Estetik əməliyyatdan sonra ölən bloqerə görə klinika CƏZALANDIRILDI FOTO


Digərləri 10 Yan 2025 18:32:00 153 0

Estetik əməliyyatdan sonra ölən bloqerə görə klinika CƏZALANDIRILDI  FOTO

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.

Klinikanın baş həkimi Araz Ağayev iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirmişdi ki, 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?

Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq. Dekabrın 19-da ünvanladığımız sorğuya, nəhayət, bu gün cavab gəlib.

Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib ki, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsi qanunaziddir:

"Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".

Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:

"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

"Qadın mollalıq edə bilməz" like
  • 10 Yan 18:24  
Şou-biznes "Qadın mollalıq edə bilməz"

"Bəzi molla qadınlar məndən inciyir ki, niyə belə deyirsən? Biz də gedib

arrow Ətraflı
Kremldən Trampın görüş tələbiylə bağlı açıqlama like
  • 10 Yan 18:15  
Dünya Kremldən Trampın görüş tələbiylə bağlı açıqlama

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tra

arrow Ətraflı
“Qarabağ KOBları layihəsi”nin 2024cü ildə icrasına dair tədbir keçirilib  FOTO like
  • 10 Yan 18:14  
Digərləri “Qarabağ KOBları layihəsi”nin 2024cü ildə icrasına dair tədbir keçirilib FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin

arrow Ətraflı
PKK silahı yerə qoya bilər  Öcalanın müraciəti gözlənilir like
  • 10 Yan 17:58  
Digərləri PKK silahı yerə qoya bilər Öcalanın müraciəti gözlənilir

Ömürlük həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan tə

arrow Ətraflı
Saxlanılan "Tiktok"er Fatimə barədə qərar verildi like
  • 10 Yan 17:50  
Şou-biznes Saxlanılan "Tiktok"er Fatimə barədə qərar verildi

Tiktok əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığın

arrow Ətraflı
Bakıda 9 yaşlı oğlandan qızlara qarşı tərbiyəsizlik  Polis işə qarışdı like
  • 10 Yan 17:49  
Digərləri Bakıda 9 yaşlı oğlandan qızlara qarşı tərbiyəsizlik Polis işə qarışdı

Bakı şəhəri Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 3

arrow Ətraflı
Əməkdar artistin səhhətində problem yarandı like
  • 10 Yan 17:43  
Şou-biznes Əməkdar artistin səhhətində problem yarandı

Əməkdar artist Gülzar Qurbanovanın səhhətində problem yaranıb.

arrow Ətraflı
LosAncelesdəki yanğınlara görə saxlanılan var  FOTO like
  • 10 Yan 17:37  
Dünya LosAncelesdəki yanğınlara görə saxlanılan var FOTO

Amerika polisi Los-Ancelesdə güclü meşə yanğınlarını törətməkdə ş�

arrow Ətraflı
Daha bir təyyarə qəzası like
  • 10 Yan 17:23  
Dünya Daha bir təyyarə qəzası

Keniyanın Malindi şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğray�

arrow Ətraflı
Rusiyalı xalq artisti xəstəxanaya yerləşdirildi like
  • 10 Yan 17:18  
Şou-biznes Rusiyalı xalq artisti xəstəxanaya yerləşdirildi

Rusiyanın Xalq artisti Mixail Boyarskinin yenidən səhhətində problem yaran�

arrow Ətraflı
Xəyyam Əhmədlinin məzar daşı hazırlandı  FOTO like
  • 10 Yan 17:15  
Şou-biznes Xəyyam Əhmədlinin məzar daşı hazırlandı FOTO

45 yaşında vəfat edən meyxanaçı Xəyyam Əhmədlinin məzar daşı hazırl

arrow Ətraflı
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” like
  • 10 Yan 16:54  
Digərləri “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...”

AMEA-nın keçmiş rəhbəri akademik Akif Əlizadə bəzi vətəndaşlar tərə

arrow Ətraflı
Bu yolda sola dönənlər cərimələnəcək  nişanlara dəyişiklik olundu like
  • 10 Yan 16:46  
Digərləri Bu yolda sola dönənlər cərimələnəcək nişanlara dəyişiklik olundu

Paytaxtın Akim Abbasov küçəsindən sola- Həsən bəy Zərdabi küçəsinə

arrow Ətraflı
"Xozeyn" ləqəbli tiktoker həbs olundu like
  • 10 Yan 16:36  
Kriminal "Xozeyn" ləqəbli tiktoker həbs olundu

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçird

arrow Ətraflı
Bella Hədidin evi də yanıb kül oldu  FOTO like
  • 10 Yan 16:35  
Digərləri Bella Hədidin evi də yanıb kül oldu FOTO

ABŞ-nin Kaliforniya ştatında tarixdə ən böyük və dağıdıcı yanğınl

arrow Ətraflı