Daşürəkli olmaq
Digərləri 09 Fev 2023 21:20:00 244 0
Daşürəkli olmaq elə bir mənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala düşdükdə başqalarının ağrı və müsibətləri ona təsir etməz. Bu halın mənşəyi biganəlik qüvvəsinin artmasıdır. ("Camius-səadət" c.1, səh.369)
Bu xəbəri də oxu: İqlim dəyişikliyinə dayanıqlı kəndlər üzrə TDT Forumunun yaradılması haqqında saziş imzalanıb
Zülm, başqalarına əziyyət vermək, məzlumların çağırışına cavab verməmək, fəqir və ehtiyacı olanlara əl tutmamaq və bu kimi digər mənfi xüsusiyyətlər ürəyin daşlaşmasının nəticəsidir. Belə bir xəstəliyi müalicə etmək çox çətindir. Bu xəstəliyə düçar olanlar bacardıqca səmimi qəlbdən irəli gələn əməllərə can atmalı, nəfslərini feyz aləmindən əlavə mülayimlik sifətini qəbul etməyə hazırlamalıdırlar. Bununla da onların ürəklərindəki qəsavət aradan gedəcəkdir. Əgər onlar bununla özlərini müalicə edə bilməsələr, deməli, artıq Adəm övladının hüdudlarından kənardırlar. Allah-Təala buyurur:
فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ لَعَنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً
"(İsrail oğulları ) verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik." ("Maidə" surəsi, ayə 13) Rəsulullah (s)-dan nəql edilən rəvayətdə deyilir: "Allahın zikrindən başqa çox danışmayın. Çox danışmaq ürəyi sərtləşdirir. Allaha ən uzaq olan daşürəkli insanlardır" ("Kənzul-Ummal" 1740, 18960-cı hədislər) İmam Əmirəl-möminin (ə)-dan nəql edilən rəvayətdə buyurulur: "Göz yaşlarının quruması yalnız ürəyin sərtliyindən, ürəyin sərtliyi isə günahların çoxluğundandır" ("Biharul-Ənvar" c.70, səh.55) Rəsulullah (s)-dan nəql edilən rəvayətdə buyurulur: "Üç şey ürəyi sərtləşdirir: Musiqiyə qulaq asmaq, ov etmək və zalım hakimiyyətin xidmətində dayanmaq" ("Biharul-Ənvar" c.75, səh.370) Məryəm oğlu İsa (ə)-dan nəql edilən rəvayətdə buyurub: " Əgər bir minik heyvanı minilməsə, əhilləşməsə və ondan istifadə edilməsə xüsusiyyəti dəyişər və istifadəsi çətinləşər. Həmçinin, əgər ürəklər ölümü xatırlamaqla mülayimləşməsə, ibadətin üstü paslanar, ürək daşlaşar və sərtləşər" ("Biharul-Ənvar" c.14, səh.309) Sədi Şirazi şerlərinin birində deyir: Adəm övladları sanki bir bədənin üzvləridir. Çünki onlar bir cövhərdən yaradılmışlar. Əgər onlardan biri dünyanın təsirindən ağrı çəkərsə, sair üzvlərdə ağrı çəkər. əgər sən başqalarının dərdinə şərik olmasan, o zaman, özünü Adəm övladı adlandırmağa layiq deyilsən.
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, soydaşı
Bakının Nizami rayonunda qaynı arvadı olan qadını və onun iki azyaşlı �
Artrit və artroz da iltihabı azaltmaq üçün xəstələrə bəzi ərzaq və i
12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdu
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların say
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak ol
Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəyə son qoymağa ç
Daha bir neçə türkiyəli məşhur zəlzələ nəticəsində zərərçəkənl�
Kahramanmaraşda iki saat sonra dağıntılar altından xilas edilən 5 yaşlı
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıc�
Türkiyədə baş verən şiddətli zəlzələlərdən sonra 10 vilayətdə həy
Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin gündəmində olan Sərvə
Zəlzələ zamanı ən çox dağıntı qeydə alınan bölgələrdən biri olan
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın