Üzr istə xalqımızdan, ayətullah Xameneyi!
Digərləri 27 Yan 2023 14:30:00 265 0
Tehranda Azərbaycan səfirliyinə edilən hücum fars molla rejiminin terrorçu mahiyyətini ortaya qoydu. Tarixdən də yaxşı məlumdur ki, mövcudluğu ərzində dəfələrlə terrora yol verən fars molla rejimi hər dəfə də ən aciz yolu seçir - səfirlikləri, diplomatik binaları, toxunulmazlıq hüququ olan insanları hədəfə alır. İllər uzunudur ki, bu çirkin siyasətini də davam etdirir.
Bu xəbəri də oxu: Neftimiz bahalaşdı
Dindən siyasi maraqlar üçün istifadə edən bu dövlət üçün heç bir müqəddəs hiss yoxdur. Konkret olaraq onun Ermənistana olan münasibətini götürək. Azərbaycan düşməni olan dövlətlə ən yüksək səviyyədə münasibət quraraq antiazərbaycan siyasəti aparıb.
İran rejiminin Azərbaycanın başına gətirilənlərdə, şəhidlərinin qanında əli olduğu da faktdır. Azərbaycan torpaqlarının işğalında İran rejiminin də yardımını sübut edən çoxsaylı təkzibolunmaz faktlar mövcuddur. Məsələn, 1992-ci ildə Şuşanın işğal olunması faktını götürək. Dəfələrlə də bunlar deyilib və yazılıb. Həm Birinci həm də ikinci Qarabağ müharibəsində İran tərəfinin Ermənistana kəşfiyyat materialları ötürməsi, Azərbaycan ordusunun irəliləməsinə mane olması və digər əməlləri ilə əlini şəhidlərimizin qanına batırıb. Tehranda Azərbaycan səfirliyinə hücum, zabitin öldürülməsinə də kontekstdən yanaşmaq olar. Bəli, şəhidimin ölümündə birbaşa İran dövlətinin əli var. Bu, illər uzunu İran rejiminin yürütdüyü antiazərbaycan siyasətin nəticəsidir.
Bu terror aktından sonra Azərbaycanda İrana simpatiya ilə yanaşanlar, İran bayrağı qaldıranlar, Xomenei şəkilləri asanlar bunlardan imtina etməli, onları atmalıdırlar. Əks təqdirdə onlar Azərbaycan dövlətinin düşmənləri olduqlarını təsdiq edəcəklər. İrana simpatiya edənlər ya mövqerlərinə düzəliş etməlidirlər, ya da bu ölkəni tərk etməlidirlər.
İranla əməkdaşlıq edən media orqanlarının qapadılması da tələb olunmalıdır. Sosial şəbəkələr monitorinq olunmalıdır, İrana simpatiya edənlər, onun terruna don geyindirməyə çalışanlar ifşa olunmalıdır və onların barəsində tədbir görülməlidir.
Maraqlıdır ki, İran rejimi səfirliyimizə hücumu "ailə münaqişəsi" kimi gülünc iddia ilə əsaslandırmağa çalışsa da, hücumun arxasında molla rejiminin özünün dayandığı aydın görünür: indiyə qədər siyasi bəyanatlar və hərbi təlimlər üzərindən "əzələ nümayişi" edirdilərsə, indi Bakıya praktiki mərhələdə edə biləcəklərinin mesajını verirlər; hücuma İran tərəfinin siyasi reaksiyasının gecikməsi də bu versiyanı ön plana çıxarır.
Ən əsası - illər uzunu Azərbaycanı İsraillə əməkdaşlıq etdiyinə görə qınayanlar bundan nəticə çıxarmalıdırlar. Digər bir məsələ - İran tərəfi, xüsusən də Azərbaycana qarşı hədyanlar yağdıran ali din lideri baş verən terrora görə dərhal Azərbaycandan üzr istəməlidir. Əlsində müsəlman qanına susamış Ermənistan liderlərini yüksək səviyyədə qəbul etməklə əsl mahiyyətlərini ortaya qoymuşdular.
Dəfələrlə Azərbaycanda islamofobiyanın olduğunu iddia edən İran hakimiyyəti indi nə deyəcək? Əgər bu bir başqa ölkədə baş versəydi yenə adi terror kimi qarşılana bilərdi. Axı bu hücum əksəriyyəti şiə müsəlmanları olan ölkənin toxunulmaz olan diplomatik korpusuna edilir?
Azər Nuriyev Son.az
Naxçıvanda artıq yeni dönəm başlayıb. Sakinlər bildirirlər ki, Muxtar R
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistemati
Müdafiə nazirinin ümumiyyətlə biliyi sıfırdır, onun ən mühüm "l�
Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi dü�
İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir.
İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəl
Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın doğum günü
İran hakimiyyəti səfirliyimizə hücumla bağlı məsələnin dərindən ara�
Zimbabve hakimiyyəti ölkənin yeni paytaxtı olacaq futuristik "Cyber
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücu
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qar
Azərbaycanın Tehran səfirliyinə mənfur hücumu edən şəxsi və bunu etdir
"Ukrayna bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xid
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə b