Ordumuzun ilk əməliyyatında Ruben Vardanyan birinci qaçanlardan olacaq
Siyasət 01 İyn 2023 14:51:00 240 0
Kişinyov görüşü sülh danışıqlarında son görüş deyil.
Bu xəbəri də oxu: Avropa İttifaqının Bakı səhvləri: Brüssel yanlış yoldan əl çəkəcəkmi?
Bu barədə Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
"Bundan sonra da Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda görüşlərin keçirilməsi mümkündür. Gözlənilən odur ki, Brüsseldə əldə edilmiş siyasi razılıqlar Kişinyovda bir daha təsdiqlənsin. Bu Almaniya və Fransa liderlərinin və Şarl Mişelin iştirakı ilə gtörüşdə Ermənistanın baş naziri tərəfindən öhdəliklərin bir daha təsdiqlənməsi olduqca vacib məsələdir. Artıq Azərbaycan və Ermənistan arasında masa üzərində sənəd var və bu sənəddə rəqəmlərlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınmasından söhbət gedir. Qarabağın Azərbaycan ərazisi kimi olduqca vacibdir. Biz gözləyirik ki, Nikol Paşinyan artıq bunu sözdə yox əməldə etsin. Cənab prezident İlham Əliyevin Laçında separatçılara xəbərdarlıq etməsi onunla bağlıdır ki, separatçılar Qarabağdan rədd olmalıdır. Bununla bağlı Rusiya və qərb tərəfinin məlumatları var. ABŞ dövlət departamentinin və Avropa İttifaqının prezidenti Şarl Mişelin prezident İlham Əliyevin bəyanatını dəstəkləməsi də onu göstərir ki, Ermənistan tərəfindən əgər sülh mətnində Qarabağ məsələsi öz həllini taparsa sonrakı mərhələdə separatçıların ya könüllü şəkildə təslim olması ya da Azərbaycanın güc vasitəsilə onlara bunu vadar etməsiylə nəticələnəcək", - deyə o bildirib.
Politoloq qeyd edib ki, Laçında sərhəd-keçid məntəqəsinin qoyulmasından sonra Qarabağdakı separatçılar tam olaraq pis vəziyyətə salındılar.
"Onların belə çətin vəziyyətdə qalmaları fonunda Ruben Vardanyan kimilərinin bəyanatı yerli erməniləri aldatmaqdan başqa nəsə deyil. Əgər Ruben Vardanyan təslim olmaq istəmirsə Azərbaycan Ordusuyla vuruşsun. Əlbəttəki yox. Ordumuzun ilk əməliyyatında birinci qaçanlardan olacaq. Ruben Vardanyanın bəyanatı Rəsmi Bakıya imkanlar yaradır ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında və onların dəstəyi ilə ordakı qanunsuz hərbi birləşmələri məhv etsin", - deyə Z.Məmmədov əlavə edib.
Rusiya lideri Vladimir Putinin Haaqada "layiqli istirahətə" göndər
Masallı və Cəlilabadda kartof ucuzlaşıb. Yerli fermerlər bildirir ki, məh
Avstraliyalı müğənni Sia ilk dəfə psixoloji xəstəliyindən danışıb. U
"1985-ci ilə qədər hansı film çəkilibsə, hamısına dəvət almışa
Müğənni Samir Piriyevin sosial media hesabındakı paylaşımı diqqət çək
Marinkanın azad edilməsində çeçen birləşmələri ilə sıx əməkdaşlıq
Bakıda yeni evlənən cütlük toyda onlara verilən bəxşişi kommunal xidmə
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.
Aktrisa Kəmalə Piriyevanın başına maraqlı hadisə gəlib.
Ermənistanla Rusiya arasında "KTMT" gərginliyi səngimək bilmir. R
Qaxda keçmiş sevgililər arasında mübahisə olub.
Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məs
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (K
Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığ
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi.