Rəcət nədir?


Digərləri 11 Fev 2023 23:10:00 297 0

Rəcət nədir?

"Rəcət" lüğətdə "qayıtmaq", dini terminologiyada isə "insanların öldükdən sonra bu dünyaya və qiyamətdən öncə qayıtması" mənasınadır. Bu, imam Zamanın (ə) ümumbəşəri hərəkatı zamanı baş verəcəkdir. Bu müddəanın nə əql ilə ziddiyyəti var, nə də vəhy məntiqi ilə.

İslam dini, eləcə də digər ilahi dinlərə görə insanın cövhərini və əsasını mücərrəd ruh təşkil edir. Ona nəfs də deyilir. Bədən çürüdükdən, fani olub aradan getdikdən sonra ruh qalır və öz əbədi həyatını davam etdirir. Digər tərəfdən, böyük Allah mütləq qüdrət sahibidir və heç bir maneə Onun qüdrətini məhdudlaşdıra bilməz. Qeyd etdiyimiz bu iki müqəddimədən rəcət məsələsinin əqli baxımdan mümkünlüyü aydın olur. Müəyyən qədər təfəkkür etməklə məlum olur ki, insanlardan bir qrupunun həyata qaytarılması onların ilkin yaradılışından qat-qat asandır. Deməli, insanları ilk dəfə yaradan Allah, şübhəsiz, onları yenidən qaytarmağa da qadirdir. Vəhy məntiqi əsasında rəcətin nümunələri keçmiş ümmət-lərdə mövcud olmuşdur. Quran bu barədə buyurur:

وَاِذْ قُلْتُمْ يَا مُوسَي لَن نُّؤْمِنَ لَكَ حَتَّي نَرَي اللَّهَ جَهْرَةً فَاَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنتُمْ تَنظُرُونَ ثُمَّ بَعَثْنَاكُمْ مِنْ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

"Yada salın o zamanı ki, siz (yəhudilər) dediniz: Ey Musa, biz böyük Allahı aşkar şəkildə görməyincə sənə iman gətirməyəcəyik. Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu. Sonra sizi, öldüyünüzdən sonra diriltdik ki, bəlkə şükr edəsiniz." (əl-Bəqərə, 55-56)

Digər bir ayədə Hz.İsanın (ə) dilindən buyurulur: وَ اُحْيِ الْمَوْتَي بِاِذْنِ اللّهِ "Ölüləri Allahın izni ilə dirildirəm." (Ali-İmran 49)

14Qurani-Kərim təkcə rəcətin mümkünlüyünü deyil, o cümlədən, bəzi insanların (qiyamətdən öncə) öldükdən sonar yenidən həyata qayıtmalarını da təsdiq edir. Buna Quranın aşağıda qeyd edəcəyimiz iki ayəsi işarə edir:

وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ اَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْاَرْضِ تُكَلِّمُهُمْ اَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ اُمَّةٍ فَوْجًا مِمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُون

Onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. Hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar bir yerdə cəm edilər və tutulub saxlanılar. (Nəml 82-83)

Rəcət məsələsini bu iki şərif ayə əsasında isbat etmək üçün yaxşı olar ki, aşağıda qeyd edəcəyimiz məsələyə də diqqət yetirək:

1-İslam müfəssirlərinin inancına görə bu iki ayə qiyamətlə əlaqədar məsələni bəyan edir. Birinci ayədə qiyamətdən öncə baş verən hadisələrə işarə edilir. Belə ki, Cəlaləddin Süyuti özünün "Əd-dürrül Mənsur" adlı təfsirində ibni Əbi Şeybədən, o da Hüzeyfədən nəql edir ki, (ayədəki) "xürucul-dabbə" (yərdən canlının çıxması) qiyamətdən öncə baş verən hadisələrdir.( Əd-Dürrül Mənsur,c.5, səh.77, Nəm surəsinin 82-ci ayəsinin təfsirində)

2-Şübhəsiz, qiyamət günündə ümmətin arasındanmüəyyən bir qrup deyil, bütün insanlar dirildiləcəkdir. Quran qiyamətdə bütün insanların dirildilib məhşər səhnəsinə gətiriləcəyi barədə belə buyurur:

ذلِكَ يَوْمٌ مَحْمُوعٌ لَهُ النَّاسُ

"O (Qiyamət) elə bir gündür ki, bütün insanlar bir yerə toplanar." (Hud 103, Əd-Dürrül Mənsur, c.3, səh. 349)

Şəmkirdə müəlliməni avtomobil like
  • 11 Fev 23:08  
Digərləri Şəmkirdə müəlliməni avtomobil

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Suriyada zəlzələdə ölənlərin sayı like
  • 11 Fev 23:06  
Dünya Suriyada zəlzələdə ölənlərin sayı

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1408 nəfərə

arrow Ətraflı
Ətlə kartof yemək olmaz  Zərərli qida birləşmələri like
  • 11 Fev 23:01  
Digərləri Ətlə kartof yemək olmaz Zərərli qida birləşmələri

Hansı qidaların birləşməsi təhlükəlidir?

arrow Ətraflı
Kim Çen In ilk dəfə qızını ictimaiyyətə like
  • 11 Fev 22:57  
Dünya Kim Çen In ilk dəfə qızını ictimaiyyətə

Şimali Koreya lideri həyat yoldaşı və qızı ilə birlikdə Pxenyanın hər

arrow Ətraflı
Ölüm rüsvay edir like
  • 11 Fev 22:55  
Digərləri Ölüm rüsvay edir

"Müsəytir", lüğətdə "qalib", "qahir" və bir

arrow Ətraflı
Səhabələr məsum və günahsız deyillər like
  • 11 Fev 22:50  
Digərləri Səhabələr məsum və günahsız deyillər

Әhli-sünnə məzhəblərinin tutarlı sənəd hesab etdikləri hədisin ("

arrow Ətraflı
İsa Məsihin heykəlinə ildırım like
  • 11 Fev 22:47  
Dünya İsa Məsihin heykəlinə ildırım

Braziliyada İsa Məsihin 39 metrlik heykəlinə ildırım düşüb.

arrow Ətraflı
"Ukrayna türk xalqının ağrısını bölüşür" like
  • 11 Fev 22:46  
Siyasət "Ukrayna türk xalqının ağrısını bölüşür"

Ukrayna Prezidenti Volodimir Zelenski türk xalqına dərin hüznlə başsağlı

arrow Ətraflı
Kolbasanın orqanizmə  5 dəhşətli like
  • 11 Fev 22:45  
Digərləri Kolbasanın orqanizmə 5 dəhşətli

Hal hazırda kolbasa məhsullarının istehsalı zamanı onlarla müxtəlif kimy

arrow Ətraflı
"Gənc yaşda ölmək istəmirəm"  Dağıntılar altında like
  • 11 Fev 22:44  
Dünya "Gənc yaşda ölmək istəmirəm" Dağıntılar altında

Hatayın Antakya rayonunda zəlzələdə dağıntılar altında qalan 19 yaşlı

arrow Ətraflı
Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır like
  • 11 Fev 22:40  
Digərləri Tövhid bütün İslam təlimlərinin ruhu və əsasdır

Biz inanırıq ki, İlahi mərifəti barəsində olan məsələlərin ən əhəm

arrow Ətraflı
Bədənin verdiyi 5 təhlükəli siqnal  Bu hallarda həkimə getmək like
  • 11 Fev 22:30  
Digərləri Bədənin verdiyi 5 təhlükəli siqnal Bu hallarda həkimə getmək

Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, ra

arrow Ətraflı
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına like
  • 11 Fev 22:23  
Dünya Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarına

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyənin zəlzələdən zərər çəkm

arrow Ətraflı
“Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik” like
  • 11 Fev 22:22  
Dünya “Malatyadakı tələbələrin sağ qalacağına ümidimizi itirməmişik”

"Malatyada azərbaycanlı tələbələrlə bağlı axtarış-xilasetmə iş

arrow Ətraflı
Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün like
  • 11 Fev 22:21  
Digərləri Biləsuvarda məcburi köçkünlər Türkiyə üçün

Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşaya

arrow Ətraflı