Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi


Siyasət 10 Yan 2025 08:40:00 102 0

Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi

Paşinyanın Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərə cavab kimi Azərbaycana ünvanladığı təkliflərdə hər şey erməni maraqları kontekstində əks olunsa da, İrəvanın 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 maddədən birini - Bakının tələblərindən birini qəbul etdiyi nəticəsi ortaya çıxır.

- Beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək;

- ATƏT-in Minsk Qrupunu buraxmaq;  

Son.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Birinci məsələ sülh sazişi mətninə daxildir, ikinci məsələ Bakının əsas tələblərindən biridir. Hərçənd, erməni baş nazir birinci məsələni "beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək" formasında təqdim etməklə mötərizə də açır: bütün iddialardan imtina edilməsi deyəndə Nikol daha çox "ərazi iddiası" kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur.

Lakin 17 maddədən biri - üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması (Avropa Birliyinin "müşahidə missiyası") - açıq olaraq qalır. Nikol təkliflərində buna toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyanın son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu.

"90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı" təklif edən Paşinyan bununla razılaşdırılmayan maddəni arxa plana keçirmək istəyir. Halbuki hər şey 17 maddəlik mətndən ibarət deyil, danışıqların gündəliyi daha genişdir (Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiyanın açılması (Zəngəzur dəhlizi), demarkasiya prosesi). 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər.

Bütün bunların fonunda "2025-ci ildə sülh sazişi imzalana bilərmi" sualı aktuallaşır. İndiyə qədər danışıqların gündəliyi və atmosferini geosiyasi proseslər müəyyən edirdi, sülh sazişi mətninin 17 maddə çərçivəsinə salınması da (eləcə kommunikasiyanın sülh mətnindən çıxarılması) bunun nəticəsi idi. Bundan sonra hadisələrin inkişafının üç məqamdan asılı olacağı görünür:

1. Bu il Bakı-İrəvan danışıqlarının atmosferinin necə olacağı;

2. Sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşması;

3. Geosiyasi proseslərin inkişafı və regiona təsiri.

Bu üç məqamın arasında ən həlledici olan sonuncudur - geosiyasi hadisələrin inkişafı, xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri.

Namiq Azərlə son "Whatsapp" yazışmasını paylaşdı like
  • 10 Yan 08:32  
Şou-biznes Namiq Azərlə son "Whatsapp" yazışmasını paylaşdı

Meyxanaçı Namiq Qaraçuxurlu mərhum aktyor Azər Baxşəliyevlə son "Wh

arrow Ətraflı
Dəhşətli şaxtalar, qar, soyuq gəlir – Ekspertdən xəbərdarlıq like
  • 10 Yan 08:26  
Digərləri Dəhşətli şaxtalar, qar, soyuq gəlir – Ekspertdən xəbərdarlıq

Almaniyada dəhşətli şaxta səbəbindən onlarla təyyarə reysi təxirə sal

arrow Ətraflı
ABŞdəki yanğın peykdən belə görünür like
  • 10 Yan 08:18  
Dünya ABŞdəki yanğın peykdən belə görünür

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində yanğınlar davam edi

arrow Ətraflı
"Putin mənimlə görüşmək istəyir" like
  • 10 Yan 08:10  
Dünya "Putin mənimlə görüşmək istəyir"

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunl

arrow Ətraflı
Tolik MTVdən bu kanala getdi like
  • 10 Yan 07:56  
Şou-biznes Tolik MTVdən bu kanala getdi

"İndi daha böyük kütləsi və 25 illik böyük bir tarixçəsi olan &qu

arrow Ətraflı
Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü like
  • 10 Yan 07:48  
Digərləri Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü

Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.

arrow Ətraflı
SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi like
  • 10 Yan 07:28  
Digərləri SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi

"İranın Bəşər Əsədlə münasibətləri Suriyanın İsrailə qarşı

arrow Ətraflı
Türkiyənin məşhur yarışma proqramı ekranlara qayıdır  FOTO like
  • 10 Yan 07:16  
Şou-biznes Türkiyənin məşhur yarışma proqramı ekranlara qayıdır FOTO

Türkiyədə bir zamanların ən çox baxılan proqramlarından olan və 2014-20

arrow Ətraflı
Səhər kofe içənlər daha çox yaşayır  ARAŞDIRMA like
  • 10 Yan 06:33  
Digərləri Səhər kofe içənlər daha çox yaşayır ARAŞDIRMA

Yeni araşdırma səhər qəhvə içməyin sağlamlığa olan təsirlərini üz�

arrow Ətraflı
Daş adam xəstəliyi: Bədən ikinci bir skelet meydana gətirir like
  • 10 Yan 06:06  
Digərləri Daş adam xəstəliyi: Bədən ikinci bir skelet meydana gətirir

Daş adam xəstəliyi, tibb elmi ilə Fibrodysplasia ossificans progressiva (FOP

arrow Ətraflı
Alkoqolun xərçənglə əlaqəsi varmı?  TƏDQİQAT like
  • 10 Yan 05:05  
Digərləri Alkoqolun xərçənglə əlaqəsi varmı? TƏDQİQAT

1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng üzrə Be

arrow Ətraflı
Leonardo Di Kaprio məşhur serialda rol alacaq? like
  • 10 Yan 04:04  
Şou-biznes Leonardo Di Kaprio məşhur serialda rol alacaq?

Hollivud aktyoru Leonardo Di Kaprionun "Netflix"in "The Squid Gam

arrow Ətraflı
6 aylıq uşaq bir ayda 45 min dollar qazandı  FOTO like
  • 10 Yan 03:03  
Digərləri 6 aylıq uşaq bir ayda 45 min dollar qazandı FOTO

Britaniyalı ana Paris Qouf oğullarının işləyib pul qazandığını açıql

arrow Ətraflı
Xalq artisti qızı ilə Baham adalarında  FOTOlar like
  • 10 Yan 02:02  
Şou-biznes Xalq artisti qızı ilə Baham adalarında FOTOlar

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə ABŞ-yə yollanıb.

arrow Ətraflı
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL like
  • 10 Yan 01:01  
Digərləri Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

Arıqlamağa mane olan hormonal problemlər (məsələn, insulin müqaviməti, t

arrow Ətraflı