Ermənilər yaşadıqları əraziyə konseptual münasibətlərini müəyyənləşdirməli, tarixi vaqnerizmdən əl çəkməlidirlər Mübariz Əhmədoğlu


Digərləri 26 May 2023 16:30:00 104 0

Ermənilər yaşadıqları əraziyə konseptual münasibətlərini müəyyənləşdirməli, tarixi vaqnerizmdən əl çəkməlidirlər  Mübariz Əhmədoğlu

Bu vaxtadək heç bir Ermənistan siyasətçisi, eksperti Ermənistanın təhlükəsizliyinin Cənubi Qafqaz regional müstəvisində  axtarmayıb. Çar Rusiyası Qərb, Rusiya, İran və Çinı arzulayıblar, bu istiqamətlərdə ciddi tər töküblər. İndi də növbə Hindistanındır. Yerli və diaspor ermənilərinin Ermənistanın təhlükəsizliyini regionda axtarmasına dair heç bir  mövqe və ya şərh  tapa bilməzsiniz. Səbəbi təxminən bəllidir. İndi Ermənistanın  Rusiyaya münasibətindən Moskva narazıdır. Bəzən çar Rusiyasının arxivindən bəzi materialları ictimailəşdirir. Türkmənçay müqaviləsinin ildönümündə Qriboyedovun neçə ermənini Yerevana, Qarabağa köçürməsi və külli miqdarda pul xərclənməsi ilə bağlı çox dəqiq məlumatlar yayırlar. İrəvan qalasının alınmasından ötrü feldmarşal Paskeviçin gördüyü işləri də yaxında açıqladılar. Paskeviç Osmanlı ərazisində yaşayan 2000 ermənini gətirərək İrəvan qalasını işğal edib və Rusiya arxivlərində olan məlumata görə ermənilərlə əlaqəli ayrılan pul o dövrdə ən rekord məbləğ olub. Sonra bu müasir vaqner hərbi birləşmə Türkiyə ərazisində Qars, İqdır, Ərzurum, Ərdəhan və s. əraziləri işğal ediblər. İndi Moskva ermənilərə xatırladır ki  sizləri bu ərazilərin sahibi biz etmişik. Ermənilər bu regiona Rusiya tərəfindən İran, Osmanlı ərazisindən hərbi qüvvə kimi gətirilib. Ermənilərin də təhtəlşüurunda hələ də bu məsələ qalır. Özlərini regionda yad element kimi hesab edirlər. Müasir dildə indinin özündə də vaqnerçi əhval-ruhiyyəsindədir. Bir dövr vaqnerçilər Afrika dövlətlərinə yerləşdirildi və Moskvadan təlimat gözləyirdilər. İndi də bu iş konkret olaraq Qarabağ ərazisində gedir. Hazırda Qarabağda 3 kateqoriyada etnik rus var: ı. 2 minlik RF sülhməramlıları; ıı. 50-60 nəfərlik RF hüquq mühafizə orqanlarının təmsilçiləri; ııı.600-700 nəfər müxtəlif peşə sahibləri, bəlkə də keçmiş hərbçilər olan sadə vətəndaşlar.  Azərbaycanın ekofəalları aksiyaya başladıqdan sonra Qarabağa gətirilən RF vətəndaşları oranı tərk etməyə başladı. Ümumilikdə ora gətirilən RF vətəndaşlarının sayı hazırda təxminən 300-ü keçib. Bu işin təşkilatçıları onlar üçün orada Rus Mədəniyyət Evi yaradıblar. Rus Mədəniyyət Evinə bank kimi yanaşmaq olar. Çünki gələn RF vətəndaşlarını maaşla təmin edəcək. Qarabağ ermənilərinin başında duranlar azərbaycanlını qovub, onu öz evinə qayıtmasına razı deyil, amma Rusiyadan dəvətlə etnik rusu gətirir.

Ermənistanın açıq mətbuatında yayılan belə məlumatları ABŞ, Aİ, Fransa və digər ölkələrin səfirlikləri deyəsən görmür. Çünki bu məlumatlar yayıldıqdan sonra USAID-in Qarabağa diqqəti artdı. Orada Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə təxribat planı qurdu. Aİ isə Ermənistanın Sünik vilayətinə əlavə 40 milyon vəsait ayırdı. Ermənilər ümumilikdə regiona bir dövlətin regional siyasi kursunun, niyyətinin daxil olmasına imkan verməməlidirlər. Ermənilər hazırda dünyanın müxtəlif ölkələrində yaşayırlar. Buna uyğunlaşıblar, belə vəziyyətdə daha çox qaçqın göndərirlər. Belə şeydən daha çox qazanırlar. Sabah Lion, Marseldəki və ya Los-Ancelesdəki ermənilər də vaqnerçiləri ora aparacaq. 

