Səhabələr məsum və günahsız deyillər


Digərləri 11 Fev 2023 22:50:00 289 0

Səhabələr məsum və günahsız deyillər

Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin ("Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız") geniş izaha ehtiyacı vardır.

Hər hansı bir hədis araşdırılarkən ilk növbədə aşağıdakı iki məsələ diqqət mərkəzində olmalıdır: 1.Hədisin sənədləri; Sənəd dedikdə həmin hədisin raviləri yəni, hədisi nəql edən şəxslər nəzərdə tutulur. Silsiləvari olaraq, hədisi nəql edən şəxslər arasında ən azı bir nəfər yalançı və etimadsız şəxs olarsa, həmin hədis sənəd etibarı ilə zəif sayılır və ona istinad etmək olmaz. Bu məsələdə əhli-sünnə və şiə məzhəbləri arasında heç bir ixtilaf yoxdur. Məşhur əhli-sünnə alimləri (hədisşünas) Buxari və Müslim öz kitablarına "Səhih" adı qoymuşlar. Yəni, onların fikrinə əsasən bu kitabda toplanan hədislər sənəd etibarilə səhih və düzgündürlər. İndi isə qeyd olunan nöqteyi-nəzərdən həmin hədisin sənədinə nəzər salaq: Qazi İyaz "Şərhuş-şifa" kitabının 2-ci cildində bu hədisin sənəd etibarı ilə zəif olduğunu yazır. Әbdu ibni Həmid "Müsnəd" kitabında Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri mötəbər deyildir. İbni Әdi "Kamilut-tarix" kitabında Nafedən, Nafe isə Abdullah ibni Ömər ibni Xəttabdan nəql edir ki, bu hədisin sənədləri zəifdir. İbni Həzəm yazır: "Bu hədis yalan, qondarma və batildir". 2.Hədisin mətni, məna və məfhumu. Hədisin sənəd və ravilərini araşdırmaqla yanaşı, onun mətninə, məna və məfhumuna da diqqət yetirmək lazımdır. Hədisin mənası Quranın hökmləri, real həqiqət və insan ağlı ilə müxalif olarsa, o hədisə istinad etmək olmaz. Məsələn, bütün sənədləri səhih olan bir hədis Allahın şəriki olduğunu və ya Peyğəmbərin (s) günah etdiyini çatdırırsa, o hədis mötəbər sayılmır. Haqqında danışdığımız hədisin sənəd etibarilə zəif olduğunu isbat etsək də, onun mətnini, məna və məfhumunu da araşdırmaq yaxşı olardı. Hədisin mətnindən belə başa düşülür ki, bütün səhabələr günah və azğınlıq ehtimalından uzaqdırlar. ".....Hansı birinin arxasınca getsəniz hidayət taparsınız" ifadəsindən belə çıxır ki, səhabələr istisnasız olaraq bu ehtimaldan (günah və azğınlıq) tamamilə uzaqdırlar. Çünki Peyğəmbər (s) günahkar bir şəxsin arxasınca getməyə əmr etməz. Qeyd olunduğu kimi, Peyğəmbərin (s) dövründə iman gətirib onunla həmsöhbət olan on minlərlə şəxs səhabə sayılır. Bu qədər insanın kütləvi şəkildə günah ehtimalından uzaq olmasını normal ağıl qəbul edə bilmir. Yəni, həqiqətən o dövrdə yaşayan müsəlmanlar günah etmirdilər?! Hədisdən aşağıdakı üç məna başa düşülür: On minlərlə səhabənin hər biri "ulduz" kimidir.... Hər səhabə öz bildiyinə əməl etsə hidayət tapar. On minlərlə səhabənin hər biri "ulduz" kimidir.... Səhabələr bir-birlərinin arxasınca getsələr hidayət taparlar. On minlərlə səhabənin hər biri "ulduz" kimidir.... Səhabə olmayanlar onların hansı birinin arxasınca getsələr (hansının???) hidayət taparlar?! Diqqət edin, hədisin mənasında nə qədər anlaşılmazlıq vardır. Bu hədis İslam ümmətini hidayətə tərəf yox, təfriqə, ixtilaf və hərc-mərcliyə doğru sürükləyir. Әgər səhabələrin hər biri özü-özlüyündə hidayət yoludursa, nə üçün Peyğəmbərdən (s) sonra vahid xəlifə təyin olundu? Nə üçün səhabə və səhabə olmayan bütün müsəlmanlar yalnız bir səhabəyə tabe olmağa məcbur edilirdilər? Әgər səhabələrin hər biri hidayət mənbəyi, günah və azğınlıqdan uzaqdırlarsa, nə üçün xəlifələrin dövründə səhabələr ayrı-ayrı əməllərə görə cəzalanırdılar? Nə üçün ikinci xəlifə Ömər ibni Xəttab Әbu Hüreyrəni (səhabə-ravi) hədis uydurduğuna görə şallaqla tənbeh etdi? Nə üçün üçüncü xəlifə Osman ibni Әfvan Әbu Zər Ğəffari, Әmmar Yasir, Abdullah ibni Məsud və s. peyğəmbər səhabələrini cəzalandırdı? Bu hədisin düzgün olmamasının ən böyük dəlili onun tarixi həqiqətlərlə uyğun gəlməməsidir. Yüzlərlə əhli-sünnə kitabları səhabələrin hətta böyük günahlar etdiyini yazmışlar. On minlərlə səhabənin günahdan uzaq olmadığını yəqin ki, heç kim təkzib etməz. Lakin burada yenə bir addım geri çəkilərək məşhur səhabələrin mübtəla olduqları aşkar günahların bəzilərini nəzərinizə çatdırırıq: 1.İmam Әhməd ibni Hənbəl "Müsnəd" kitabında, Әbu Bəkr Әhməd ibni Hüseyn Şafei "Dəlailun-nübuvvət" kitabında, İbni Әbil Hədid Mötəzili "Şərhu-nəhcil-bəlağə" kitabında yazır: "Təbuk döyüşündən qayıdarkən səhabələrdən 14 nəfəri sözü bir yerə qoyaraq həzrət Peyğəmbəri (s) "Әqəbə" adlı bir yerdə öldürmək qərarına gəldilər... Onlar dəhşətli səslər çıxararaq qum doldurulmuş kisəni Peyğəmbərin dəvəsinin qarşısına atdılar ki, dəvə qaranlıqda hürküb həzrəti dərəyə aşırsın. Lakin Allah-taala Öz Rəsulunu bu bəladan hifz etdi.." 2.Ötən bəhslərimizdə Әbu Bəkr, Ömər və s. səhabələrin nalayiq sözlər danışaraq söyüş söydüklərini əhli-sünnə kitablarından nəql etdik. Kimə ünvanlanmasından asılı olmayaraq, nalayiq sözlər söyləməyin haram və böyük günah olması hamıya məlumdur. 3.Fazil Təftazani "Şərhul-məqasid" kitabında yazır: "Səhabələrin arasında yaranan kəskin ixtilaf və qarşıdurmalar göstərir ki, onların bəziləri haqq yolundan azmış, öz nəfslərinə uyub zalım və fasiq olmuşlar". 4.İbni Həcər "Fəthul-bari" kitabının 10-cu cildində; -Məhəmməd ibni İsmail Buxari "Səhih" kitabında (Maidə surəsinin 90-cı ayəsinin şərhi); -Müslim ibni Həccac "Səhih" kitabında (Babu təhrimil-xəmr); -İmam Әhməd ibni Hənbəl "Müsnəd" kitabının 3-cü cildində; -Məhəmməd Təbəri "Təfsiri-kəbir" kitabının 7-ci cildində; -Cəlaləddin Siyuti "Dürrül-mənsur" kitabının 2-ci cildində; -Bədrəddin Hənəfi "Ümdətul-qari" kitabının 10-cu cildində yazır: "Әbu Təlhə Zeyd ibni Səhl öz evində gizli məclis keçirdi. Səhabələrdən on nəfəri o məclisdə iştirak etdilər. Onların hamısı şərab içdilər. Onlar aşağıdakı səhabələr idi: Әbu Bəkr, Ömər ibni Xəttab, Әbu Übeydə Cərrah, Әbi ibni Kəb, Səhl ibni Bəyza, Әbu Әyyub Әnsari, Әbu Təlhə (ev sahibi), Әbu Dəcanə, Səmmak ibni Xərşə. Onlar içib məst olduqdan sonra Әbu Bəkr "Bədr" döyüşündə ölən müşriklərə mərsiyə oxumağa başladı".

İsa Məsihin heykəlinə ildırım like
  • 11 Fev 22:47  
Dünya İsa Məsihin heykəlinə ildırım

Braziliyada İsa Məsihin 39 metrlik heykəlinə ildırım düşüb.

arrow Ətraflı
"Ukrayna türk xalqının ağrısını bölüşür" like
  • 11 Fev 22:46  
Siyasət "Ukrayna türk xalqının ağrısını bölüşür"

Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlı

arrow Ətraflı
Kolbasanın orqanizmə  5 dəhşətli like
  • 11 Fev 22:45  
Digərləri Kolbasanın orqanizmə 5 dəhşətli

Hal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimy

arrow Ətraflı
"Gənc yaşda ölmək istəmirəm"  Dağıntılar altında like
  • 11 Fev 22:44  
Dünya "Gənc yaşda ölmək istəmirəm" Dağıntılar altında

Hatayın Antakya rayonunda zəlzələdə dağıntılar altında qalan 19 yaşlı

arrow Ətraflı
Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır like
  • 11 Fev 22:40  
Digərləri Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəm

arrow Ətraflı
Bədənin verdiyi 5 təhlükəli siqnal  Bu hallarda həkimə getmək like
  • 11 Fev 22:30  
Digərləri Bədənin verdiyi 5 təhlükəli siqnal Bu hallarda həkimə getmək

Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, ra

arrow Ətraflı
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına like
  • 11 Fev 22:23  
Dünya Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkm

arrow Ətraflı
“Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik” like
  • 11 Fev 22:22  
Dünya “Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik”

"Malatyada azərbaycanlı tələbələrlə bağlı axtarış-xilasetmə iş

arrow Ətraflı
Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün like
  • 11 Fev 22:21  
Digərləri Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşaya

arrow Ətraflı
Quran haqqında olan ümumi məlumatlar like
  • 11 Fev 22:20  
Digərləri Quran haqqında olan ümumi məlumatlar

Әziz Qur` an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əl

arrow Ətraflı
Başınız niyə ağrıyır?  12 like
  • 11 Fev 22:15  
Digərləri Başınız niyə ağrıyır? 12

Bu gün başı həftədə 1-2 dəfə ağrımayan insan demək olar ki, yoxdur. H

arrow Ətraflı
Ceyhun Bayramovun Kahramanmaraş səfəri  FOTO like
  • 11 Fev 22:13  
Siyasət Ceyhun Bayramovun Kahramanmaraş səfəri FOTO

11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Bərzəx barəsində şübhələr like
  • 11 Fev 22:10  
Digərləri Bərzəx barəsində şübhələr

Bərzəx aləmi barəsində dinsizlər şübhə yaratmışlar. Bu şübhələr b

arrow Ətraflı
Hatayda zəlzələ oldu like
  • 11 Fev 22:07  
Dünya Hatayda zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ ol

arrow Ətraflı
Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı like
  • 11 Fev 22:06  
Digərləri Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı

Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı h�

arrow Ətraflı