Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur
Siyasət 26 May 2023 12:52:00 52 0
Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.
Bu xəbəri də oxu: Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Dövlətimizin başçısına və dost Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edən Si Cinpin əlavə edib: "Siz Çin-Azərbaycan münasibətlərinin strateji dəyərini dəfələrlə vurğulamısınız, ölkələrimiz arasında qarşılılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə dair niyyətinizi fəal şəkildə ifadə etmisiniz. Mən bunu yüksək qiymətləndirirəm. İkitərəfli dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının sağlam və sabit məcraya istiqamətləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".
Çin Xalq Respublikasının Sədri, həmçinin Azərbaycan Prezidentinə cansağlığı, işlərində uğurlar, dost Azərbaycana tərəqqi, güc, qüdrət, xalqımıza isə xoşbəxtlik və firavanlıq arzulayıb.
Son.az
Dünyada və qonşu dövlətlərdə qızılca sürətlə yayılmağa davam edir.

Türkiyəli müğənni Mazhar Alansonun həyat toldaşı Biricik Sudenin görü

Azərbaycan Ordusu Ermənistan ordusundan güclüdür. 2,5 ildən sonra 5 illik

Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevə təbrik məktubu gönd�

"Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu se�

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezi

Kılıçdaroğlunun son çırpınışlarıdı, amma seçilməyəcək. O, təkcə

Bu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir d

"Planet Parni iz Baku"nun konsertindən TikTok-da yayımlanan görünt

2018-2023-cü illərdə ölkəmizdə 231 min şəxsə əlillik təyin edilib və

İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bü

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri çoxdur və müxtəlifdir

Xəbər verdiyimiz kimi, 76-cı Kann Film Festivalına qatılanlar arasında akt

27-29 may tarixlərində Bakı şəhərində hərəkət iştirakçılarının ra

Rusiya paytaxtı Moskvada güclü yağış səbəbindən bir neçə rayonda yoll
