Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri taksilərin çoxluğudur VİDEO


Digərləri 26 May 2023 15:52:00 148 0

Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri taksilərin çoxluğudur  VİDEO

Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri taksilərin çoxluğudur.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, əvvələr günün pik saartlarında yollarda sıxlıq olurdusa, indi hətta həftəsonu - şənbə və bazar günü belə tıxac var.

Yol hərəkəti qaydaları üzrə ekspertlər hesab edirlər ki, tıxaca səbəblərdən biri də taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayının həddindən artıq çox olmasıdır. Günümüzün reallığı bunu deməyə əsas verir ki, xaricdən idarə edilən bəzi şirkətlər sağlamlıq arayışı tələb etmədən, onların peşəkar və şəxsi keyfiyyətləri, fiziki və psixoloji sağlamlığını yoxlamadan, avtomobilin texniki cəhətdən standartlara uyğun olub-olmamasına da nəzarət etmədən tətbiq üzərindən bir çox sürücüyə taksi fəaliyyəti göstərməsi üçün icazə verirlər.

Ekspert Ərşad Hüseynov deyir ki, fərdi nəqliyyat vasitələri ilə gün ərzində orta hesabla 2, taksilərlə 22-26 səfər edilir. Bu da taksi sürücülərinin iş və istirahət rejminə əməl etmədən fəaliyyət göstərməsini aktuallaşdırır. Bütün bunlara əməl etməyən sürücü sərnişinin təhlükəsizliyini necə qoruya bilər?

Elə ekspertin dediyi kimi, iş və istirahət rejimini sürücü özü tənzimlədiyi üçün taksi sürücülərinin iştirakı ilə qəzalara da tez-tez rast gəlinir. Taksilərin sayının çoxluğu və bazardakı qeyri-sağlam rəqabət mühiti qiymətlərdə də öz əksini tapır. Bu gün paytaxtda az qala avtobus qiymətinə işləyən taksi şirkətləri var. Şəhər nəqliyyatının böyük qismini əhatə edən bu növ xidmətin sürücülərini qiymətlər qane edirmi?

Ekspert Ərşad Hüseynovun fikirincə, ictimai nəqliyyatda vəziyyət düzəlsə, kortəbii şəkildə işləyən taksilərə də ehtiyac olmaz. O hesab edir ki, hazırda paytaxtda ictimai nəqliyyatın yükü taksinin üstünə düşüb.

Günün günorta vaxtı dayanacaqda sərnişinlər avtobus gözləyirlər. Şəhərin mərkəzində dayanacaqda bu qədər sərnişindən bilmək olur ki, avtobuslar gecikir, və yaxud da xətlərdə kifayət qədər avtobus yoxdur. Belə qənaətə gəlmək olar ki, avtobuslar normal işləmədiyindən sərnişinlər əlacsız qalıb  avtobus qiymətinə işləyən taksidən istifadə edirlər.

Günün pik saatlarında sıxlığı nəzərə alsaq, xüsusilə sərnişinlərin az olduğu günorta vaxtı avtobuslar niyə gecikir? Avtobus sürücülərinin də özlərinə məxsus arqumenti var.

Niyə son illər paytaxtın ictimai nəqliyyatı sərnişinlərin yükünü qaldıra bilmir? Əhali çoxalıb, yoxsa xətlərdəki avtobusların sayı azalıb?

Yerüstü Nəqliyyat Agnetliyinin mətbuat katibi Tural Orucov deyir ki, xətlərdə avtobuslar azalmayıb, sadəcə tıxac səbəbindən interval çoxalıb.

