Ərdoğan Türkiyədəki prezident seçkilərində səs çoxluğu ilə
Dünya 28 May 2023 19:18:00 256 0
İlkin hesablamalara görə seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 57,09 % səs ilə liderlik edir.
Bu xəbəri də oxu: Aktau şəhərində Azərbaycanın konsulluğu qarşısında həlak olanların xatirəsi yad edilib
Son.az xəbər verir ki, TurkicWorld bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir.
Xəbərdə deyilir ki, hazırda səslərin 42,78 %-i sayılıb.
Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 42,91 % səs toplayıb.
Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.
Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak edirlər.
May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səs vermədə iştirak ediblər.
Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərin ikinci turunda səsvermədə 0 vətəndaşın iştirak etməsi gözlənilir.
Xarici ölkələrdə keçirilən seçkilərin ikinci turunda səsvermədə iştirak edən vətəndaşların sayı isə 0 nəfər təşkil edib.
Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon 710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.
Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49,40 faiz təşkil edir.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının sayı 6,5 milyondan artıqdır.
Ümumilikdə xarici ölkələrdə yaşayan 3 milyon 416 min 98 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.
Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayının 46,70 faizinə bərabərdir.
Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820 min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir.
Səsvermənin ikinci turu 73 ölkədə və 151 diplomatik səsvermə dairəsində keçirilib.
Türkiyədə isə 0 mindən çox seçki qutusu qurulub.
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda heç bir inside
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməl
Günün müxtəlif saatında qəhvə içmək hər birimiz üçün adət halını
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizd
Müştəriləri arasında model Gigi Hadid və müğənni Ariana Qrandenin də o
Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 200
Xalq artisti Aygün Kazımova ötən gün yayımladığı videolarla gündəmə
Gündəlik həyatımızda istifadə etməkdən zövq aldığımız paltar və ak
Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin
Azərbaycan, Kipr, Liviya, Kosova və Bosniyadakı qardaşlarımız üçün əli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Bu yaxınlarda məşhur rinoplastika əməliyyatına yenilik gəlib. Yunan burn
Masallı rayonunda 1993-cü il təvəllüdlü Fərid doğma əmisi qızı, 2000-
NATO ölkələri Ukraynanın bloka daxil olması ilə bağlı razılığa gələ