Heydər Əliyevin bir günü: 1994cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfər


Siyasət 09 Fev 2023 10:14:00 323 0

Heydər Əliyevin bir günü: 1994cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfər

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verib və 10 il ərzində bu kursun yüksələn xətt üzrə inkişafını təmin edib. Bu istiqamətdə ilk addım isə Azərbaycan Prezidentinin 8-11 fevral 1994-cü il tarixdə Türkiyəyə ilk rəsmi səfəri olub.

8 fevral 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti prezidentinin iqamətgahı olan "Çankaya" köşkündə Prezident Süleyman Dəmirəl tərəfindən rəsmi qarşılanma mərasimi olub. Qarşılanma mərasimində çıxış edən Prezident Heydər Əliyev bildirib: "Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur".

Elə həmin gün "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərəfinə Türkiyə Prezidenti Süleyman Dəmirəl ziyafət təşkil edib.

Sonra Prezident Heydər Əliyev Türkiyə Cüvhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.

Fevralın 9-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisində olub, millət vəkilləri qarşısnda çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə toxunan Heydər Əliyev qeyd edib: "Sizə bildirmək istəyirəm ki, xalqlarımızın keçmiş tarixi, bu günə qədər yaşadığımız dövr bundan sonra daha yaxın, daha çox dost və qardaş olmağımız üçün böyük təməldir. Əmin ola bilərsiniz ki, biz bu təməl əsasında bundan sonra da irəli gedəcəyik, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, elm, mədəniyyət, təhsil sahəsində, bütün başqa sahələrdə əlaqələr xüsusi xarakter daşıyacaq, başqa dövlətlərlə olan əlaqələrdən dostluq, qardaşlıq əlaqələri kimi fərqlənəcəkdir. Bizim mövqeyimiz belədir. Biz bu yolla gedəcəyik və əmin olun ki, bugünkü Azərbaycan dövləti bu yola sadiqdir və sadiq qalacaqdır".

Həmin gün Prezident Heydər Əliyev Bilkənd Universiteti İdarə Heyətinin sədri İhsan Doğramaçı ilə görüşüb və Azərbaycan Prezidentinə Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.

Fevralın 9-da həmçinin, səfərin ən mühüm hadisələrindən biri, Türkiyə-Azərbaycan sənədlərinin imzalanması mərasimi olub. İki dövlət arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalanıb. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd iki ölkə arasında gələcək əlaqələrin inkişafı üçün çox dəyərli və gərəkli əsasdır. Ümumilikdə isə Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri ilə, nazirlərlə 16-dək müqavilə və protokol imzalanıb. Həmin sənədlərdə ayrı-ayrı sahələrdə münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi proqramı öz əksini tapıb.

Fevralın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin mötəbər iş adamları ilə görüşüb. Heydər Əliyev Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb və Türkiyənin böyük şirkətlərinə investisiya qoymaq üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirib.

Fevralın 11-də Ankarada görüşlərini başa vuran Azərbaycan Prezidenti İstanbula yollanıb. İstanbulda Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil olunan mətbuat konfransında Türkiyəyə ilk rəsmi səfərinin yekunları barədə ətraflı məlumat verib.

Bütövlükdə Azərbaycan Respublikası Prezidentinin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.

İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq like
  • 09 Fev 10:12  
Digərləri İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq

Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma

arrow Ətraflı
Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi like
  • 09 Fev 10:10  
Digərləri Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi

Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m

arrow Ətraflı
Avtomobil yollarında vəziyyət açıqlandı like
  • 09 Fev 09:56  
Digərləri Avtomobil yollarında vəziyyət açıqlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə

arrow Ətraflı
Bakıda külək 15 ağacı qırdı like
  • 09 Fev 09:50  
Digərləri Bakıda külək 15 ağacı qırdı

Bakıda gecə saatlarından başlanan külək 15 ağacı qırıb.

arrow Ətraflı
“Bizim köhnə binalar sökülməsin” like
  • 09 Fev 09:19  
Şou-biznes “Bizim köhnə binalar sökülməsin”

Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi

arrow Ətraflı
İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi like
  • 09 Fev 09:11  
Dünya İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�

arrow Ətraflı
Şamaxıda evdə yanğın like
  • 09 Fev 09:00  
Digərləri Şamaxıda evdə yanğın

Şamaxı şəhərində ümumi sahəsi 81 m² olan kürsülü, birmərtəbəli 3

arrow Ətraflı
Dəri absesi like
  • 09 Fev 08:59  
Digərləri Dəri absesi

Dəri absesi dəri və dərialtı toxumanın irinli-iltihabi xəstəliyidir. Bu

arrow Ətraflı
Almaniya Ukraynaya 2 "Leopard" like
  • 09 Fev 08:58  
Siyasət Almaniya Ukraynaya 2 "Leopard"

Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib

arrow Ətraflı
İran 44 günlük savaşa görə həbs etdiklərini like
  • 09 Fev 08:57  
Siyasət İran 44 günlük savaşa görə həbs etdiklərini

İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatın

arrow Ətraflı
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi like
  • 09 Fev 08:55  
Digərləri Spirtli içki səbəbli qaraciyərin zədələnməsi

Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki

arrow Ətraflı
G7 bu ölkələrə qarşı sanksiyaları like
  • 09 Fev 08:52  
Dünya G7 bu ölkələrə qarşı sanksiyaları

G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyal

arrow Ətraflı
Yüksəklik qorxusu – aqrofobiya like
  • 09 Fev 08:51  
Digərləri Yüksəklik qorxusu – aqrofobiya

Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özün

arrow Ətraflı
Baydenin Rusiya üzrə baş müşaviri like
  • 09 Fev 08:50  
Siyasət Baydenin Rusiya üzrə baş müşaviri

ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhb

arrow Ətraflı
ABŞ Polşaya 500dən çox HIMARS like
  • 09 Fev 08:48  
Siyasət ABŞ Polşaya 500dən çox HIMARS

Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500

arrow Ətraflı