Ermənilər "Vətən" anlayışını qəbul etməlidirlər; Yaşadıqları ərazi onların vətənidir, kim vətən kimi qəbul edirsə qalsın. Kim vətən kimi qəbul etmirsə köçə bilər. Bu Ermənistan və Qarabağ ermənilərinə aiddir. Amma bu daha çox Qarabağ ermənilərinə aiddir. Rusu bura gətirənədək Qarabağ ermənilərindən arzulayanları köçüb Rusiyada yaşaya bilərlər. 

Qonşu dövlətlər regionda Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyü ilə bağlı razılıq əldə olunduqdan sonra indi suverenlik məsələsini tanımalıdırlar. Ermənistan və Azərbaycan bir-birinin suverenliklərini tanımalıdırlar. Ermənistan təki suverenlik anlayışını qəbul etsin. Bu da yaşadığı regiona hörmət anlamındadır. Rusiya Azərbaycanın ərazi bütövlüyünə tam səmimi münasibət göstərməlidir. Əgər üçtərəfli bəyannamə Azərbaycanın ərazisinin müəyyən hissəsində suverenliyi inkar edirsə, ərazi bütövlüyünü şübhə altına alırsa eyni ilə bu şübhə ilə 2022-ci ilin fevralın 22-də Azərbaycan-Rusiya arasında imzalanmış strateji müqaviləyə də  aid olmalıdır. RF seçim etməlidir. Əgər Rusiya doğrudan da Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanıyırsa, o zaman bütün işlərə, Laçın koridoruna da bu nöqteyi-nəzərdən yanaşmalıdır. 

Rusiya Patriarxlığı ilk növbədə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elan etməlidir. Orada yaradılan pravoslav kilsəsini Bakıdakı Yeparxiyaya tabe etdirməlidir.  RF Azərbaycanın ərazisində  bir rus icmasını qəbul etməlidir. Qarabağdakı rus icması da Bakıdakı rus icmasına tabe olunmalıdır. 

Region 3 dövlətdir və 3 qonşusu var. Regionun 3 dövləti müasir prizmadan baxdıqda təhlükəsizliyini və tam yetərli imkanlarla təmin etmək üçün az qala vahid dövlətə çevrilməlidir. Bunun tarixinə girməyə ehtiyac yoxdur, əlavə neqativ nüansları açar. Regionun 3 dövlətinin regionun üç iri qonşusu ilə münasibətləri də hamar deyil. Həm də buna görə region bir olmalıdır. Bunun üçün ermənilər öz yaşadıqları əraziləri vətən hesab etməlidirlər və vətən kimi də yanaşmalıdırlar. Vaqnerçilikdən əl çəkilməlidir.

Mübariz Əhmədoğlu Siyasi İnnovasiya və Texnologiya Mərkəzi 26 may 2023

Oxçuçay üzərində 4 Kiçik Hidroelektrik stansiyası tikilir like
  • 26 May 16:28  
Digərləri Oxçuçay üzərində 4 Kiçik Hidroelektrik stansiyası tikilir

Oxçuçay çayı üzərində bir ədəd Başsuqəbuledici olmaqla, 4 KSES layih�

arrow Ətraflı
Suyun qiyməti ilə bağlı like
  • 26 May 16:06  
Digərləri Suyun qiyməti ilə bağlı

Yaxın vaxtlarda ölkədə suyun qiymətinin bahalaşması gözlənilmir.

arrow Ətraflı
Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu  VİDEO like
  • 26 May 16:04  
Şou-biznes Sahiblə Bəturənin mahnısı 14 il sonra trend oldu VİDEO

Müğənnilər Sahib İbrahimov və Bəturə Hüseynovanın "Sənin xətrin

arrow Ətraflı
Bu ərazilərdən sel keçib like
  • 26 May 15:56  
Digərləri Bu ərazilərdən sel keçib

Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11

arrow Ətraflı
Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib  FOTO like
  • 26 May 15:54  
Kriminal Tarixi Viktoriya və Albert Muzeyində “Heydər Əliyev100” tədbiri keçirilib FOTO

Böyük Britaniyanın böyük tarixi, memarlıq və mədəniyyət ocağı, düny

arrow Ətraflı
Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır like
  • 26 May 15:46  
Kriminal Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmu

arrow Ətraflı
Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər  VİDEO like
  • 26 May 15:40  
Dünya Tuneldəki yasa çevrilən toy fotosessiyasından dəhşətli görüntülər VİDEO

İordaniyada tuneldə baş verən faciənin sosial şəbəkələrdə görüntül

arrow Ətraflı
Şəhid sərhədçi gizirin övladı like
  • 26 May 15:34  
Digərləri Şəhid sərhədçi gizirin övladı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 20

arrow Ətraflı
"Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən" like
  • 26 May 15:28  
Şou-biznes "Hönkürhönkür ağlamaq, bağırmaq istəyirsən"

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
"20 manatlara ehtiyacım yoxdur"  VİDEO like
  • 26 May 14:52  
Şou-biznes "20 manatlara ehtiyacım yoxdur" VİDEO

Müğənni Manaf Ağayev bir neçə gün əvvəl Şamaxıda iştirak etdiyi toyd

arrow Ətraflı
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib like
  • 26 May 14:44  
Siyasət Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbri

arrow Ətraflı