İntizar mədəniyyəti nədir?
Digərləri 12 Fev 2023 22:20:00 287 0
Bəzi nadan insanlar İslam dini haqqında xürafat və yanlış bilgilər yaradıb onu yaymaqla maddi rifahlarının yaxşılaşacağına ümid edirlər. Həqiqi intizarda olan şəxs bu cür nadürüst işlərdən uzaq durur. O, müəyyən proseslərin başlanmasını gözləyir. Məsum imamlar hədislərində xüsusi şərait ifadəsini çox işlətmişlər, lakin bu şərait adından göründüyü kimi xüsusilik anlamını daşıyır, bu xüsusiyyət qorunub saxlanılmasa islahat əvəzinə fəsad baş alıb gedəcəkdir. Tarixdə bu cür misallar çox olmuşdur, biz də birinə işarə edək: Bəni-Abbas və Bəni-Üməyyə arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Bəni-Abbas öz mübarizəsini hiyləgərcəsinə elə göstərirdi ki, sanki onların bu qiyamları Əhli-Beyt çalarları ilə bürünmüşdür. Bəzi Əhli-Beyt tərəfdarları da buna aldanır, elə bilirdilər ki, məsum imamların şüarları işlədilir və bu qiyama imamlardan dəstək vardır. Lakin məsum imamlar çaşqınlıqda qalmış tərəfdarlarını marifləndirir və bu insanlara baş qoşmamağı bildirirdilər. İmamlar deyirdilər ki, evlərinizdə oturun və bizim Qaimimiz (ə.f) qiyam etdikdə evlərinizdən bayıra çıxarsız. Belə bir göstərişlərlə tanış olan müsəlman yenə də məsələni səhv anlayır. Elə düşünür ki, sakit qalmalı və ictimai işlərdən uzaq durmalıdır. Qədim zamanlar da olduğu kimi hal-hazırda da məhdəviyyət mövzusu yanlış anlaşılır. Həqiqi intizar cəmiyyət içində qəribsəmişdir və ya təfrit, həmçinin ifrat don geyinərək fəsad yaranmasına səbəb olmuşdur. Hətta iş o yerə gəlib çatmışdır ki, bir dəstə insan İmam Mehdinin (ə.f) gəlişini tezləşdirmək bəhanəsi ilə yer üzərində fəsadın çoxalması üçün səy göstərmişlər. Bəli, bunlar məhdəviyyəti yanlış anlamağın nəticəsidir. Belə mənfi düşüncəyə malik cərəyan və qruplaşmaları maarifləndirmək lazımdır. Dəyərli İslam alimləri və filosofları bu istiqamətdə çox işlər görmüşlər. Onlar dəfələrlə bildirmişlər ki, İmam Mehdinin (ə.f) zühuru üçün zəminə yaratmaq lazımdır. Lakin bu zəminə yaratmaq üçün fəsad yox, islahat işləri aparmaq lazımdır. Bizim yaratdığımız zəminə İmam (ə.f) inqilabı üçün müqəddimə hesab edilməlidir. İmam Mehdinin (ə.f) zühurunun əsas hədəfi yer üzərində itib getmiş ədaləti bərqərar etməkdir. Ədalətin bərqərar edilməsi üçün müqəddimə işlərini aparmaq müntəzirlərin üzərinə düşür. Bu yolda cəmiyyət nümayəndələri maarifləndirilməli, dünyada ədalətli sistemin nizamı üçün səy və təlaş göstərilməlidir. Bu sistem ədalətli və sağlam düşüncəli insanlara ehtiyaclıdır. Bu yolda səhlənkarlıq göstərmək olmaz. Çünki səhlənkarlıq göstərmək pis insanların meydana çıxması və "həqiqət carçıları" adı altında şəxsi mənfəətləri naminə ayaq açmalarına şərait yarada bilər. Din haqqında yanlış təsəvvür bu mövzunun tərkib hissələrindən biridir. Sağlam dini təfəkkürə malik olmaq da həqiqi intizarın müqəddiməsidir. Sağlam dini düşüncəyə malik olmamaq insanın zehnindəki intizar anlayışı sarsıdır və ya bu düşüncə sağlam olmasa yalançı intizar anlayışını həqiqi intizar anlayışından seçmək çətinləşəcəkdir. Nəticə etibarıyla bunu deyə bilərik ki, intizar mədəniyyətini inkişaf etdirmək üçün dini həqiqətləri tanımaq lazımdır. Biz İmam Mehdi (ə.f), onun hədəfləri barədə olan təlimi mənimsəməli, bu xəbərdarlıqları sağlam mənbələrdən oxumalıyıq. İmam Mehdi (ə.f) höküməti insanların rifah içində yaşamaları, cəmiyyətdə ədaləti bərqərar etmək üçündür. Həqiqi müntəzirlər bu pak və müqəddəs amala çirkinlik və xürafatın sirayət etməsinin qarşısını almalıdır
Bu xəbəri də oxu: Dollar 15 noyabrdan bu qiymətə satılır
Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İsti
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəl
Bu gün gənclərin çolxuyaddaş pozulmasından 65-70 yaşından başlayaraq ş
Azərbaycan torpaqlarında təsəvvüf ənənəsi İslamın ilk əsrlərindən e
"Sənin ixtiyarında olan hakimiyyət öz payın deyil, öhdəndə olan bir
"İran yeni növ qabaqcıl uzun mənzilli döyüş pilotsuz uçuş aparatla
Ağız suyu - ağız içindəki bakteriyaları öldürmək və həzmi başlatmaq
Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə d�
Malatyanın Hekimhan bölgəsində saat 19:38 radələrində 5,1 bal gücündə
"Qalatasaray", "Başakşəhər", "Karagümrük" v�
Tanınmış aktyor Çağatay Ulusoy da əsrin fəlakəti adlandırılan Kahraman
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş m�
Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər