İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağııq
Siyasət 14 Mar 2023 11:57:00 249 0
Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqlarımıza qayıdacağıq və ata-baba yurdumuzda əbədi yaşayacağıq. Prezident İlham Əliyevin bir müddət əvvəl Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlməsi, orada görüş keçirməsi və tarixi çıxış etməsi çox əlamətdar hadisə idi. Biz uzun illərdir Qarabağ həsrəti ilə yaşadıq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandıq.
Bu xəbəri də oxu: Prezident Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Bunu Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının rəhbri, akademik Əhliman Əmiraslanov bildirib.
Akademik qeyd edib ki, indiki Ermənistan adlanan ərazilər tarixən Azərbaycan xalqına məxsus olub:
"Erməni separatçıları xalqımızı bu ərazilərdən zorla çıxarıb, bizə qarşı deportasiya, etnik təmizləmə siyasəti aparılıb. Bu bir faktdır ki, hazırda həmin yaşayış məntəqələrində demək olar ki, yaşayış yoxdur. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran qalıb. Bu fakt bir daha təsdiq edir ki, həmin ərazilər bizim xalqımıza məxsusdur. Azərbaycan dövləti Prezient İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlayıb.
Biz hamımız var gücümüzlə çalışmalıyıq və dövlət başçımızın müəyyən etdiyi hədəflərə doğru irəliləməliyik. Biz torpaqlarımıza topla-tüfənglə, tanklarla yox, sülh yolu ilə qayıdacağıq. Biz beynəlxalq miqyasda da təbliğati işlər aparmağı planlaşdırırıq. Hazırda Qərbi Azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın bir çoxu hazırda xarici ölkələrdə - Rusiya, Türkiyə və digər ərazilərdə yaşayırlar. Onların hətta bir neçə dərnəkəri, cəmiyyətləri var. Məqsədimiz həmin cəmiyyətlərlə əlaqə saxlamaq, onları da bu prosesə cəlb etmədkir. Biz bütün dünyaya sübut edəcəyik ki, bizim məqsədimiz sülhməramlı məqsəddir", - deyə o əlavə edib.
Xəbərə aid video
İranda molla rejiminə qarşı etiraz aksiyaları 5 aydan çoxdur ki, davam edi
Azərbaycana qarşı ikili standartlar qəbul edilməzdir.
Ermənistanda olan insan haqlarının pozulması heç bir ölkədə yoxdur.
Türkiyənin Kahramanmaraş vilayətində 4,7 bal gücündə zəlzələ baş ver
Martın 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi
"Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəra
Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdi
Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı er
Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan a
Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və getdikcə A
Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxsl
Müğənni Aynur Dadaşova iş xanımı olub. Sənətçi şou əhlini başına t
Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki