Saxta sənədlər hazırlayan şəxs saxlanıldı VİDEO


Kriminal 26 May 2023 16:16:00 232 0

Saxta sənədlər hazırlayan şəxs saxlanıldı  VİDEO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə (DİN) edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət Soltanov şübhəli şəxs qismində tutulub.

Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid 31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk,rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Suyun qiyməti ilə bağlı like
  • 26 May 16:06  
Digərləri Suyun qiyməti ilə bağlı

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.

arrow Ətraflı
Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu  VİDEO like
  • 26 May 16:04  
Şou-biznes Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu VİDEO

Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın "Sənin xətrin

arrow Ətraflı
Bu ərazilərdən sel keçib like
  • 26 May 15:56  
Digərləri Bu ərazilərdən sel keçib

Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11

arrow Ətraflı
Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib  FOTO like
  • 26 May 15:54  
Kriminal Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib FOTO

Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, düny

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır like
  • 26 May 15:46  
Kriminal Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmu

arrow Ətraflı
Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər  VİDEO like
  • 26 May 15:40  
Dünya Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər VİDEO

İordaniyada tuneldə baş verən faciənin sosial şəbəkələrdə görüntül

arrow Ətraflı
Şəhid sərhədçi gizirin övladı like
  • 26 May 15:34  
Digərləri Şəhid sərhədçi gizirin övladı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 20

arrow Ətraflı
"Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən" like
  • 26 May 15:28  
Şou-biznes "Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən"

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
"20 manatlara ehtiyacım yoxdur"  VİDEO like
  • 26 May 14:52  
Şou-biznes "20 manatlara ehtiyacım yoxdur" VİDEO

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyd

arrow Ətraflı
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib like
  • 26 May 14:44  
Siyasət Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbri

arrow Ətraflı
Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib  FOTO like
  • 26 May 14:42  
Kriminal Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib FOTO

21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyini

arrow Ətraflı
Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb like
  • 26 May 14:27  
Digərləri Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb

2022-ci ildə Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım

arrow Ətraflı
“Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...” like
  • 26 May 14:16  
Kriminal “Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...”

"Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə m�

arrow Ətraflı