Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir
Digərləri 01 İyn 2023 10:58:00 274 0
Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda dəniz külək enerjisinin inkişafı yol xəritəsinin əsas sponsorudur.
Bu xəbəri də oxu: Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Böyük Britaniyan baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi çərçivəsində deyib.
"30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz yaşıl enerjiyə daha çox diqqət yetiririk", - o deyib.
Bundan əlavə, o, Böyük Britaniyanın yaşıl enerjiyə keçidlə bağlı işçi qrupunun olduğunu da bildirib.
Bundan əlavə, Emma Nikolson bu sahədə çoxsaylı tədbirlərdən, o cümlədən Azərbaycanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Böyük Britaniyaya səfərindən, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindəki tədbirlərdən, eləcə də enerji sektorunda kadr potensialının artırılmasından danışıb.
"Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək", - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, mayın 31-dən iyunun 3-dək Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri keçirilir.
Son.az
İsmayıllıda ötən günün ikinci yarısından başlayan külək sonradan gü
İranda möbvcud fars molla rejiminin ölkədə yaşayan xalqlara, xüsusən də
"Çimnaz məndən hələ də əl çəkmir. Bilmirəm niyə görə?! Belə f
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüs
Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş n
Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qar
"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərər�
Müğənni Xatirə İslamın qardaşı Turalın səhhətində problem yaranıb.
Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq e
Mayın 31-də Nikolayev vilayətində Ukrayna hərbçiləri Rusiyanın 5 pilotsu
30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin do
İyunun ilk günü Ay Əqrəb bürcünə daxil olacaq. Astroloqların proqnozuna
Ukraynanın NATO üzvlüyünə Moskva deyil, bu ölkə və NATO müttəfiqləri