Füzulinin Baş planına nələr daxildir?
Digərləri 19 Mar 2023 12:56:00 331 0
Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq. Bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Bu xəbəri də oxu: Gələcəyin Bakı şəhəri 10 il sonra necə olacaq?
Son.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
İqtisadçı bildirib ki, yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2,5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək:
"Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.
Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz dogma yurdlarına qayıdırlar. Bu dəfə daimi", - deyə iqtisadçı qeyd edib.
Amerika Birləşmiş Ştatlar hesab edir ki, Ukraynada Çin döyüş sursatları
Ölkəmizdə insanların bəlkə də cəmi 5 faizi qanlarındakı xolesterinin m
Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təv
Qadınlar ilin hər fəslində özlərinə qulluq etməlidirlər. Lakin dərinin
Əfqanıstan ərazisində marixuananın yetişdirilməsi qadağan edilib.
Son.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti İlhamə Quliyeva�
Fransanın paytaxtı Parisdə yenidən etiraz aksiyaları keçirilib.
Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarə
Hava çox soyuq olmayanda belə üşüyürsünüzsə, bu, bir çox xəstəliklə
Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovo hakimiyyət orqanları Aİ-nin
Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik
Böyük Britaniyada altı ildir evli və iki uşağı olan cütlük qorxunc bir
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəm
Türkiyənin ilk "Hürjet" reaktiv təlim təyyarəsi uçuş zolağın