Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Meta” (Facebook, Instagram və WhatsApp sahibi) şirkəti ilə rəsmi əməkdaşlığa başladı
Digərləri 14 Mar 2023 12:10:00 315 0
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC vətəndaşlıq, milliyyət, irq, yaş, cins (cinsiyyət), dini inanc, sinfi və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir.
Bu xəbəri də oxu: Xəsarət alanlar Azərbaycana gətirilə bilər? AÇIQLAMA
Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar ehtiyacların getdikcə artdığı bir dünyada özünün qətiyyətli humanitar missiyasının keyfiyyətini artırmaq məqsədi ilə və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) dəstəyi ilə "Meta" (Facebook, Instagram və WhatsApp sahibi) şirkəti ilə rəsmi əməkdaşlığa başlamışdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "Meta" birgə əməkdaşlığı Azərbaycanda əhalinin həssas qruplarına daxil olan insanların həyat şəraitini yaxşılaşdırmaq üçün bir töhfə verəcək və humanitar yardımı lazım olan yerdə və vaxtında, səmərəli və effektiv şəkildə göstərməsi üçün tələb olunan bütün resurslara malik olmasına imkan yaratmağa yönələcəkdir.
"Bu tərəfdaşlıq sayəsində gördüyümüz işlər və yerinə yetirilən humanitar missiyamız haqqında məlumatların Facebook, Instagram və WhatsApp sahəsində geniş ictimaiyyətə daha da səmərəli çatdırılmasına və bizim könüllülük və fandreyzinq fəaliyyətimizə yeni insanların cəlb olunmasına imkan verəcək", - deyə Resursların səfərbər edilməsi, fandreyzinq və marketinq inkişafı layihələrinin rəhbəri Teymur Kuseba bildirib.
Qeyd edək ki, 2022-ci ilin may ayından etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti əməliyyatları asanlaşdırmaq məqsədilə həmçinin "Microsoft" ilə əməkdaşlığa başlayıb.
Aparıcı Tural Əsədov həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.
Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbə
İranda molla rejiminə qarşı etiraz aksiyaları 5 aydan çoxdur ki, davam edi
Azərbaycana qarşı ikili standartlar qəbul edilməzdir.
Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.
Türkiyənin Kahramanmaraş vilayətində 4,7 bal gücündə zəlzələ baş ver
Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi
"Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəra
Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdi
Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı er
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan a
Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və getdikcə A
Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxsl