“Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...”


Kriminal 26 May 2023 14:16:00 155 0

“Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...”

"Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə müsahibə də vermirəm. Qətiyyən həvəsim yoxdur. Sizdən başqa mənim nömrəmi bilən jurnalist də yoxdur. Məsəl üçün, mən efirdə çıxdım danışdım, bir gündən sonra hər şey unuduldu. Nə fərqi oldu məni gördülər yaxud da görmədilər?! Tamaşaçılara ola bilsin ki, maraqlıdır, amma mən düşünmürəm ki, özüm tamaşaçılara maraqlıyam".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, "Hicran" televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib.

"20 ilə yaxın indiki Akademik Musiqili Teatrın aparıcı solisti olmuşam. Bütün sevgi qəhrəmanlarını Mobil Əhmədovdan sonra mən oynamışam. Axır vaxtlar yaşlanmışdı deyə, məni dəvət edib, rol verdilər. O vaxtı hər adamı teatrda işə götürmürdülər. Şəmsi Bədəlbəyli şəxsən özü bizi yoxlayıb teatra qəbul edirdi. Teatrda işləyəndə də aktyor heyəti ilə çox oturub-durmurdum. Dedi-qodular, aralarında söz-söhbətlər olurdu. Mən ömür boyu elə şeylərə qarışmamışam. Heç aktyor olmaq fikrim də yox idi. Yaxşı vokalist olduğum üçün məni işə götürmüşdülər. Teatra o vaxt gələndə 3 briqada var idi. Biri Nəsibə xanımın briqadası idi, biri Hacıbaba Bağırovun, o biri isə Siyavuş Aslanın briqadası. Mən Nəsibə xanımın briqadasında idim. Elə vaxt olub ki, xəstə ola-ola gəlib tamaşa oynamışam. Səsim çıxmaya-çıxmaya oxumuşam. Teatrımız təmirə bağlandı, tətildən qayıdanda artıq Hacıbaba Bağırovu teatrın direktoru təyin etdilər. İki namizəd var idi, Siyavuşla Hacıbaba. Hacıbaba qalib gəldi. Mən də teatrdan uzaqlaşmışdım. Çünki Hacıbabadan əvvəl teatra Qəzənfər Topçuyev adlı direktor gəlmişdi. O vokalistlərin qədrini bilmirdi. Soyuq qış aylarında məktəblərə göndərirdi ki, "get çaqqal, canavar rolu oyna". Deyirdim ki, "mən vokalistəm, gedib xəstələnsəm səhəri gün tamaşada kim oxuyacaq?". Hacıbaba direktor seçiləndə məni teatra qaytardı. Nə Hacıbaba müəllimin, nə Nəsibə xanımın, nə də Siyavuşun tamaşalarına bilet tapılmırdı. Milət gəlirdi, kor-peşman çıxıb gedirdi. Fuad adlı aktyorla 2 ay idi teatra gəlmişdik. Hacıbaba Bağırovun tamaşasına baxmaq istəyirdik. Yer yox idi. Orkestrin oturduğu yerdə dayanıb tamaşaya baxırdıq. Tamaşaçı bizi görmürdü, amma Hacıbaba Bağırov görürdü. Bizə baxıb dedi ki, "yerinizi yaxşı tapmısınız, sizin yeriniz elə ora olacaq, ortalığa çıxa bilməyəcəksiniz". Mən bildim ki, o sözü bizə atdı. Guya ki, həmin sözü tamaşada Novruz Qartala deyirdi. Üstündən bir müddət keçəndən sonra bunu Hacıbaba müəllimdən soruşdum. Dedi ki, mənim yadıma gəlmir" deyə aktyor bildirib.

Aktyor "Hicran" tamaşasında eyniadlı obrazın ifaçısından da danışıb.

"Hicran" tamaşası bir müddət getmədi. Çünki orada Orxan obrazını Pərviz adında bir vokalist oxuyurdu. O da əyyaş idi, tamaşaya içkili gəlirdi. Onu xəstəxanaya yerləşdirdilər, xəstəxanada da vəfat etdi. Mən teatra gələndə Orxan rolunu mənə tapşırdılar. Hicran rolunu aktrisa Sona Həsənova oynayırdı. Tamaşa çəkiləndə mənim 32, Sona xanımın 50 yaşı var idi. Sona xanım bəlkə də yaşamır. O həmişə deyirdi ki, təqaüd yaşım çatan kimi 1 dəqiqə də olsun teatrda qalmayacam. Bir müddət birlikdə oynadıq. Mən bəzən öz-özümə fikirləşirəm ki, bu ömrü yaşamışam yoxsa bu bir yuxudur?" deyə sənətkar bildirib.

