmirsən" və sükan arxasından düşüb arxa oturacağa keçməsini, maşını Xəlilin idarə etməsini dəfələrlə tələb edib. 

Bundan sonra Şamil avtomobili idarə etmək üçün Xəlilə verib. Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi BMW markalı avtomobili maneəyə çırpıb. Nəticədə avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.

Mərhumun atası Mirzəxan Mənsimov cinayət işinin ibtidai istintaqı zamanı ərizə verərək təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını desə də, məhkəmədə Xəlil Əsədlidən şikayətçi olduğunu açıqlayıb: 

"Xəlil içki içən olduğundan onun həyat tərzi xoşuma gəlməyib. Həmişə oğlumun ondan uzaq olmasını istəyirdim. Mərhum oğlum içki içən, siqaret çəkən olmayıb. Xəlil yalan danışır. O, ailəmizi məhv etdi. Hadisə vaxtı Xəlilin övladımın maşınını 80 km/saat sürətlə sürməsinə də inanmıram. İnsanların belə hadisələri törətmiş şəxslərin hansı cəzaya layiq olmalarından dərs almaları və təqsirləndirilən şəxsin sərxoş halda maşın idarə etməyin cəzasının nə olduğunu bilmələri üçün təqsirkar şəxsin ciddi şəkildə cəzalandırılmasını istəyirəm".

Məhkəmənin qərarı ilə Xəlil Əsədli ona təyin edilmiş 4 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkəcək.

Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb like
  • 01 İyn 19:10  
Siyasət Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik

arrow Ətraflı
Hamilələrin iş yerləri ilə bağlı qaydalar like
  • 01 İyn 19:04  
Digərləri Hamilələrin iş yerləri ilə bağlı qaydalar

"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyi

arrow Ətraflı
Sabah bu ərazilərdə like
  • 01 İyn 19:02  
Digərləri Sabah bu ərazilərdə

02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində

arrow Ətraflı
"Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək  FOTO like
  • 01 İyn 18:50  
Digərləri "Ford"un bu modeli yalnız Çin üçün istehsal ediləcək FOTO

Ford şirkəti sedanların istehsalından imtina edib, Avropada satılan Mondeo

arrow Ətraflı
Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi like
  • 01 İyn 18:48  
Digərləri Ermənistanda 4 müstəntiq narkotikə görə həbs edildi

Ermənistanda paytaxt İrəvanın Arabkir rayonunun istintaq şöbəsinin 4 müs

arrow Ətraflı
Tibbi arayışlara güzəşt tətbiq ediləcək like
  • 01 İyn 18:36  
Digərləri Tibbi arayışlara güzəşt tətbiq ediləcək

Sağlamlıq haqqında arayışlar üçün tariflər tibbi xidmətlərin maya də

arrow Ətraflı
14 xəstə Xankəndidən Ermənistana aparıldı like
  • 01 İyn 18:20  
Siyasət 14 xəstə Xankəndidən Ermənistana aparıldı

BQXK nümayəndələri bu gün növbəti dəfə Laçın yolunda Azərbaycanın n

arrow Ətraflı
Rublun dəyişdirilməsində çətinliklər yaşanır  VİDEO like
  • 01 İyn 18:12  
Digərləri Rublun dəyişdirilməsində çətinliklər yaşanır VİDEO

Rus rublunun dəyişdirilməsində çətinliklər yaşanır.

arrow Ətraflı
İraqda məhbus həyatı sürmüş 3 qadın like
  • 01 İyn 18:06  
Siyasət İraqda məhbus həyatı sürmüş 3 qadın

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əl

arrow Ətraflı
İmran Xanın partiyasının prezidenti like
  • 01 İyn 18:04  
Dünya İmran Xanın partiyasının prezidenti

Pakistanın sabiq Baş naziri İmran Xanın Pakistan Ədalət Hərəkatı Partiy

arrow Ətraflı
BMWnin bu modeli 324 km/saat sürətlə hərəkət edir  FOTOlar like
  • 01 İyn 18:02  
Digərləri BMWnin bu modeli 324 km/saat sürətlə hərəkət edir FOTOlar

Alpina şirkəti təkmilləşdirdiyi BMW 8 Series modelini bir il bundan əvvəl

arrow Ətraflı