Təcrübə göstərir ki, bir neçə il əvvəl paytaxda çəkilən avtobus zolaqları heç də effektli olmaldı. Bu gün ictimai nəqliyyata maraq azdır. Çünki daşıyıcı şirkətlər üzərlərinə düşən öhdəliyi düzgün yerinə yetirə bilmirlər. Hələ 4 ay əvvəl daşıyıcı şirkətlərin müraciətləri ilə ictimai nəqliyyatda gedişhaqqı artırıldı ki, keyfiyyət də artacaq. Amma tam əksinə oldu. Əgər marşrut avtobuslarının hərəkətində mobillik olsa, insanlar da ictimai nəqliyyata üz tutar və qanunsuz taksi fəaliyyəti göstərənlər də azalar. Belə olduqda yollarda sıxlığın azalması və avtobusların təyin edilən intervalla işləməsi mümkün olar.

Xatırladaq ki, Avropanın bir çox ölkəsində sərnişindaşımanın əsas yükü ictimai nəqliyyatın üzərinə düşür. Taksi ilə müqayisədə qiymət ucuz, keyfiyyət də yüksək səviyyədədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır like
  • 26 May 15:46  
Kriminal Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmu

arrow Ətraflı
Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər  VİDEO like
  • 26 May 15:40  
Dünya Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər VİDEO

İordaniyada tuneldə baş verən faciənin sosial şəbəkələrdə görüntül

arrow Ətraflı
Şəhid sərhədçi gizirin övladı like
  • 26 May 15:34  
Digərləri Şəhid sərhədçi gizirin övladı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 20

arrow Ətraflı
"Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən" like
  • 26 May 15:28  
Şou-biznes "Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən"

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
"20 manatlara ehtiyacım yoxdur"  VİDEO like
  • 26 May 14:52  
Şou-biznes "20 manatlara ehtiyacım yoxdur" VİDEO

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyd

arrow Ətraflı
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib like
  • 26 May 14:44  
Siyasət Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbri

arrow Ətraflı
Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib  FOTO like
  • 26 May 14:42  
Kriminal Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilib FOTO

21-25 may tarixlərində Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyini

arrow Ətraflı
Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb like
  • 26 May 14:27  
Digərləri Ötən il Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım qeydə alınıb

2022-ci ildə Türkiyədən Azərbaycana gələn turist sayında 21 faiz artım

arrow Ətraflı
“Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...” like
  • 26 May 14:16  
Kriminal “Hacıbaba Bağırov dedi ki, sizin yeriniz oradır, ortalığa çıxa bilməyəcəksiniz...”

"Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə m�

arrow Ətraflı
Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin! like
  • 26 May 13:54  
Siyasət Yeni müharibə istəyirsiniz? Oğullarınızı göndərin!

Ermənistan hakimiyyəti ilə diaspor arasında münasibətlər heç vaxt sadə

arrow Ətraflı
Köhnə Günəşli qəsəbəsində zeytun ağacları məhv olmaq üzrədir like
  • 26 May 13:43  
Digərləri Köhnə Günəşli qəsəbəsində zeytun ağacları məhv olmaq üzrədir

Köhnə Günəşli qəsəbəsində zeytunluq adlanan ərazidə ağaclar quruyub.

arrow Ətraflı
Sel fəlakəti ilə üzüzə qalan Göygöldə like
  • 26 May 13:37  
Digərləri Sel fəlakəti ilə üzüzə qalan Göygöldə

Göygöl rayonunda baş vermiş sel fəlakətinin fəsadları aradan qaldırıl�

arrow Ətraflı
Bakı bu məsələdə haqlıdır, ərazimizi zorla alacaq like
  • 26 May 13:32  
Digərləri Bakı bu məsələdə haqlıdır, ərazimizi zorla alacaq

Qarabağ həmişə Azərbaycanın bir hissəsi kimi tanınıb.

arrow Ətraflı
Türkiyənin silahlı pilotsuz dəniz platforması sınaqdan keçirilib like
  • 26 May 13:26  
Digərləri Türkiyənin silahlı pilotsuz dəniz platforması sınaqdan keçirilib

Türkiyənin Müdafiə Sənayesi şirkəti Meteksan və Ares gəmiqayırma zavod

arrow Ətraflı