XİN səfirliyə hücumla bağlı bəyanat yayıb
Digərləri 27 Yan 2023 13:48:00 2116 0
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq.
Bu xəbəri də oxu: Qəsdən adam öldürmə cinayətləri ilə bağlı mühüm qərar
Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.
İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.
Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın Tehran səfirliyinə mənfur hücumu edən şəxsi və bunu etdir
"Ukrayna bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik xid
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə b
Səfirliyimizə hücumla bağlı İran polisinin yalanlarının sübutu olan dah
Nizami Kino Mərkəzində "Cinemazadeh" studiyasının bənzərsiz, h�
Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyir�
Son aylarda İran mətbuatında və İran ofislərində Azərbaycan əleyhinə k
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı səfirliyin müha
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum İran daxilində də c
Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində ş
2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət baş�
Amerikanın "Morgan Stanley" bankı öz əməkdaşlarını yüksək m�
İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi