Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı?


Kriminal 19 Mar 2023 12:00:00 240 0

Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı?

Son.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti İlhamə Quliyeva haqqında maraqlı faktları təqdim edir.

İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda prokuror Məzahir Quliyev, xanəndə Tükəzban İsmayılovanın ailəsində dünyaya gəlib. Atasının işi ilə əlaqədar olaraq 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin, sonradan onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur. İlhamə Quliyeva 1-ci sinfə Bakıda başlayır. Bu vaxtdan da 7 illik fortepiano ifaçılığı təhsili də almağa başlayır.

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir: "Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordenini mənə yazanda, vəsiqə təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

***

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəsə də Tükəzban xanım qəti şəkildə qızının müğənni olmasını istəmir. İlhamə xanım Həbib müəllimin də etirazları ilə qarşılaşır.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və orada təhsil almağa başlayır. 1962-ci ildə o Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur. Qayıdanda isə Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu həmin kollektivə dəvət edir.

***

1963-cü ildə ailələri ilə yaxın münasibətdə olan Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvada ümumittifaq universitetlər arası gənc istedadlar müsabiqəsi keçirilir. Zinyət xanımın da xahişi ilə ailəsindən icazə alır və yollanır Moskvaya. Anası Tükəzban xanım onun festivala tamaşaçı kimi getdiyi zənn edir. Orada Rauf Hacıyevdən "Azərbaycanım", Tofiq Quliyevdən "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə Moskvada Azərbaycan bəstəkarlarının gecəsi keçirilir. İlhamə Quliyeva orada çıxış edir. Konsertdən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Onların işbirliyindən "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar yaranır.

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurub. Ancaq bu evliliyin ömrü çox qısa olub. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Sənətçinin sözlərinə mahnı oxuduğu şairlər arasında Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin adları var.

***

İlhamə Quliyevanın özünün dediyinə görə görə uzun illər qaçqın, məcburi köçkün ailələrinə yardım edərək, müharibədən zərər çəkmiş 7 ailənin dolanışığına köməklik göstərib.

Parisdə gərginlik səngimir: Əhaliyə qarşı divan tutulur  VİDEOlar like
  • 19 Mar 11:56  
Dünya Parisdə gərginlik səngimir: Əhaliyə qarşı divan tutulur VİDEOlar

Fransanın paytaxtı Parisdə yenidən etiraz aksiyaları keçirilib.

arrow Ətraflı
Azərbaycanlıların Xankəndiyə qayıtması üçün şərt... like
  • 19 Mar 11:51  
Siyasət Azərbaycanlıların Xankəndiyə qayıtması üçün şərt...

Azərbaycan əhalisinin Xankəndi, Xocalı və rus sülhməramlıların nəzarə

arrow Ətraflı
Soyuq olmasa belə üşüyürsünüzsə, oxuyun like
  • 19 Mar 11:40  
Digərləri Soyuq olmasa belə üşüyürsünüzsə, oxuyun

Hava çox soyuq olmayanda belə üşüyürsünüzsə, bu, bir çox xəstəliklə

arrow Ətraflı
Serbiya və Kosovo münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər like
  • 19 Mar 11:31  
Dünya Serbiya və Kosovo münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər

Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovo hakimiyyət orqanları Aİ-nin

arrow Ətraflı
Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ: like
  • 19 Mar 11:20  
Digərləri Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ:

Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik

arrow Ətraflı
Britaniyada altı ildir evli və iki uşağı olan cütlük bacıqardaş çıxdı like
  • 19 Mar 11:11  
Dünya Britaniyada altı ildir evli və iki uşağı olan cütlük bacıqardaş çıxdı

Böyük Britaniyada altı ildir evli və iki uşağı olan cütlük qorxunc bir

arrow Ətraflı
İsmayıllıda iki ayın gəlininə qarşı dəhşətli əməl like
  • 19 Mar 11:00  
Kriminal İsmayıllıda iki ayın gəlininə qarşı dəhşətli əməl

İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəm

arrow Ətraflı
Türkiyənin ilk reaktiv təlim təyyarəsi uçuş zolağına çıxıb like
  • 19 Mar 10:53  
Dünya Türkiyənin ilk reaktiv təlim təyyarəsi uçuş zolağına çıxıb

Türkiyənin ilk "Hürjet" reaktiv təlim təyyarəsi uçuş zolağın

arrow Ətraflı
FHN əhaliyə yenidən müraciət etdi: like
  • 19 Mar 10:44  
Digərləri FHN əhaliyə yenidən müraciət etdi:

Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazi

arrow Ətraflı
"Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur" like
  • 19 Mar 10:37  
Siyasət "Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur"

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-

arrow Ətraflı
“İndi bizdən qorxurlar”  Prezidentlə kənd sakini arasında maraqlı dialoq  VİDEO like
  • 19 Mar 10:26  
Siyasət “İndi bizdən qorxurlar” Prezidentlə kənd sakini arasında maraqlı dialoq VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Me

arrow Ətraflı
1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı like
  • 19 Mar 10:18  
Şou-biznes 1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı

Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida bloger

arrow Ətraflı
“Freddi” 522 nəfərin ölümünə səbəb olub like
  • 19 Mar 10:08  
Dünya “Freddi” 522 nəfərin ölümünə səbəb olub

"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, M

arrow Ətraflı
Ekvadorda 6,9 bal gücündə zəlzələ like
  • 19 Mar 09:57  
Dünya Ekvadorda 6,9 bal gücündə zəlzələ

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı