Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik siyasətindən qaynaqlanır Sahil Kərimli
Siyasət 27 Yan 2023 14:10:00 288 0
Bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik siyasətindən qaynaqlanır.
Bu xəbəri də oxu: Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.
S.Kərimli bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən qanlı terror aktı ilə bağlı İran tərəfinin yalan məlumatlar yayması böyük şübhələr yaradır. İran rəsmi orqanları silahlı hücumla bağlı uydurma ehtimallar irəli sürməklə cianyətin əsl mahiyyətini gizlətmək, həqiqəti ört-basdır etməyə çalışır.
"Videogörüntülərdən tam aydır görünür ki, silahlı terrorçu təkdir, yanında qadın və ya azyaşlı yoxdur. Bu bir terror aktıdır və böyük ehtimalla İranının xüsusi xidmət orqanları tərəfindən xaincəsinə hazırlanıb. İranda bu kimi terror aktları əvvəllər də baş verib, amma dövlət orqanları tərəfindən heç bir tədbir görülməyib. İran daim terrora dəstək verən ölkə kimi tanınıb, burada tarixən terrorçular üçün münbit şərait olub. Belə olduğu halda rəsmi Tehran diplomatik korpusların, xarici nümayəndəliklərin təhlükəsizliyinə necə zəmanət verə bilər? Digər tərəfdən İranın ölkəmizə qarşı tutduğu düşmənçilik mövqeyi sirr deyil. Xüsusilə də son iki ildə İran tərəfinin təhdidləri, bizimlə açıq hədə dili ilə danışması məlumdur. Bütün bunlar deməyə əsas verir ki, bu gün Azərbaycan səfirliytinə edilən silahlı hücum əvvəlcədən məqsədli şəkildə planlaşdırılmış terror aktıdır", - deyə S.Kərimli qeyd edib.
Onun sözlərinə görə, bu terror molla rejiminin Azərbaycan dövlətinə və xalqına bəslədiyi düşmənçilik hissindən qaynaqlanır.
"Tam əminliklə demək olar ki, terrorçuların planı bütün səəfilik əməkdaşlarını qətlə yetirmək olub. Əgər mühafizəçilər bunun qarşısını almasaydı, cinayətkar öz məqsədinə çatacaqdı. Şübhəsiz ki, burada məsuliyyət tam olaraq molla rejiminin üzərinə düşür. Baş vermiş qanlı terror aktı bütün dünyanı şoka salmaqla yanaşı, Azərbaycan dövləti və cəmiyyəti tərəfindən haqqlı olaraq hiddətlə qarşılanıb. Biz inanmaq istərdik ki, İranın dövlət qurumları baş vermiş cinayəti obyektiv araşdıracaq, terror aktını planlaşdıran, həyata keçirən qüvvələrin əhatəsini tam müəyyən edərək məsuliyyətə cəlb edib ciddi cəzalandıracaq. Amma təəssüf ki, buna imid çox azdır. Çünki, İran siyasi rəhbərliyinin əsl mahiyyəti bizə yaxşı bəllidir", - deyə S.Kərimli qeyd edib.
İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir.
İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəl
Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın doğum günü
İran hakimiyyəti səfirliyimizə hücumla bağlı məsələnin dərindən ara�
Zimbabve hakimiyyəti ölkənin yeni paytaxtı olacaq futuristik "Cyber
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücu
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qar
Azərbaycanın Tehran səfirliyinə mənfur hücumu edən şəxsi və bunu etdir
"Ukrayna bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xid
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə b
Səfirliyimizə hücumla bağlı İran polisinin yalanlarının sübutu olan dah
Nizami Kino Mərkəzində "Cinemazadeh" studiyasının bənzərsiz, h�
Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir