Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi yaradıldı


Siyasət 26 May 2023 16:14:00 164 0

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi yaradıldı

Prezident İlham Əliyev "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs yaradılsın.

2. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra - Xidmət) Laçın və Kəlbəcər rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;

4.1.5. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Xidmətə:

4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Xidmət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

7. Xidmət:

7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Suyun qiyməti ilə bağlı like
  • 26 May 16:06  
Digərləri Suyun qiyməti ilə bağlı

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.

arrow Ətraflı
Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu  VİDEO like
  • 26 May 16:04  
Şou-biznes Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu VİDEO

Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın "Sənin xətrin

arrow Ətraflı
Bu ərazilərdən sel keçib like
  • 26 May 15:56  
Digərləri Bu ərazilərdən sel keçib

Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11

arrow Ətraflı
Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib  FOTO like
  • 26 May 15:54  
Kriminal Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib FOTO

Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, düny

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır like
  • 26 May 15:46  
Kriminal Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmu

arrow Ətraflı
Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər  VİDEO like
  • 26 May 15:40  
Dünya Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər VİDEO

İordaniyada tuneldə baş verən faciənin sosial şəbəkələrdə görüntül

arrow Ətraflı
Şəhid sərhədçi gizirin övladı like
  • 26 May 15:34  
Digərləri Şəhid sərhədçi gizirin övladı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 20

arrow Ətraflı
"Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən" like
  • 26 May 15:28  
Şou-biznes "Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən"

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
"20 manatlara ehtiyacım yoxdur"  VİDEO like
  • 26 May 14:52  
Şou-biznes "20 manatlara ehtiyacım yoxdur" VİDEO

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyd

arrow Ətraflı
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib like
  • 26 May 14:44  
Siyasət Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbri

arrow Ətraflı
Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib  FOTO like
  • 26 May 14:42  
Kriminal Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib FOTO

21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyini

arrow Ətraflı
Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb like
  • 26 May 14:27  
Digərləri Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb

2022-ci ildə Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım

arrow Ətraflı
“Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...” like
  • 26 May 14:16  
Kriminal “Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...”

"Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə m�

arrow Ətraflı
Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin! like
  • 26 May 13:54  
Siyasət Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin!

Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər heç vaxt sadə

arrow Ətraflı