"20 manatlara ehtiyacım yoxdur" VİDEO
Şou-biznes 26 May 2023 14:52:00 253 0
Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyda gözlənilməz hadisə ilə üzləşib.
Bu xəbəri də oxu: "Azər Baxşəliyev özü əməliyyatdan imtina etdi, bununla bağlı ərizə var"
Son.az bizim media-ya istinadla xəbər verir ki, müğənniyə böyük sevgi və hörmətə görə məclisə axın edən qonaqlar sənətçinin çıxışı zamanı bir-bir Manafa yaxınlaşaraq kostyumunun sinə cibinə pul qoyublar.
Həmin anlar toyda içtirak edən qonaqlar tərəfindən lentə alınaraq, sosial şəbəkələrdə yayılıb. İzləyicilər M.Ağayevi bu hadisəyə görə qınayaraq, tənqid ediblər.
Manaf Ağayev bu gün qonaq olduğu "Xəzər axşamı" verilişində məsələyə aydınlıq gətirib:
"Şamaxıdan zəng gəldi. Dedi ki, "oğlumun adı Manaf soyadı isə Ağayevdir. Əhdim var idi ki, övladımın toyunda siz çıxış edəsiniz". Mən də bunu bilib, məclisdə çıxış etmək üçün onlara endirim edib, az məbləğdə qonorar istədim, çünki ev yiyəsi kasıbdır. Toya getdim, oxumağa başlayanda, gördüm ki, məclisdəki publika bir başa mənlikdir. Hətta mahnıları mikrofonsuz oxudum. Bu toyu sözün əsl mənasında "sökdüm". Qonaqların alqışı mənə ləzzət etdi və ruh verdi. Zalda olan 500 qonağın hamısı məni öz telefonlarına çəkirdi. Mən hələ belə şey görməmişdim. Həmin kadrlar sosial şəbəkələrdə yayıldı.
Bundan sonra haqqımda xoşaqəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manatdır və o pula ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir cibimə qoyur o pulu. Ay bədbəxt, mən "paçka"larla pullar görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,... 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, halal olsun o boyda toyu mikrofonsuz idarə etmisən. Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim və nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,... Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir".
Mili.Az
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbri
21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyini
2022-ci ildə Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım
"Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə m�
Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər heç vaxt sadə
Köhnə Günəşli qəsəbəsində zeytunluq adlanan ərazidə ağaclar quruyub.
Göygöl rayonunda baş vermiş sel fəlakətinin fəsadları aradan qaldırıl�
Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb.
Zəngilan rayonunun Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxi
Türkiyənin Müdafiə Sənayesi şirkəti Meteksan və Ares gəmiqayırma zavod
Dünən Moskvada baş tutan Avrasiya İqtisadi Şurası iclası onu göstərdi k
Bu insanlar Qax və Tovuz rayonunun sakinləridir. Belə ki, Qaxın Qarabaldır,
Yunanıstan Prezidenti Katerina Sakellaropulu Prezident İlham Əliyevə təbrik
Fövqəladə Hallar Nazirliyi bəzi təhlükəsizlik qaydaları ilə əlaqədar
Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən ya