Sənətkar səsinin olmasına baxmayaraq heç vaxt toya getmədiyini bildirib.

"Heç vaxt toya getməmişəm. Bizdə bir vokalist var idi, Novruz Məmmədov. O toylara da gedirdi, vokal da oxuyurdu. Yaxşı səsi də var idi. O toylar səsini pis günə qoydu. Hətta vokaldan 3 qiyməti aldı, halbuki 5-lə daxil olmuşdu universitetə. Tələbə vaxtı restoranda işləmişəm" deyə Bəhram Əliyev bildirib.

Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin! like
  • 26 May 13:54  
Siyasət Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin!

Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər heç vaxt sadə

arrow Ətraflı
Köhnə Günəşli qəsəbəsində zeytun ağacları məhv olmaq üzrədir like
  • 26 May 13:43  
Digərləri Köhnə Günəşli qəsəbəsində zeytun ağacları məhv olmaq üzrədir

Köhnə Günəşli qəsəbəsində zeytunluq adlanan ərazidə ağaclar quruyub.

arrow Ətraflı
Sel fəlakəti ilə üzüzə qalan Göygöldə like
  • 26 May 13:37  
Digərləri Sel fəlakəti ilə üzüzə qalan Göygöldə

Göygöl rayonunda baş vermiş sel fəlakətinin fəsadları aradan qaldırıl�

arrow Ətraflı
Bakı bu məsələdə haqlıdır, ərazimizi zorla alacaq like
  • 26 May 13:32  
Digərləri Bakı bu məsələdə haqlıdır, ərazimizi zorla alacaq

Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb.

arrow Ətraflı
Türkiyənin silahlı pilotsuz dəniz platforması sınaqdan keçirilib like
  • 26 May 13:26  
Digərləri Türkiyənin silahlı pilotsuz dəniz platforması sınaqdan keçirilib

Türkiyənin Müdafiə Sənayesi şirkəti Meteksan və Ares gəmiqayırma zavod

arrow Ətraflı
Azərbaycanın nəqliyyat coğrafiyası genişlənir like
  • 26 May 13:24  
Siyasət Azərbaycanın nəqliyyat coğrafiyası genişlənir

Dünən Moskvada baş tutan Avrasiya İqtisadi Şurası iclası onu göstərdi k

arrow Ətraflı
Xətlər çəkilib, amma qaz verilmir... like
  • 26 May 13:21  
Digərləri Xətlər çəkilib, amma qaz verilmir...

Bu insanlar Qax və Tovuz rayonunun sakinləridir. Belə ki, Qaxın Qarabaldır,

arrow Ətraflı
Yunanıstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib like
  • 26 May 13:20  
Siyasət Yunanıstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Yunanıstan Prezidenti Katerina Sakellaropulu Prezident İlham Əliyevə təbrik

arrow Ətraflı
Sel, ildırım, külək təhlükəsi ilə əlaqədar əhaliyə like
  • 26 May 13:15  
Digərləri Sel, ildırım, külək təhlükəsi ilə əlaqədar əhaliyə

Fövqəladə Hallar Nazirliyi bəzi təhlükəsizlik qaydaları ilə əlaqədar

arrow Ətraflı
Sabah HAVA necə olacaq? like
  • 26 May 13:14  
Digərləri Sabah HAVA necə olacaq?

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən ya

arrow Ətraflı
Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də like
  • 26 May 13:10  
Digərləri Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də

Son günlər Bakıda taksi fəaliyyəti ilə məşğul olan xarici şirkətlərl

arrow Ətraflı
Məhərrəm İncə ikinci turla bağlı qərarını verdi like
  • 26 May 12:59  
Dünya Məhərrəm İncə ikinci turla bağlı qərarını verdi

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu i

arrow Ətraflı
Rəsmi Bakının strategiyası: like
  • 26 May 12:55  
Siyasət Rəsmi Bakının strategiyası:

Moskvada Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərin ikinci Ali

arrow Ətraflı
Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur like
  • 26 May 12:52  
Siyasət Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnas

arrow Ətraflı