Səhabələr barəsində
Digərləri 11 Fev 2023 23:20:00 278 0
Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bəzən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?
Bu xəbəri də oxu: COP29un altıncı günündən
Әhli-sünnə məzhəbəri bütün səhabələrin səhvsiz, günahsız olduğuna etiqad bəsləyir, hətta onların aşkar şəkildə düçar olduqları səhv və günahları müxtəlif bəhanələrlə təmizə çıxarırlar. Onlar Peyğəmbərdən (s) nəql olunan "Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız" hədisinə istinad edərək bütün səhabələri etimad olunası şəxsiyyət hesab edirlər. Burada əhli-sünnə alimlərinin bu əqidə və düşüncələrində səhvə düçar olduqlarını açıqlamaq məcburiyyətindəyik: 1.Әvvəla, səhabə dedikdə Peyğəmbərin (s) dövründə iman gətirib onunla ən azı bir dəfə həmsöhbət olan şəxs nəzərdə tutulur. Bu hesabla o həzrətin zamanında iman gətirən milyonlarla müsəlmanın ən azı 90 faizi səhabə sayılır. Belə deyilsə, səhabə dedikdə kimlər nəzərdə tutulur? Әgər Peyğəmbərə (s) iman gətirib uzun illər onunla çiyin-çiyinə mübarizə aparan şəxslərə səhabə deyilirsə, əhli-sünnə qardaşlarımız Müaviyə ibni Әbi Süfyana hansı meyar və hesabla səhabə deyirlər? 2.İslam dininin verdiyi təlimlərə əsasən hər bir şəxs tutduğu məqamdan asılı olmayaraq, yalnız və yalnız öz əməlləri qarşısında cavabdehdir: "Bütün insanlar öz qazandığı əməllər müqabilində cavabdehdirlər". (Tur‒21). İnsanların dəyər və qiyməti onun tayfası, qohum-əqrəbası, həmsöhbət və ünsiyyətdə olduğu şəxslərlə ölçülmür. Qurani-Kərimdə insanların ən yaxşısı Peyğəmbər (s) səhabələri və hətta onun qohum-əqrəbaları deyil, təqvalı və imanlı şəxslərin olduğu bəyan edilir: "Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır..." (Hücurat‒13). Allah-taala bütün müsəlmanlara məsuliyyət və cavabdehliyin nə olduğunu anlatmaq üçün, məsum Peyğəmbərinə, səhvə yol verərsə cəzalanacağını deyir: "Әgər Peyğəmbər Bizim adımızdan yalan danışsa, onu qüdrətlə tutub ürəyinin damarlarını qırarıq". 3.Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan bütün şəxslər, necə deyərlər, "aydan arı, sudan duru" idilərsə, Qurani-Kərimdə məzəmmət olunan, cəhənnəm vəd olunan münafiqlər kimlər idi?! Bu şəxslər (münafiqlər) iman gətirməmişdilərsə, onlara münafiq yox, kafir və ya müşrik deyilməli idi. Peyğəmbərlə həmsöhbət olmaq səhabə olmağın şərtidirsə, onların bu xüsusiyyəti Qurani-Kərimdə dəfələrlə açıqlanmışdır. Deməli, bu şəxslərin səhabə olmağında heç bir şübhə yoxdur. Bununla belə Allah-taala bu şəxslərə cəhənnəm vəd edir: "Münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yerləşəcəklər, onlar üçün heç bir köməkçi tapa bilməzsən..." 4.Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan on minlərlə müsəlman, başqa sözlə desək səhabələr, Allahın haram buyurduğu işlərə əl bulaşdırıb heç bir məsuliyyət daşımayacaqdılarsa, onda Qurani-Kərimdə buyurulan əmr və qadağaların, Peyğəmbər şəriətində mövcud olan göstərişlərin nə mənası var?! Allah-taalanın müqəddəs hökmləri onlara aid deyilmi? Bu hökmlər təkcə Peyğəmbərdən (s) sonra doğulan müsəlmanlara məxsusdurmu?! Olduqca qəribə bir məntiqdir..... 5.Әgər o zamanda yaşayıb Peyğəmbərə (s) iman gətirən müsəlmanlar bütün əməllərin məsuliyyətindən azaddırlarsa, bəs bizim təqsirimiz nədir ki, o zamanda dünyaya gəlməmişik? Bu hansı ədalətin təzahürüdür ki, müəyyən bir zamanda dünyaya gələn insanlar heç bir məsuliyyət daşımır, digər insanlar isə ən kiçik əməllərə görə cavab verməlidirlər? "Hər bir kəs zərrə qədərində etdiyi pis əməllərin (cəzasını) görəcək". Mümkündür ki, kimsə bu sözlərin müqabilində çarəsiz qalıb səhabələrin günahsız olmasını ayrı bir şəkildə izah etsin. Deyə bilərlər ki, heç bir əhli-sünnə məzhəbi səhabələrin məsuliyyət daşımamasını iddia etmir. Sadəcə olaraq onlar səhabələrin hamısının tam yəqinliklə İslam dininə bağlı olduqlarını və Allahın haram buyurduğu əməllərdən uzaq qaldıqlarını deyirlər. Digər tərəfdən, əvvəldə qeyd etdiyimiz hədis ("Mənim səhabələrim ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz hidayət taparsınız") onların hər hansı bir günah və azğınlıqdan uzaq olduğunu təsdiq edir.
Türkiyəli dietoloq Eda Balçı sarımsağın bəzi xəstələrdə zərərli ol
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1408 nəfərə
Hansı qidaların birləşməsi təhlükəlidir?
Şimali Koreya lideri həyat yoldaşı və qızı ilə birlikdə Pxenyanın hər
Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin ("
Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlı
Hal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimy
Hatayın Antakya rayonunda zəlzələdə dağıntılar altında qalan 19 yaşlı
Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəm
Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, ra