Günün qoroskopu: Problemlər, o cümlədən ciddi çətinliklər ola bilər
Digərləri 12 Fev 2023 00:01:00 280 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - yaxşı ideyalarınız çoxdur, amma onların reallaşması üçün yetərincə səy göstərmirsiniz. Belə davam edərsə, fikirlərinizdən istedadı az, qətiyyəti və baş verənlərə praktiki baxmaq bacarığı çox olan insan yararlanacaq. Yaşlı qohumlarla ünsiyyətdə problemlər yarana bilər. İndiyədək sakit formada olan anlaşılmazlıqlar sərtləşə bilər. Səfər və ya səyahətdən, nəqliyyat vasitəsi almaq ideyasından imtina edin. Kiçik maliyyə itkiləri ola bilər. Alacağınız pulların ödənilməsində gecikmələr var. Buğa - təxəyyül və fantaziya sizi ağır səhvlərə yol verməyə sürükləyə bilər. Xəyallar aləminə dalmazdan əvvəl daha etibarlı və faydalı iş görməyə çalışın. Aldığınız məlumatları diqqətlə yoxlayın. Kiminsə sizi bilərəkdən yanıltmağa can atması istisna deyil. Peşəkar fəaliyyət müstəvisində ciddi məsələlərin həlli üçün əlverişli gün deyil. Situasiyanı aydınlaşdırmağa çalışanda daha da çaş-baş qalacaqsınız. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Çətinliklərin öhdəsindən gələcəksiniz. Əkizlər - emosional fon stabil deyil. Nikbinlik və ruh yüksəkliyini itirməyin. Kiçik məsələlərə görə qıcıqlanmayın. Bu günün ən mühüm məqamlarından biri puldur. Maliyyə perspektivləri dumanlıdır. Bunu anlayın və izafi xərclərə yol verməyin. Məntiqli, soyuqqanlı davranın. Hansı işi görəcəyinizi müəyyənləşdirin, sonra fəaliyyətə başlayın. Əvvəlcədən planlaşdırılmayan, yaxşı təşkil olunmayan səfərlərə yollanmayın. Dövlət qurumlarına baş çəkmək, məmurlarla ünsiyyət üçün yaxşı gün deyil. Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün qətiyyətli və əzmkar olun. İstənilən tanışlıqda fayda var. Bir zamanlar yardım etdiyiniz insanlarla təmaslardan indi yetərincə fayda əldə bilərsiniz. Anlaşmalar, alış-veriş üçün əlverişli zamandır. Qəbul etdiyiniz qərarlar orijinaldır və ətrafınızdakı insanları təəccübləndirir. Narahat olmayın, uğur qazanacaqsınız. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Bu, səhhətinizə və əhvalınıza müsbət təsir edəcək. Sintetik materiallardan hazırlanmış paltar, bijuteriya almayın. Şir - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğurlar əldə etmək, karyera pilləkənində yüksəlmək şanslarınız var. Müttəfiq və həmfikirləri asanlıqla tapacaqlar. Onların çoxu maddi məsələləri arxa plana ataraq ideyanı ön plana çəkirlər. Hüquqi məsələlərin həlli üçün əlverişli zamandır. Önəmli sənədləri imzalamaq olar. Yaxınlarınızla münasibətlərdə süni çətinliklər və sədlər yaratmayın. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bunun səbəblərini anlamırlar. Qəfil təkliflər alacaqsınız. Onların bəziləri ilə düşünmədən razılaşmaq olar. Qız - sakit və rəvan gündür. Artıq mənasız hərəkətlər etməyin, maraqlarınızın təminatını ön plana çəkin. Yaşam arealında rekonstruktiv prosedurların aparılması effektiv nəticələr verə bilər. Bilik və bacarıqların artırılması, uzunmüddətli planlaşdırma, mürəkkəb intellektual fəaliyyət üçün əlverişli zaman deyil. Malik olduğunuz informasiyanı təhlil etməkdə çətinlik çəkəcəksiniz. Nəticələrinizin bəziləri yanlış ola bilər. Günün ikinci yarısı problemləri yaşlı qohumlarla müzakirə etmək üçün yaxşı zamandır. Real yardım alacaqsınız. Tərəzi - uğur vəd edən gündür. Böyük səy göstərmədən əla nəticələr əldə edə bilərsiniz. Aktiv olun, qətiyyət və əzmlə çalışın. Rəqibləri geridə qoymaq, bədxahları üstələmək üçün bütün imkanlardan, potensialınızdan faydalanın. Əvvəllər kəsdiyiniz münasibətləri bərpa etmək, ünsiyyətinizdə çətinliklərin yaşandığı insanlarla dil tapmaq şansınız var. Maliyyə və əmlak məsələləri ilə bağlı mübahisələri aradan qaldırın. Kompromiss həll tapın. Ev üçün qeyri-adi əşyalar, o cümldən ekzotik interyer detalları ala bilərsiniz. Günün ikinci yarısında gəlir olacaq.Qardaş ölkə Türkiyədə 7.8 bal gücündə baş vermiş zəlzələdə vəfat
Kəhanət-cinləri təsxir etməkdir. Bu yolla bəzi qeybi işlərdən agahlıq
Bu gün Almaniyanın Türkiyənin zəlzələ bölgəsində olan iki yardım tə�
İnsan ömrünün üçdə biri yuxuda keçir. Yuxunun keyfiyyətinə isə yatağ
Avstriya hərbçiləri xilasetmə əməliyyatını bərpa ediblər.
Zəlzələnin ilk günündən göstərdiyi həmrəylik və dəstəyi ilə bizi t
Türkiyənin Qəhrəmanmaraş vilayətində zəlzələdən zərər çəkmiş 106
Türkiyənin Hatay əyalətinin Erzin rayonunda zəlzələ nəticəsində bir bi
Biz müasir zamanda İmam Mehdi (ə.f) haqqında məsum imamlardan nəql olunan
Vitamin baxımından zəngin olan, yol kənarlarında yetişən razyana bitkisi
Türkiyəli dietoloq Eda Balçı sarımsağın bəzi xəstələrdə zərərli ol