Balakən polisindən əməliyyat:


Kriminal 01 İyn 2023 10:25:00 151 0

Balakən polisindən əməliyyat:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az -a verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3 400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib.

Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır? like
  • 01 İyn 09:52  
Siyasət Kişinyovda müzakirə ediləcək əsas mövzular hansılardır?

Bu gün Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş n

arrow Ətraflı
Ailələr arasında dava like
  • 01 İyn 09:41  
Digərləri Ailələr arasında dava

Türkiyənin Van şəhərində iki ailə arasında daş, çubuq və bıçaqla da

arrow Ətraflı
Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi like
  • 01 İyn 09:30  
Digərləri Toyuğun "sürpriz" yumurtası görənləri şok etdi

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qar

arrow Ətraflı
Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər? like
  • 01 İyn 09:19  
Digərləri Bu gündən əmlakını sığortalamayanlar cərimələnəcəklər?

"Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərər�

arrow Ətraflı
Xatirənin qardaşı təcili əməliyyat olundu like
  • 01 İyn 09:12  
Şou-biznes Xatirənin qardaşı təcili əməliyyat olundu

Müğənni Xatirə İslamın qardaşı Turalın səhhətində problem yaranıb.

arrow Ətraflı
Kiyev atəşə tutuldu, ölənlər var like
  • 01 İyn 08:59  
Dünya Kiyev atəşə tutuldu, ölənlər var

Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq e

arrow Ətraflı
Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu like
  • 01 İyn 08:53  
Dünya Rusiyanın 5 PUAsı Nikolayevdə vuruldu

Mayın 31-də Nikolayev vilayətində Ukrayna hərbçiləri Rusiyanın 5 pilotsu

arrow Ətraflı
Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq? like
  • 01 İyn 08:47  
Digərləri Keçmiş məcburi köçkünlərin əvvəl müvəqqəti yaşadıqları evlərin aqibəti necə olacaq?

30 ilə yaxın doğma yurd həsrəti ilə yaşamış məcburi köçkünlərin do

arrow Ətraflı
Bürcləri nə gözləyir?  Sevgi, pul, işgüzar səfər... like
  • 01 İyn 08:26  
Digərləri Bürcləri nə gözləyir? Sevgi, pul, işgüzar səfər...

İyunun ilk günü Ay Əqrəb bürcünə daxil olacaq. Astroloqların proqnozuna

arrow Ətraflı
Bu qərarı Rusiya verə bilməz  Norveç like
  • 01 İyn 08:19  
Dünya Bu qərarı Rusiya verə bilməz Norveç

Ukraynanın NATO üzvlüyünə Moskva deyil, bu ölkə və NATO müttəfiqləri

arrow Ətraflı
Milt Larsen vəfat etdi like
  • 01 İyn 08:12  
Digərləri Milt Larsen vəfat etdi

Amerikanın məşhur aktyoru və sehrbazı Milt Larsen vəfat edib.

arrow Ətraflı
Yadplanetlilərlə bağlı söhbətə amerikalı alim də qoşuldu: Onlarla rastlaşmışıq  FOTO like
  • 01 İyn 08:07  
Digərləri Yadplanetlilərlə bağlı söhbətə amerikalı alim də qoşuldu: Onlarla rastlaşmışıq FOTO

"Yadplanetlilər Yer kürəsinə gəliblər və hələ də buradadırlar&qu

arrow Ətraflı
Kürəkən uşağın 40 günündə like
  • 01 İyn 08:00  
Kriminal Kürəkən uşağın 40 günündə

Tovuzun Aşağı Quşçu kəndində iki qardaş bıçaqlanıb.

arrow Ətraflı
Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi like
  • 01 İyn 07:54  
Dünya Ərdoğan onu andiçmə mərasiminə dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orb

arrow Ətraflı
Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı like
  • 01 İyn 07:47  
Digərləri Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxdı

Misir fironu Tutanxamonun əsl üz cizgiləri 3300 il sonra ortaya çıxıb.

arrow Ətraflı