İsrail Prezidenti İlham Əliyevi təbrik edib


Siyasət 28 May 2023 19:46:00 111 0

İsrail Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"İsrail Dövləti və vətəndaşları adından Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan güclü, firavan dövlətə çevrilib və bütün regionda uğurlu iqtisadi inkişafın nümunəsi, sabitliyin sütunu hesab olunur. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik.

İsrail ilə Azərbaycanın strateji müttəfiqliyi və tərəfdaşlığı illər ərzində daha da güclənmiş, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanmışdır.

Azərbaycan Respublikasının İsrail Dövlətində səfirlik açmaq barədə Sizin müdrik qərarınız məni sevindirmişdir. Səfirliyin açılması Sizin atanız, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün dünyada qeyd olunduğu ilə təsadüf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkələrimiz arasındakı dostluğun və strateji tərəfdaşlığın əsasını qoymuşdur.

Gözəl ölkəniz barədə, onun tarixi və mədəniyyəti, Nizami Gəncəvinin poeziyası, Azərbaycanın təbiəti və görməli yerləri, xalqınızın istiqanlılığı və qonaqpərvərliyi haqqında çox eşitmişəm. Buna görə də həyat yoldaşım Mixal və mən gözəl ölkənizə səfəri, Zati-alinizlə, həmçinin birinci xanım Mehriban Əliyeva ilə görüşümüzü səbirsizliklə gözləyirik.

Azərbaycanın bu mötəbər bayramı münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizi Sizdən bir daha xahiş edirəm. Cənab Prezident, bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə rifah arzulayıram".

Dünyanın ən çox ac qalan insanı: 382 gün heç nə yeməyib  FOTO like
  • 28 May 19:29  
Digərləri Dünyanın ən çox ac qalan insanı: 382 gün heç nə yeməyib FOTO

Oruc tutaraq arıqlamaq tarix boyu tez-tez istifadə edilən bir üsuldur. Ancaq

arrow Ətraflı
Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı like
  • 28 May 19:22  
Dünya Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı

Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı.

arrow Ətraflı
Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə like
  • 28 May 19:18  
Dünya Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə

İlkin hesablamalara görə seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ə

arrow Ətraflı
Seçkilərinin ikinci turunda heç bir insident yaşanmayıb  Ahmet Yener like
  • 28 May 19:15  
Dünya Seçkilərinin ikinci turunda heç bir insident yaşanmayıb Ahmet Yener

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda heç bir inside

arrow Ətraflı
Gəncədə süni göldə suyun səviyyəsi like
  • 28 May 19:07  
Digərləri Gəncədə süni göldə suyun səviyyəsi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
NATOdan Kosovoya çağırış: like
  • 28 May 18:51  
Dünya NATOdan Kosovoya çağırış:

Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməl

arrow Ətraflı
Qəhvə içməyin ziyanı və xeyri like
  • 28 May 18:40  
Digərləri Qəhvə içməyin ziyanı və xeyri

Günün müxtəlif saatında qəhvə içmək hər birimiz üçün adət halını

arrow Ətraflı
Məşhurların stilisti yay üçün ən dəbli ayaqqabıları AÇIQLADI like
  • 28 May 18:20  
Digərləri Məşhurların stilisti yay üçün ən dəbli ayaqqabıları AÇIQLADI

Müştəriləri arasında model Gigi Hadid və müğənni Ariana Qrandenin də o

arrow Ətraflı
Nişanlı qız cehiz pulunu götürüb evdən qaçdı, oteldə görüşdüyü oğlanla.... like
  • 28 May 18:00  
Kriminal Nişanlı qız cehiz pulunu götürüb evdən qaçdı, oteldə görüşdüyü oğlanla....

Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 200

arrow Ətraflı
Bu da Aygün Kazımovanın DƏBDƏBƏLİ EVİ like
  • 28 May 17:51  
Şou-biznes Bu da Aygün Kazımovanın DƏBDƏBƏLİ EVİ

Xalq artisti Aygün Kazımova ötən gün yayımladığı videolarla gündəmə

arrow Ətraflı
Sağlamlığa zərər verən dəb vərdişləri like
  • 28 May 17:20  
Digərləri Sağlamlığa zərər verən dəb vərdişləri

Gündəlik həyatımızda istifadə etməkdən zövq aldığımız paltar və ak

arrow Ətraflı
Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub  FOTO like
  • 28 May 17:15  
Siyasət Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub FOTO

Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin

arrow Ətraflı