Zelenski İlham Əliyevə təbrik məktubu göndərib


Siyasət 26 May 2023 16:48:00 144 0

Zelenski İlham Əliyevə təbrik məktubu göndərib

Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram".

HONOR sehrin gücünü yeməklərə qatır! like
  • 26 May 16:42  
Digərləri HONOR sehrin gücünü yeməklərə qatır!

HONOR yeni smartfonu olan HONOR Magic5 Pro modelinin üstünlüklərini nümayi�

arrow Ətraflı
Seda Sayan yenə estetiki ilə gündəmdə  VİDEO like
  • 26 May 16:40  
Şou-biznes Seda Sayan yenə estetiki ilə gündəmdə VİDEO

Türkiyənin məşhur müğənnisi Seda Sayan növbəti dəfə etdirdiyi estetik

arrow Ətraflı
Ustadan qadına bu mesaj gəldi, sevgilisi öldürdü  İnstaqramda...  FOTO like
  • 26 May 16:38  
Kriminal Ustadan qadına bu mesaj gəldi, sevgilisi öldürdü İnstaqramda... FOTO

28 yaşlı oğlan sevgilisinə "tanış olaq?" mesajını yazan kişin

arrow Ətraflı
Ermənilər yaşadıqları əraziyə konseptual münasibətlərini müəyyənləşdirməli, tarixi vaqnerizmdən əl çəkməlidirlər  Mübariz Əhmədoğlu like
  • 26 May 16:30  
Digərləri

Bu vaxtadək heç bir Ermənistan siyasətçisi, eksperti Ermənistanın təhlü

arrow Ətraflı
Oxçuçay üzərində 4 Kiçik Hidroelektrik stansiyası tikilir like
  • 26 May 16:28  
Digərləri Oxçuçay üzərində 4 Kiçik Hidroelektrik stansiyası tikilir

Oxçuçay çayı üzərində bir ədəd Başsuqəbuledici olmaqla, 4 KSES layih�

arrow Ətraflı
Suyun qiyməti ilə bağlı like
  • 26 May 16:06  
Digərləri Suyun qiyməti ilə bağlı

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.

arrow Ətraflı
Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu  VİDEO like
  • 26 May 16:04  
Şou-biznes Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu VİDEO

Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın "Sənin xətrin

arrow Ətraflı
Bu ərazilərdən sel keçib like
  • 26 May 15:56  
Digərləri Bu ərazilərdən sel keçib

Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11

arrow Ətraflı
Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib  FOTO like
  • 26 May 15:54  
Kriminal Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib FOTO

Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, düny

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır like
  • 26 May 15:46  
Kriminal Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmu

arrow Ətraflı
Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər  VİDEO like
  • 26 May 15:40  
Dünya Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər VİDEO

İordaniyada tuneldə baş verən faciənin sosial şəbəkələrdə görüntül

arrow Ətraflı