Mars planeti yanvarın 16da Bakıdan adi gözlə aydın görünəcək
Digərləri 10 Yan 2025 14:06:00 200 0
Mars planeti yanvarın 16-da adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq.
Bu xəbəri də oxu: Şəkidə ağır qəza: Ölən və yaralananlar var
Son.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Mars həmin vaxt qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir:
"Qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq.
Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq".
Vurğulanıb ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.
Önümüzdəki günlərdə ulduzlar mümkün xəyal qırıqlığı ilə bağlı

Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddət

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə başsağlığı verib.

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanı

Yaponiya hökuməti Rusiyadan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, h

Türkiyənin Adana şəhərində qadın boşanmaq ərəfəsində olan ərinə ic

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən fermaların birində

Qarabağda işğalın sona çatması ilə bölgədə dayanıqlı sülh və sabit

Yeddi dəfə məhkum olunan Şirvan sakinindən odlu silah götürülüb.

Prezident İlham Əliyev 14 iyun 2019-cu il tarixli "Nəqliyyat, Rabitə v�

Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universitet ilə bağl

Bugünkü hava şəraiti migrenə meyilli insanlar üçün çətinlik yarada bil

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr

Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 4
