“Ermənistan nədir?” soruşduq, KTMT susdu –


Siyasət 09 Fev 2023 21:34:00 315 0

“Ermənistan nədir?” soruşduq, KTMT susdu –

Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb.

Son.az axar.az-a istinadən bildirir ki, o, bu məsələ barədə Ermənistan siyasi kəsimi arasında bəzi "anlaşılmazlıqların" olduğunu bildirib və buna aydınlıq gətirməyə çalışıb.

Paşinyan deyib ki, biz KTMT-yə ən mühüm fundamental məqamlardan biri - Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət etmişik:

"Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq.

Bəs AB-nin Ermənistandakı mülki missiyası niyə mümkün oldu? Çünki Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, AB Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi. Yəni, dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər. Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil".

O əlavə edib ki, əgər hər hansı missiya "Ermənistanın ərazisinin nə olduğunu" bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək?

Nikol Paşinyan öz "arqumentini" daha bir gülünc iddia ilə də əsaslandırmağa çalışıb. O bildirib ki, AB missiyasına qədər Azərbaycan torpaqlarının erməni-rus birləşmələri tərəfindən işğal edilə biləcəyini Qərb dairələrində deyirdi. Bunun səbəbi isə Ermənistanda rus bazalarının yerləşdirilməsi ilə bağlıdır.

"Rusiyalı tərəfdaşların yerlərdə nümayəndələri olduğu üçün Qərb tərəfdaşlarımız artıq bizə şübhə ilə baxmağa başladılar ki, siz aqressiv hərəkətlər edəcəksiniz, çünki orada çoxlu erməni və rus qoşunları cəmləşib, Azərbaycana hücuma keçirsiniz. Yazıq azərbaycanlılar yüksəklikləri ələ keçirmək istəyirlər ki, tarazlıq olsun. Buna görə dedik: yaxşı, sən özün gəlib yerində hər şeyi müşahidə et, gör bütün bunlar doğrudur, ya yox?"

Qeyd edək ki, bu, Nikol Paşinyanın sərhədin delimitasiya və demarkasiyasından yayındığının, sərhədlərin dəqiqləşməsi və Azərbaycanın anklavlarının geri qaytarılmasını uzatmasının, eyni zamanda, 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü Zəngəzur dəhlizini vermək istəməməsinin sübutudur. Belə ki, rəsmi İrəvanın tələbinə cavab olaraq KTMT Ermənistandan sərhədin demarkasiya və delimitasiyasına başlanması, Ermənistan sərhədinin dəqiqləşməsini istəmişdi - eyni tələbi Azərbaycan da irəli sürür. Ermənistan isə sərhədin dəqiqləşməsindən yayınmaqla öhdəliklərini də icra etmir və Avropada havadar axtarır...

Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini... like
  • 09 Fev 21:32  
Dünya Qadını qaynar su ilə yandırıb öldürdü, meyitini...

Sankt-Peterburqda 52 yaşlı yerli sakin 30 yaşlı qadını qətlə yetirməkd�

arrow Ətraflı
Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər? like
  • 09 Fev 21:31  
Dünya Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər?

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçək

arrow Ətraflı
SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət like
  • 09 Fev 21:30  
Digərləri SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət

QİÇS (el arasında SPİD kimi tanınan) infeksion xəstəlik virus vasitəsil�

arrow Ətraflı
Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir like
  • 09 Fev 21:25  
Digərləri Siqaret tüstüsünü udmaq çəkməkdən daha zərərlidir

Siqaret ürəyə və qan damarlarına böyük ziyan vurur. Bir ədəd siqaretdə

arrow Ətraflı
Son sutkada 24 yanğına çıxış oldu – like
  • 09 Fev 21:23  
Digərləri Son sutkada 24 yanğına çıxış oldu –

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Vaqonların metal hissələrini və təkərlərini oğurlayanlar like
  • 09 Fev 21:22  
Digərləri Vaqonların metal hissələrini və təkərlərini oğurlayanlar

Dəmiryolu Nəqliyyatında Polis İdarəsi və Biləcəri Xətt Polis Şöbəsin

arrow Ətraflı
Fəxrəddin Manafov: "Diyarbəkirdə qohumlarım var, zəng elədim..." like
  • 09 Fev 21:21  
Digərləri Fəxrəddin Manafov: "Diyarbəkirdə qohumlarım var, zəng elədim..."

Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.

arrow Ətraflı
Daşürəkli olmaq like
  • 09 Fev 21:20  
Digərləri Daşürəkli olmaq

Daşürəkli olmaq elə bir mənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala d�

arrow Ətraflı
Kahramanmaraşdakı azərbaycanlı müəllim: like
  • 09 Fev 21:19  
Dünya Kahramanmaraşdakı azərbaycanlı müəllim:

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, soydaşı

arrow Ətraflı
Ana və iki övladını öldürən şəxsə ömürlük like
  • 09 Fev 21:18  
Digərləri Ana və iki övladını öldürən şəxsə ömürlük

Bakının Nizami rayonunda qaynı arvadı olan qadını və onun iki azyaşlı �

arrow Ətraflı
Artrit xəstələri üçün müalicəvi çay like
  • 09 Fev 21:15  
Digərləri Artrit xəstələri üçün müalicəvi çay

Artrit və artroz da iltihabı azaltmaq üçün xəstələrə bəzi ərzaq və i

arrow Ətraflı
Hər imamın özündən sonra gələcək imamı təyin etməsi like
  • 09 Fev 21:10  
Digərləri Hər imamın özündən sonra gələcək imamı təyin etməsi

12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdu

arrow Ətraflı
Hatayda kütləvi məzarlıq salındı  VİDEO like
  • 09 Fev 20:59  
Digərləri Hatayda kütləvi məzarlıq salındı VİDEO

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların say

arrow Ətraflı
Məşhur beşəm ailəsi məhv oldu, yalnız o sağ qaldı  FOTO like
  • 09 Fev 20:58  
Digərləri Məşhur beşəm ailəsi məhv oldu, yalnız o sağ qaldı FOTO

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak ol

arrow Ətraflı
Putin: Rusiya Ukraynada müharibəni bitirməyə çalışır like
  • 09 Fev 20:25  
Digərləri Putin: Rusiya Ukraynada müharibəni bitirməyə çalışır

Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəyə son qoymağa ç

arrow Ətraflı