Allaha təvəkkül: nə ifrat, nə də təfrit
Digərləri 26 Yan 2023 23:40:00 400 0
Bəzi dini terminlər var ki, artıq "dini" statusundan çoxdan çıxıb və ancaq dini ayinləri yerinə yetirənlərin leksikonunda deyil, faktiki olaraq bütün xalqın gündəlik istifadə etdiyi ifadələr sırasında özünəməxsus yer tutub. Belə ifadələrdən biri də "Allaha təvəkkül"dür.
Bu xəbəri də oxu: Pensiya alanların diqqətinə!
Dini anlamda Allaha təvəkkül etmək hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Artıq qeyd edildiyi kimi, bu söz birləşməsindən gündəlik həyatımızda tez-tez istifadə edirik. Amma necə və hansı hallarda?
Sözsüz ki, təvəkkülün dərəcələri müxtəlifdir və bilavasitə insanların imanları, daxili aləmləri ilə düz mütənasiblik təşkil edir. Amma bizim təvəkkülün nadir formaları ilə işimiz yoxdur, əgər belə demək mümkündürsə, "ümumxalq təvəkkülünün" bir neçə aspektinə toxunmaq istərdik.
Sirr deyil ki, İslamda istənilən əməldə "qızıl orta" prinsipi qorunmalıdır. Nə ifrata, nə də təfritə varmaq olmaz. Məsələyə bu prizmadan nəzər salsaq deməliyik ki, Allaha təvəkküllə "Allahdan buyruq, ağzıma quyruq" prinsi arasında bərabərlik işarəsi qoymamalıyıq. Allaha təvəkkül Rəbbimiz tərəfindən insan üçün təyin etdiyi vəzifələri aradan aparmır, onları qüvvədən salmır. Hər kəs yaşına, sosial mövqeyinə uyğun olan vəzifələri icra etməlidir, əlini başının altına atıb göydən İlahi göstərişlə halva yağmasını gözləməməlidir. Sözsüz ki, burda heç kim Allahın qüdrətini və böyüklüyünü şübhə altına almır. Bəzi "üləmaların" "Allah istəsə ola bilməz ki!?" iradına da əvvəlcədən "Allah istəsə hər şey ola bilər!" cavabını söyləyib, öz növbəmizdə "bağışlayın, amma Allah bunu sizin hansı xidmətinizə görə və nə üçün iradə etməlidir ki?" ritorik sualını verək. Bir sözlə, Allaha təvəkkül heç də tənbəllərin bəraət konsepsiyasının təməl daşı deyil.
Eyni zamanda Allaha təvəkküllə bir çoxlarının tez-tez istifadə etdikləri "cəhənnəmə ki!" ifadəsi arasında da bərabərlik işarəsi qoymaq olmaz. Allaha təvəkkül bütün qapıları döydükdən, bütün vəzifəli şəxslər qarşısında qəddimizi əydikdən, hər vasitədən əlimiz üzüldükdən sonra təlaş içində müraciət etdiyimiz Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də deyil. Yəni "bütün ümidlər puça çıxdı, hamı məndən üz döndərdi, bir bunu da sınayım, itirəcəyim nə var ki!" prinsipini rəhbər tutmaq Allaha təvəkkül deyil. Bu hala bəlkə də yüzlərlə tərif vermək olar, amma "Allaha təvəkkül"... Alınmır, heç cür.
Elmi adı "Allium ursinum" olan xalyar bitkisi dünyada yabanı sarım
Çox uzun dırnaqlar, süni dırnaqlar, müasir manikür sağlamlıq üçün tə
"Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir".
Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları həl�
Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd "Leo
Növbəti bir neçə ay Ukraynada davam edən hərbi əməliyyatlar üçün həl
Yeddinci Abbasi xəlifəsi Məmun (813-833) hakimiyyətinin lap əvvəllərində
Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beyn
Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin yaxşı ol
Fırça və diş məcunu hər bir pasiyentə fərdi şəkildə həkim tərəfind
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun tera
Naxçıvanda sahibkarların martın 1-dək elektron qaimə sisteminə keçəcəy
İsveçrədə yaşayan türklər Qurani-Kərimin yandırılmasına etiraz edib.