Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi
Kriminal 19 Mar 2023 14:00:00 331 0
Son.az Kulis.az-a istinadən Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktları təqdim edir.
Eyvaz Qurbanov 26 fevral, 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, 2012-ci ildə verdiyi müsahibədə o, indiki Şabran, keçmiş Dəvəçi rayonunda anadan olduğunu deyib.
***
Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verir və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin gün doğum gününü qeyd etmir.
***
Eyvaz Qurbanov həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.
O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez "yetim uşağam" deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.
***
O, dostu Şirəlinin telefonunda Azərbaycana yayılan "Yaz yağışı" şeiri ilə məşhurlaşıb.
***
Yetim Eyvaz özünə heç vaxt şair deməyib. Və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyir ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdı.
***
2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirlərin qeydinə qalmayıb. Bu gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən savayı, demək olar ki, heç bir mətni yoxdu.
Onun "Yaz yağışı" adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.
***
Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.
Donbasdakı döyüşlər - Uqledar, Baxmut, Marinka, Beloqorovka, Avdeyevka, Kam
Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davam
"Elgizlə izə" verilişində maraqlı məqam yaşanıb.
Mətbuat nümayəndələrinin işğaldan azad edilən Tərtər rayonunun Talış
Hər bir qadının qarderobunda mütləq olması lazım olan geyimlərdən biri
Hacıqabul rayonunda 1987-ci il təvəllüdlü Mehdi qısqanclıq zəminində ə
Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlən
Amerika Birləşmiş Ştatlar hesab edir ki, Ukraynada Çin döyüş sursatları
Ölkəmizdə insanların bəlkə də cəmi 5 faizi qanlarındakı xolesterinin m
Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təv
Qadınlar ilin hər fəslində özlərinə qulluq etməlidirlər. Lakin dərinin
Əfqanıstan ərazisində marixuananın yetişdirilməsi qadağan edilib.
Son.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti İlhamə Quliyeva