Paşinyan Rusiyanı Ukrayna ilə
Digərləri 01 İyn 2023 12:25:00 259 0
Ermənistanla Rusiya arasında "KTMT" gərginliyi səngimək bilmir. Rəsmi İrəvan artıq neçənci dəfədir ki, Kremlin himayəsi altında qurulan təşkilatı hədəfə alan bəyanatlarla çıxış edir. Bu dəfə də baş nazir Nikol Paşinyan növbəti dəfə Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) tənqid edib. Özü də bu qalmaqallı açıqlamasını Amerika qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən "Ermənistan Demokratiya Forumu"nda səsləndirib. Bildirib ki, Ermənistanın müttəfiqləri ilə münasibətlərini yenidən "nəzər keçirmək" qərarına gəlib.
Bu xəbəri də oxu: Bakının məşhur bazarı bu əraziyə köçürülür
O bildirib ki, 2021-ci ilin mayında Azərbaycan guya Ermənistan ərazisini işğal edəndə və eskalasiya yarananda KTMT-nin buna reaksiyası "sıfır" olub. O zaman, onun fikrincə, Ermənistan dövlətçiliyini itirə bilər. Bundan sonra Ermənistanda bəzi yüksək rütbəli hərbçilərin eskalasiyanın qarşısını almaq üçün heç bir tədbir görmədiyi üzə çıxıb və onlardan bəziləri həbs olunub.
Yada salaq ki, İrəvan KTMT-ni mütəmadi olaraq belə tezislə tənqid edir ki, guya Azərbaycan və Ermənistan arasında yaranmış vəziyyətə görə bu qurum Ermənistan tərəfində hərəkət etmir. Bu günlərdə Nikol Paşinyan Ermənistanın strukturdakı üzvlüyünün dondurulmasına, hətta ondan çıxmasının mümkünlyünü bildirib. Rəsmi Moskva dəfələrlə Qərbin Ermənistana təsir göstərməyə çalışdığını vurğulayıb.
İrəvan Moskvanı Uktayna ilə şantaj edir
Forumda da Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq bəyan edib ki, respublika Ukrayna ətrafındakı vəziyyətlə bağlı və Rusiyaya münasibətdə öz mövqeyini müəyyənləşdirməli olacaq. Hökumət başçısı qeyd edib ki, Ukrayna ətrafında hadisələr başlayanda guya Ermənistan müəyyən dərəcədə beynəlxalq platformalarda müxtəlif səsvermələr zamanı balanslı mövqe tutmağa cəhd edib. Və bu mövqe bütün tərəfdaş dövlətlər tərəfindən məmnunluqla qarşılanıb. Amma zaman, necə deyərlər, dəyişib və Paşinyan faktiki olaraq Ermənistanı qərar verməyə çağırıb. "Aydındır ki, zaman keçdikcə Ermənistan və bütün digər ölkələr üçün manevr meydanı daralır. Bu, çox ciddi çağırışdır, hər dəfə hamı üçün, xüsusən də öz həssaslığını nəzərə alaraq Ermənistan üçün problemə çevrilir", - Paşinyan bildirib.
Əlavə edək ki, bu, Ermənistan liderinin sanksiyalar mövzusuna ilk dəfə toxunması deyil. Mayın ortalarında Nikol Paşinyan Rusiyaya görə Qərbin sanksiyaları altına düşmək təhlükəsinin "qırmızı xətləri" adlandırmışdı. "Sanksiyalar bizim qırmızı xətlərimizdir. Və biz bunu ruslara açıq şəkildə deyirik: biz sizi incitmək istəmirik, amma özümüz sanksiyalara məruz qalmağa imkan vermirik. Burada heç bir sirr yoxdur", - Nikol Paşinyan bildirib. Aprelin 26-da BMT Baş Assambleyasının 77-ci sessiyası zamanı Ermənistan Avropa Şurası ilə əməkdaşlığa dair qətnaməni dəstəkləyib və bu qətnamədə "Rusiyanın Ukraynaya qarşı təcavüzü" adlandırılıb.
Azər Nuriyev Son.az
Qaxda keçmiş sevgililər arasında mübahisə olub.
Biz Azərbaycanı Moldovada Avropa Siyasi Sammitində görməyə və enerji məs
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (K
Azərbaycan ilə Bolqarıstan arasında son dərəcə məhsuldar əməkdaşlığ
Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olduğunu sübut etdi.
Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə yayılıb
Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilik
Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarix
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq "
2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Z
Texniki təcrübəsi və sənayedə qabaqcıl yenilikləri ilə Samsung Electron
"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziy
Xalq artisti Brilliant Dadaşova və həyat yoldaşı Ədalət Hacıyev evlilikl
Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda d