Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır


Digərləri 11 Fev 2023 22:40:00 294 0

Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəmiyyətlisi və əsası, Tövhidi olduğu kimi tanımaq və anlamaqdır. Həqiqətdə, Tövhid, yalnız dinin əsaslarının biri kimi deyil, əksinə bütöv İslam əqidələrinin bünövrəsi, kökü və dayaq nöqtəsi deməkdir. İslam dininin əsasları və fərləri3 Tövhidə bağlı olaraq, onunla formalaşır.

Dinimizin hər bir bölməsi bir növ tövhidlə, Allahın yeganəliyiylə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, Allahın sifətlərinin və fellərinin bir olması Tövhidə əsaslanır. İlahi peyğəmbərlərinin bir Allaha doğru çağırışları ilahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, ilahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, qiyamət gününə olan etiqadın birliyi də, Tövhiddən xəbər verir. Elə buna görə də, Qurani-kərim ilahi tövhiddən uzaq düşmək və şirkə doğru meyl etməyi bağışlanılmayan günah sayaraq buyurur: "Allah-təala heç vaxt ona şərik qoşmağı bağışlamaz. İstədiyi kimsənin (bundan savayı) başqa günahlarını (əgər layiqli bilsə) bağışlayar. Allaha şərik qoşan şəxs yalan uydurmuş və böyük günah etmişdir." (Nisa, 48) Başqa bir ayədə buyurulur: "Sənə və səndən əvvəlki bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik olsanız, əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə, ziyankarlardan olacaqsınız." (Zümər, 65)

Tövhid və onun mərtəbələri

Tövhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.

1.Tövhide-zati:

Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.

2. Tövhide-sifati (sifətlərdə Tövhid):

Tövhide-sifati budur ki, Allah-təala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, "Allahın sifətləri isə Onun zatının eyni olması bəhsini" daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

3. Tövhide-əfali (fellərdə Tövhid):

Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-təalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qurani-kərim buyurur: "Allah-təala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!" (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: "Göylərin və yerin açarları Ona məxsusdur. (bütün işlər Onun qüdrətinə bağlıdır.)" (Şura, 12) Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-kərim buyurur: "Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!" (İnsan, 3) Yaxud; "Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur." (Nəcm, 39) Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır. Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-təala, insanları imtahana çəkərək onları "mənəvi təkamül" yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, ilahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz. Əslində əgər biz insanlar, əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; "İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; "Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir."

4. Tövhide-ibadi:

İbadətdə Tövhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tövhide-ibadi adlanır. Tövhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tövhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-kərim buyurur: "Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqəd Allaha ibadət etməklə xilas etmək (şirkdən tövhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din." (Bəyyinə, 5) İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, "Tövhid məsələsi" daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; "Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür." Dərəcəsinə yetişir. Əziz oxucu, tövhidin qisimləri bu dörd bölümlə məhdudlaşmır: Bunlardan başqa, digər bölümləri də, qeyd etmək olar; "Malikiyyətdə Tövhid," (tövhide-malikiyyət-hər bir şeyin həqiqi maliki Allahdır), Qurani-kərim: "Göylərdə və yerdə hər nə vardırsa Allahındır" (Bəqərə, 284). Hakimiyyətdə Tövhid: (Tövhide-hakimiyyət: Həqiqi hakim və hökm edən yalnız Allahdır. Hökm yalnız ona məxsusdur.) (Maidə, 44)

Bədənin verdiyi 5 təhlükəli siqnal  Bu hallarda həkimə getmək like
  • 11 Fev 22:30  
Digərləri Bədənin verdiyi 5 təhlükəli siqnal Bu hallarda həkimə getmək

Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, ra

arrow Ətraflı
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına like
  • 11 Fev 22:23  
Dünya Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkm

arrow Ətraflı
“Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik” like
  • 11 Fev 22:22  
Dünya “Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik”

"Malatyada azərbaycanlı tələbələrlə bağlı axtarış-xilasetmə iş

arrow Ətraflı
Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün like
  • 11 Fev 22:21  
Digərləri Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşaya

arrow Ətraflı
Quran haqqında olan ümumi məlumatlar like
  • 11 Fev 22:20  
Digərləri Quran haqqında olan ümumi məlumatlar

Әziz Qur` an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əl

arrow Ətraflı
Başınız niyə ağrıyır?  12 like
  • 11 Fev 22:15  
Digərləri Başınız niyə ağrıyır? 12

Bu gün başı həftədə 1-2 dəfə ağrımayan insan demək olar ki, yoxdur. H

arrow Ətraflı
Ceyhun Bayramovun Kahramanmaraş səfəri  FOTO like
  • 11 Fev 22:13  
Siyasət Ceyhun Bayramovun Kahramanmaraş səfəri FOTO

11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər na

arrow Ətraflı
Bərzəx barəsində şübhələr like
  • 11 Fev 22:10  
Digərləri Bərzəx barəsində şübhələr

Bərzəx aləmi barəsində dinsizlər şübhə yaratmışlar. Bu şübhələr b

arrow Ətraflı
Hatayda zəlzələ oldu like
  • 11 Fev 22:07  
Dünya Hatayda zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 maqnitudalı zəlzələ ol

arrow Ətraflı
Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı like
  • 11 Fev 22:06  
Digərləri Zəlzələ bölgəsində doğulan uşağa azərbaycanlı

Türkiyədə zəlzələ bölgəsində dünyaya gələn uşağa azərbaycanlı h�

arrow Ətraflı
Kin və ücb haqqında like
  • 11 Fev 21:55  
Digərləri Kin və ücb haqqında

Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Y

arrow Ətraflı
Əsrin imamı ilə əlaqədar on beş suala cavab like
  • 11 Fev 21:50  
Digərləri Əsrin imamı ilə əlaqədar on beş suala cavab

Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların

arrow Ətraflı
Qalxanvari vəzinizi məhv edən 6 vərdiş like
  • 11 Fev 21:45  
Digərləri Qalxanvari vəzinizi məhv edən 6 vərdiş

Qalxanvari vəz boğazda yerləşən çox kiçik kəpənəyəbənzər orqan olub

arrow Ətraflı
İbadət yalnız Allaha məxsusdur like
  • 11 Fev 21:40  
Digərləri İbadət yalnız Allaha məxsusdur

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyris

arrow Ətraflı
Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi like
  • 11 Fev 21:30  
Digərləri Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi

Tərkibində 12 aminturşusu olan şorba insan orqanizmi üçün ən faydalı el

arrow Ətraflı