Fəxrəddin Manafov: "Diyarbəkirdə qohumlarım var, zəng elədim..."
Digərləri 09 Fev 2023 21:21:00 308 0
Xalq artisti Fəxrəddin Manafov Teleqraf.com-un suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Yalvarışlara baxmayaraq evdən qovulan hamilə qadın ərini öldürdü
Onunla müsahibəni təqdim edirik.
- Fəxrəddin müəllim, Türkiyədə dəhşətli zəlzələ baş verdi. Qardaş ölkəyə Azərbaycan adından dəstəyinizi eşitmək istərdik.
- Həmin günü çəkilişdə idim. Çəkiliş meydançasından evə gec gəldim. Həmişə çəkilişdən gəldikdən sonra televizoru yandırıram. AzTV-yə və Türkiyə kanallarına baxdım, bu dəhşətli faciədən xəbər tutdum. Həmin an bilmədim ki, nə edim. Bu, insanın əlində deyil, təbiətin fəlakətidir. Təəssüf ki, təbiət hər şeyi özü "bildiyi" kimi edir.
Türk qardaşlarımızın acısı bizim acımızdır. Onların kədəri bütün türk dövlətlərinin, bütün dünyanın kədəridir. 70-dən çox dövlət Türkiyəyə yardım etmək istəyir. Bu dəhşətli bir faciədir, o qədər insanların dağıntılar altında qalması, uşaqlar, qadınlar, kişilər, yaşlı insanlar... Təsəvvür edirəm ki, dağıntılar altında qalan insanlar nələr çəkirlər. Əslində təsəvvür etmək belə ağırdır. Yalnız əlimizdən dua etmək gəlir. Hamımız, bütün Azərbaycan xalqı qardaşlarımızı düşünürük.
Prezident İlham Əliyev qardaş ölkəyə ilk olaraq dəstəyini göstərdi. Bütün imkanlarımız səfərbər olunub. Dünyasını dəyişən bacı-qardaşlarımıza Allah rəhmət eləsin. Yaralılara isə Allah şəfa versin. Son məlumata görə, 62937 mindən çox yaralı var, 12873 mindən artıq insan dünyasını dəyişib. Bu faciədir və bizim hamımızın ürək ağrısıdır.
Biz çəkilişdə Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənləri bir dəqiqəlik sükutla yad elədik. Allah heç bir ölkəyə bu faciəni göstərməsin.
- Qeyd etdiyiniz kimi qardaş ölkənin yanında hamıdan əvvəl Azərbaycan oldu...
- Əlbəttə, bu, belə də olmalı idi, başqa cür mümkün deyildi. Türkiyə qardaş ölkədir, biz də hər zaman qardaşlarımızın dəstəyini görür, hiss edirik. Qanıbir, dinibir ölkəyik. Əbədi bir yerdəyik və inşallah, əbədi də bir yerdə də olacağıq.
- Bilirik ki, sizin Türkiyədə tanışlarınız çoxdur. Onlarla zəlzələdən sonra telefon vasitəsiylə əlaqə saxladınızmı?
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, soydaşı
Bakının Nizami rayonunda qaynı arvadı olan qadını və onun iki azyaşlı �
Artrit və artroz da iltihabı azaltmaq üçün xəstələrə bəzi ərzaq və i
12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdu
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların say
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak ol
Rusiya Ukraynada 2014-cü ildən bəri davam edən müharibəyə son qoymağa ç
Daha bir neçə türkiyəli məşhur zəlzələ nəticəsində zərərçəkənl�
Kahramanmaraşda iki saat sonra dağıntılar altından xilas edilən 5 yaşlı
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıc�
Türkiyədə baş verən şiddətli zəlzələlərdən sonra 10 vilayətdə həy
Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin gündəmində olan Sərvə
Zəlzələ zamanı ən çox dağıntı qeydə alınan bölgələrdən biri olan