İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb


Siyasət 15 Mar 2023 12:54:00 192 1

İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərar qəbul edilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb.

Konfransın əsas nəticələrindən biri Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi oldu. Azərbaycan Milli Məclisinin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə Yüksək səviyyəli BMT Panelinin yaradılması barədə BMT Baş Katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.

Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir.

Tədbirdə həmçinin "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında" qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verilib. Digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir.

Konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edilib ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır.

"Kişi arvadını dostu ilə tutdu" like
  • 15 Mar 12:50  
Şou-biznes "Kişi arvadını dostu ilə tutdu"

Müğənni Səmra Rəhimli sosial şəbəkədə "Kişi arvadını dostu il�

arrow Ətraflı
Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb like
  • 15 Mar 12:41  
Kriminal Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələri

arrow Ətraflı
Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR like
  • 15 Mar 12:39  
Digərləri Azərbaycanda bu universitetdə YOXLAMA APARILIR

Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində (NDU) yox

arrow Ətraflı
"Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq" like
  • 15 Mar 12:33  
Siyasət "Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oynayacaq"

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafında təkanverici qüvvə rolunu oyn

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 15 Mar 12:31  
Digərləri HAVA necə olacaq?

Martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Əvəz Zeynallının işi məhkəməyə göndərildi like
  • 15 Mar 12:28  
Digərləri Əvəz Zeynallının işi məhkəməyə göndərildi

Əvəz Zeynalov və Elnur Şükürovun təqsirləndirilməsinə dair cinayət i�

arrow Ətraflı
"Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm..." like
  • 15 Mar 12:17  
Şou-biznes "Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm..."

"Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Göz�

arrow Ətraflı
Rəhim Rəhimli o film üçün musiqi bəstələyəcəkdi like
  • 15 Mar 12:15  
Kriminal Rəhim Rəhimli o film üçün musiqi bəstələyəcəkdi

Kinoteatrlarda uğurla nümayiş olunan "Evdə Qalmış" filminin kadr

arrow Ətraflı
"Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir" like
  • 15 Mar 12:09  
Siyasət "Azərbaycan müsəlman aləmində də mühüm rola malikdir"

Azərbaycan təkcə regionda, qlobal arenada yox, həm də müsəlman aləmində

arrow Ətraflı
İslamofobiya siyasi əqidənin bir hissəsidir like
  • 15 Mar 12:06  
Siyasət İslamofobiya siyasi əqidənin bir hissəsidir

İslamofobiya cəhalətin nəticəsi deyil, siyasi əqidənin bir hissəsidir?

arrow Ətraflı
Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi like
  • 15 Mar 12:03  
Digərləri Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ek

arrow Ətraflı
"Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır" like
  • 15 Mar 11:59  
Siyasət "Ermənistanın Qarabağda məscidləri, dini məbədləri dağıtması çox təəssüfləndirici haldır"

30 illik işğal dövründə Ermənistanın Qarabağda məscidləri, dini məbə

arrow Ətraflı
"Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram" like
  • 15 Mar 11:57  
Digərləri "Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram"

Dünən Bakı Şəhəri Kənar Dairəvi yolda sürət həddini aşaraq manevretm

arrow Ətraflı
“Sədərəy”ə işə gedirmiş  Dəhşətli qəzanın təfərrüatı like
  • 15 Mar 11:55  
Digərləri “Sədərəy”ə işə gedirmiş Dəhşətli qəzanın təfərrüatı

Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş v

arrow Ətraflı
“Konyak diplomatiyası” İŞ BAŞINDA like
  • 15 Mar 11:50  
Digərləri “Konyak diplomatiyası” İŞ BAŞINDA

Rusiya orbitindən sürətlə uzaqlaşan Ermənistan elə həmin templə də Qə

arrow Ətraflı