Dünyanın ən çox ac qalan insanı: 382 gün heç nə yeməyib FOTO
Digərləri 28 May 2023 19:29:00 276 0
Oruc tutaraq arıqlamaq tarix boyu tez-tez istifadə edilən bir üsuldur. Ancaq uzun müddətli orucu bir çox mütəxəssis dəstəkləmir.
Bu xəbəri də oxu: Milyader Mask trilyonerlərlə görüşdü VİDEO
Son.az lent.az-a istinadən bildirir ki, dünyanın ən uzun aclığını yaşayan Anqus Barbieri 1965-ci ildə 207 kiloqram olub.
Arıqlamaqda qərarlı olan Barbieri o dövrdə həkimlərin tövsiyə etdiyi maraqlı pəhriz proqramını qəbul edib.
Dünyanın en uzun süre aç kalan insanı: Angus Barbieri tam 382 gün aç kaldı!
1965-ci ildə Şotlandiyadan olan 27 yaşlı Anqus Barbieri artıq çəkidən şikayətlənərək Dandi Universitetinin Tibb Fakültəsinə qəbul olunub. Müraciət etdiyi vaxt Barbierinin çəkisi 207 kiloqram idi. Həkimlərinin məsləhəti ilə o, tez arıqlamaq üçün 40 gündən az oruc tutan pəhrizə başlayıb.
40 gün ərzində arıqladığını görən Angus Barbieri bu aclığını davam etdirmək istədiyini və ideal çəkisi 82-yə düşmək üçün həvəsli olduğunu bildirib. Həkimlər Barbierinin daimi müşahidədə olması şərti ilə onun istəyini qəbul ediblər.
Dünyanın en uzun süre aç kalan insanı: Angus Barbieri tam 382 gün aç kaldı!
Barbieri aclıq dövründə çox vaxt evdə qalıb. Qalan vaxtda o, xəstəxanaya gedib və həkimlərin lazım bildiyi analizlərdən keçib. Həkimlər Barbierini daim müşahidə altında saxlayıblar. Bunun səbəbi, bu cür uzun müddətli aclıq pəhrizlərində ölüm hallarının olmasıdır.
Bu ölümlər Barbieri kimi arıqlamaq istəyərkən baş verib. Orucluq zamanı 2 nəfər ürək çatışmazlığından, 1 nəfər nazik bağırsaq tutmasından, 2 nəfər aclıq bitdikdən sonra təkrar qidalanma sindromundan dünyasını dəyişib.
Dünyanın en uzun süre aç kalan insanı: Angus Barbieri tam 382 gün aç kaldı!
Sonrakı dövrlərdə həkimlərin məsləhəti ilə Barbieri müxtəlif vitaminlər, natrium və kalium əlavələrindən istifadə edib. Bu müddət ərzində o, mineral su, şəkərsiz çay və qəhvə kimi kalorisiz mayelər qəbul edib. Barbierinin qan şəkəri aşağı düşüb və o, 37 ilə 48 gün arasında yalnız bir dəfə nəcis edə bilib.
Ancaq bu vəziyyət uzun müddət davam etdikdə və maddələr mübadiləsi sürəti yavaşlamağa alışdıqda heç bir mənfi təsir göstərməyib. 11 iyul 1966-cı ildə Angus Barbieri 125 kilo arıqlayıb və aclığını 82 kilo ilə tamamlayıb.
O, 382 gün oruc tutduqdan sonra bir dilim yağlı çörək, bir qaynadılmış yumurta və bir fincan qəhvə ilə səhər yeməyi yeyib. Barbieri yeməkdən çox həzz aldığını və çox tox olduğunu bildirib.
Dünyanın en uzun süre aç kalan insanı: Angus Barbieri tam 382 gün aç kaldı!
O dövrdə tədqiqatçılar bu mövzuda araşdırmalar dərc ediblər. Bu araşdırmaya görə, 117 gün oruc tutmaq obezite üçün təsirli bir müalicə idi. Ancaq bu araşdırmaya məruz qalan insanların çox az qismi bu dövrü tamamlaya bilib. Ölümlər isə təkrar yemək dövrlərində baş verib.
1970-ci illərdə bu metodun ölüm nisbətini artırması müşahidə edilib və tətbiqindən imtina olunub.
Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı.
İlkin hesablamalara görə seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ə
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda heç bir inside
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməl
Günün müxtəlif saatında qəhvə içmək hər birimiz üçün adət halını
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizd
Müştəriləri arasında model Gigi Hadid və müğənni Ariana Qrandenin də o
Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 200
Xalq artisti Aygün Kazımova ötən gün yayımladığı videolarla gündəmə
Gündəlik həyatımızda istifadə etməkdən zövq aldığımız paltar və ak
Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin
Azərbaycan, Kipr, Liviya, Kosova və Bosniyadakı qardaşlarımız üçün əli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Bu yaxınlarda məşhur rinoplastika əməliyyatına yenilik gəlib. Yunan burn