Kamaləddin Qafarov: “Novruz bayramını Qarabağda qeyd etmək böyük qürur və şərəfdir”


Siyasət 19 Mar 2023 10:30:00 213 0

Kamaləddin Qafarov: “Novruz bayramını Qarabağda qeyd etmək böyük qürur və  şərəfdir”

"Bu il Azərbaycan xalqı Novruzu "Heydər Əliyev İlin"də, Ulu öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində qarşılayacaq. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə  respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi  idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində demişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik." Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə Novruz bayramını qeyd edəcək". 

Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir:

"Novruz sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin - su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı olan Ölkə Prezidenti  İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün göstəricisidir".

K.Qafarov daha sonra deyib: "2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir.  2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını səmim-qəlbdən təbrik edirəm".

“İndi bizdən qorxurlar”  Prezidentlə kənd sakini arasında maraqlı dialoq  VİDEO like
  • 19 Mar 10:26  
Siyasət “İndi bizdən qorxurlar” Prezidentlə kənd sakini arasında maraqlı dialoq VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Me

arrow Ətraflı
1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı like
  • 19 Mar 10:18  
Şou-biznes 1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı

Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida bloger

arrow Ətraflı
“Freddi” 522 nəfərin ölümünə səbəb olub like
  • 19 Mar 10:08  
Dünya “Freddi” 522 nəfərin ölümünə səbəb olub

"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, M

arrow Ətraflı
Ekvadorda 6,9 bal gücündə zəlzələ like
  • 19 Mar 09:57  
Dünya Ekvadorda 6,9 bal gücündə zəlzələ

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şimali Koreya növbəti ballistik raket atıb like
  • 19 Mar 09:45  
Dünya Şimali Koreya növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını

arrow Ətraflı
Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib like
  • 19 Mar 09:29  
Siyasət Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib

Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayra

arrow Ətraflı
"Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq" like
  • 19 Mar 09:12  
Siyasət "Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq"

Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımız

arrow Ətraflı
XankəndiLaçın yolu: like
  • 19 Mar 09:06  
Siyasət XankəndiLaçın yolu:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Fərda oğulları ilə obyektiv qarşısında  FOTO like
  • 19 Mar 04:44  
Şou-biznes Fərda oğulları ilə obyektiv qarşısında FOTO

Aktyor Fərda Xudaverdiyev övladları ilə obyektiv qarşısına keçib.

arrow Ətraflı
58 yaşlı Monikadan cəzbedici FOTOlar like
  • 19 Mar 03:22  
Şou-biznes 58 yaşlı Monikadan cəzbedici FOTOlar

İtalyan aktrisa Monika Belluççi "Wall Street Italia Style Magazine"

arrow Ətraflı
"TikTok" istifadəçilərə buna icazə verəcək like
  • 19 Mar 02:44  
Digərləri "TikTok" istifadəçilərə buna icazə verəcək

"Instagram", "TikTok", "Facebook" və bütün dig�

arrow Ətraflı
40 il sonra görüşdülər...  FOTO like
  • 19 Mar 01:22  
Şou-biznes 40 il sonra görüşdülər... FOTO

Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan 40 il sonra görüşüb.

arrow Ətraflı
“Kızılcık Şerbeti”nin ulduzlarını belə görməmisiniz  FOTO like
  • 19 Mar 00:44  
Şou-biznes “Kızılcık Şerbeti”nin ulduzlarını belə görməmisiniz FOTO

"Kızılcık Şerbeti"nin baş qəhrəmanları Sıla Türkoğlu və Ev

arrow Ətraflı
Günün qoroskopu: yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil like
  • 19 Mar 00:01  
Digərləri Günün qoroskopu: yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ağır xəstəlikdən əziyyət çəkən Aygün Bəylərin like
  • 18 Mar 23:55  
Şou-biznes Ağır xəstəlikdən əziyyət çəkən Aygün Bəylərin

Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist

arrow Ətraflı