Yayın ən universal ayaqqabı dəbi FOTO
Digərləri 28 May 2023 19:35:00 200 0
Bu xəbəri də oxu: Azərbaycanda müəllim vəfat etdi FOTO
İdeal ayaqqabı o deməkdir ki, ayaqların zərifliyini pozmamalı, estetik görünməli və maksimum rahat olmalıdır. Əlbəttə ki, baletkalar və altı düz ayaqqabılar bu vəzifəni olduqca yaxşı yerinə yetirirlər. Onlar olduqca zərif görünür və geyinmək çox rahatdır. Bəzən isə obrazı dikdaban ayaqqabılarla tamamlamaq istəsək də, narahat olduğu üçün stilettoları geyinmək fikrindən daşınmaq məcburiyyətində qalırıq. Xoşbəxtlikdən, dizaynerlər bu yay hündürdaban ayaqqabıların "kitten-heel" versiyalarını təqdim ediblər.
Son.az xəbər verir ki, "kitten-heel" adlanan modellər bu yayın trendidir. Mikrodabanlara münasibət hələ də birmənalı deyil: çoxlarına elə gəlir ki, bu, ayaqqabıları yaşlı nəslin nümayəndələri üçün daha uyğundur, hətta vizual olaraq sizi daha yaşlı göstərə bilir. Lakin dizaynerlər və məşhur modaçılar bu fikirlə razılaşmırlar və bunun sübutunu həm podiumlarda, həm də küçə stilinin xronikalarında tapmaq olar.
Bəs "Kitten Heels" nədir?
İstehsalı 1950 -ci illərə təsadüf edən və yalnız 13 yaşlı qızlar üçün (cəzbedici olmaması üçün) yaradılan "Kitten Heel" ayaqqabılar, 60-ci illərdə dəbə minməyə başladı. Stilettodan daha alçaq hündürlüyü olan bu ayaqqabıları xüsusilə ofisdə çalışan və ciddi dress-kod qaydalarına əməl etməli olan işgüzar xanımlar sevəcək.
İsti mövsümdə alçaq dabanlı səndəllər faydalı olacaq. Onları tapmaq çətin deyil, lüksdən kütləvi bazara qədər demək olar ki, bütün markaların kolleksiyalarında rast gəlinir. Bu mövsümün əsas ayaqqabı trendlərindən biri minimalizmdir. Odur ki, çox bər-bəzəkli modellər axtarmayın, onlar indi o qədər də aktual deyil və bu vəziyyətin dəyişməsi ehtimalı çox azdır.
Ancaq nazik dəri qayışları olan səliqəli modellər bir əsr qulluğunuzda dayana bilər. Məsələ ondadır ki, belə səndəllər zaman keçdikcə öz aktuallığını itirməyəcək, həm də müxtəlif üslublarla asanlıqla uyğunlaşacaq, üstəlik həm ofis, həm də ziyafət üçün idealdır. Rəngə gəldikdə, bu, yalnız şəxsi seçimlərinizdən asılıdır. Əlbəttə ki, qara və bej kimi rəngləri daha çox yönlüdür, lakin digər çalarlara da laqeyd qalmayın. Seçiminizi asanlaşdırmaq üçün sizə ilham verəcək bir neçə nümunə seçmişik. (publika)
Oruc tutaraq arıqlamaq tarix boyu tez-tez istifadə edilən bir üsuldur. Ancaq
Türkiyədə seçkilərlə bağlı yayım qadağası aradan qaldırıldı.
İlkin hesablamalara görə seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ə
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda heç bir inside
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Kosovo hökuməti regionda sabitliyi pozan birtərəfli addımlardan çəkinməl
Günün müxtəlif saatında qəhvə içmək hər birimiz üçün adət halını
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizd
Müştəriləri arasında model Gigi Hadid və müğənni Ariana Qrandenin də o
Bakıda 1995-ci il təvəllüdlü Ələsgər sevgi münasibəti yaratdığı 200
Xalq artisti Aygün Kazımova ötən gün yayımladığı videolarla gündəmə
Gündəlik həyatımızda istifadə etməkdən zövq aldığımız paltar və ak
Mayın 28-də Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin
Azərbaycan, Kipr, Liviya, Kosova və Bosniyadakı qardaşlarımız üçün əli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu