“Atam dedi ki, əgər məndən soruşub gedirsənsə icazə vermirəm, soruşmayıb gedirsənsə sən adda oğlum yoxdur”


Kriminal 01 İyn 2023 14:15:00 177 0

“Atam dedi ki, əgər məndən soruşub gedirsənsə icazə vermirəm, soruşmayıb gedirsənsə sən adda oğlum yoxdur”

"1985-ci ilə qədər hansı film çəkilibsə, hamısına dəvət almışam. Ya fotosınaqlardan, ya kinosınaqlardan keçmədin deyiblər. Guya da. Bilirsiniz də, əvvəlcə fotosınaqlar olurdu, sonra kamera qarşısında oynayırdıq. Bəlkə də mənim gücüm onlara çatmayıb. Amma bəlirli bir qrup idi, ona görə də ora düşmək çətin idi. Mən həmişə demişəm bunu, təkrar etmək məcburiyyətindəyəm, hər hansı kinonun, tamaşanın edə biləcəyini, ən məşhur siyasət adamları da edə bilmir. O vaxtı kinoteatrlara filmlər gəlirdi, kinoteatrlar dağılırdı. Kinonun təbliğatı, kinonun çatdıracağı mesajı heç kim çatdıra bilmir. Bu baxımdan kino çox qiymətli incəsənət növüdür".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktyoru Füzuli Hüseynov deyib.

Sənətkar atası ilə bağlı etiraf edib.

"Şofer olmaq istəyirdim, bu həqiqətdir. 4-cü sinifdən maşın sürürdüm. Birinci il universitetə daxil ola bilmədim, kəsilib doğma rayonuma-Balakənə geri qayıtdım. Dostlarım dedi ki, "Qazaxıstanda iş var, böyük tır maşınlar üçün kursdur, onu oxuyub bitirirsən, sonra da sürürsən". Atam nahar vaxtı işdən evə gəldi. Anam dedi ki, oğlun gedir. O zaman 18 yaşım var idi. Kişi üzümə baxıb dedi ki, "əgər məndən soruşub gedirsənsə, icazə vermirəm, yox əgər soruşmayıb gedirsənsə, sən adda mənim oğlum yoxdur, bura qayıtma". Çamadanı atıb, evdə oturdum. Atamın o sözündən sonra getmədim" deyə sənətkar bildirib.

Aktyor "Təhminə" filmindəki Spartak obrazından da danışıb.

"Əslində orada oynamalı bir şey yox idi. Sadəcə olaraq əsər populyar idi. Elə aktyorlar olub ki, rəhmətə gedəni də var, sağ olanı da. 27-28 filmdə baş rol alıblar. Amma küçədə bir adamdan soruşursan ki, "filan adda, soyadda aktyoru tanıyırsan?". Biri deyir ki, "hə televizorda şeir deyəndir". Biri deyir ki, "hə, o gün efirdə ekspert qismində nəsə danıırdı". Amma Həsənağa Turabov deyən kimi Gəray bəy, Qəmlo deyəndə Məlik Dadaşov yada düşür. Nöqtə qoyulmuş obrazlar var. Nə yaxşı ki, mənim taleyimə heç olmasa bu düşüb ki, tanımayanda mənə Spartak deyirlər. Nə yaxş ki, məni şeir deyən kimi tanımırlar" deyə sənətkar bildirib.

Lalə Məmmədova, İradə İbrahimova və Samir Piriyev 30 il əvvəl like
  • 01 İyn 13:53  
Şou-biznes Lalə Məmmədova, İradə İbrahimova və Samir Piriyev 30 il əvvəl

Müğənni Samir Piriyevin sosial media hesabındakı paylaşımı diqqət çək

arrow Ətraflı
Marinkanı çeçenlər ələ keçirəcək like
  • 01 İyn 12:58  
Digərləri Marinkanı çeçenlər ələ keçirəcək

Marinkanın azad edilməsində çeçen birləşmələri ilə sıx əməkdaşlıq

arrow Ətraflı
Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı like
  • 01 İyn 12:47  
Digərləri Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı

Bakıda yeni evlənən cütlük toyda onlara verilən bəxşişi kommunal xidmə

arrow Ətraflı
Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı like
  • 01 İyn 12:42  
Siyasət Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlandı

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

arrow Ətraflı
Azərbaycanlı aktrisanı ilan qorxutdu like
  • 01 İyn 12:36  
Şou-biznes Azərbaycanlı aktrisanı ilan qorxutdu

Aktrisa Kəmalə Piriyevanın başına maraqlı hadisə gəlib.

arrow Ətraflı
Paşinyan Rusiyanı Ukrayna ilə like
  • 01 İyn 12:25  
Digərləri Paşinyan Rusiyanı Ukrayna ilə

Ermənistanla Rusiya arasında "KTMT" gərginliyi səngimək bilmir. R

arrow Ətraflı
Azərbaycanda sevgililər arasında telefon davası like
  • 01 İyn 12:14  
Kriminal Azərbaycanda sevgililər arasında telefon davası

Qaxda keçmiş sevgililər arasında mübahisə olub.

arrow Ətraflı
Belçikanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında danışıb like
  • 01 İyn 12:11  
Siyasət Belçikanın Baş naziri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu haqqında danışıb

Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məs

arrow Ətraflı
Ordunun rəhbər şəxsləri toplandı, like
  • 01 İyn 12:10  
Siyasət Ordunun rəhbər şəxsləri toplandı,

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (K

arrow Ətraflı
Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm like
  • 01 İyn 12:09  
Siyasət Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığ

arrow Ətraflı
Azərbaycan sübut etdi ki, o, Avropanın etibarlı enerji tərəfdaşıdır like
  • 01 İyn 12:08  
Siyasət Azərbaycan sübut etdi ki, o, Avropanın etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi.

arrow Ətraflı
Lerikdə Mərakeş çəyirtkələri yayılıb like
  • 01 İyn 12:03  
Digərləri Lerikdə Mərakeş çəyirtkələri yayılıb

​Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə​ yayılıb

arrow Ətraflı
Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ like
  • 01 İyn 11:52  
Şou-biznes Brilliant Dadaşova evliliyinin 35 illiyini QEYD ETDİ

Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilik

arrow Ətraflı
391 uşaq övladlığa götürülüb, 287si öz ailələrinə geri qaytarılıb like
  • 01 İyn 11:41  
Digərləri 391 uşaq övladlığa götürülüb, 287si öz ailələrinə geri qaytarılıb

Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarix

arrow Ətraflı