Ziraat Bank Azərbaycan 2022ci ili uğurla yekunlaşdırdı


Digərləri 25 Yan 2023 17:40:00 369 0

Ziraat Bank Azərbaycan 2022ci ili uğurla yekunlaşdırdı

Ziraat Bank Azərbaycan 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.  

Hesabatlara əsasən bank böyüməyə və müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, açıqlanmış maliyyə hesabatlarına əsasən 2022-ci il ərzində bankın aktivləri 36,3% artaraq 529 mln. manata çatmış, bankın kredit portfeli isə banklar və digər maliyyə institutları istisna olmaqla 37,5% artaraq  317 mln. manatı keçmişdir. Bankın məcmu kapitalı 31% artaraq 102 mln. manatı keçmişdir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan 2022-ci ildə Nizamnamə kapitalını da 31% artıraraq 65 mln. manata çatdırmışdır. 

Bank müştərilərinin inam və etibarını qazanmağa davam edir. Göstəricilərdən biri olaraq bankın depozit portfelində il ərzində müşahidə edilən mühüm artımı bunun sübutu kimi qeyd etmək olar. Belə ki, Bankın cəmi depozit portfeli banklar və digər maliyyə institutları istisna olmaqla 2021-ci ilin sonu ilə müqayisədə 51% artaraq 318 mln. manata çatmışdır. Bankın xalis mənfəəti isə 7,5 mln. manatı keçmişdir.

2022-ci il ərzində Bankın beynəlxalq və yerli təşkilatlar ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Bank tərəfindən yerləşdirilmiş kreditlərdə keçən ilin sonu ilə müqayisədə 24% artım müşahidə olunub. Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu vəsaiti hesabına verilmiş kreditlərdə isə 2021-ci ilin sonu ili müqayisədə 2.7 dəfədən artıq artım müşahidə edilmişdir.

Ziraat Bank Azərbaycan 2022-ci il ərzində xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətləri daha da yaxşılaşdırılması məqsədi ilə Fransanın Societte Generale bankında yeni AVRO müxbir hesabı açaraq  beynəlxalq müxbir əlaqələrini  genişlətmiş və hesabların sayını səkkizə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Societte Generale AVRO valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Qeyd edək ki, Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.

Ümumi olaraq hesabatlara əsasən bank 2022-ci il ərzində əsas maliyyə göstəriciləri üzrə illik fəaliyyətini uğurla tamamlamışdır.

"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

“Əgər kişinin 20 yaşı varsa və "Lamborghini"si yoxdursa bacarıqsızdır" like
  • 25 Yan 17:39  
Digərləri “Əgər kişinin 20 yaşı varsa və "Lamborghini"si yoxdursa bacarıqsızdır"

Amerikalı yutuber Sebastiyan Georgiunun son açıqlaması müzakirələrə səb

arrow Ətraflı
Yasamalda "patı" satanlar saxlanıldı  VİDEO  FOTO like
  • 25 Yan 17:31  
Kriminal Yasamalda "patı" satanlar saxlanıldı VİDEO FOTO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tər�

arrow Ətraflı
Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirilib  FOTO like
  • 25 Yan 17:30  
Digərləri Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirilib FOTO

Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multi

arrow Ətraflı
“Ukraynadakı əməliyyatın məqsədi insanları qorumaqdır” like
  • 25 Yan 17:19  
Dünya “Ukraynadakı əməliyyatın məqsədi insanları qorumaqdır”

"Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatın məqsədi insa

arrow Ətraflı
Misir prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı like
  • 25 Yan 17:10  
Siyasət Misir prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi yanvarın 27-28-i Azərbaycana səfər

arrow Ətraflı
Almaniya Ukrayna ilə bağlı bu məlumatı təsdiqlədi like
  • 25 Yan 17:09  
Dünya Almaniya Ukrayna ilə bağlı bu məlumatı təsdiqlədi

Almaniya hökuməti Ukraynaya "Leopard 2" tanklarının tədarükünü

arrow Ətraflı
Fransa Xankəndidən başlamaq istəyir like
  • 25 Yan 16:59  
Siyasət Fransa Xankəndidən başlamaq istəyir

"Fransa açıq-aşkar Cənubi Qafqazda özünə yer etmək niyyətindədir&

arrow Ətraflı
“Volvo” avtomobillərini geri çağırır like
  • 25 Yan 16:52  
Digərləri “Volvo” avtomobillərini geri çağırır

Avtomobil istehsalçısı "Volvo" əyləc dəstəyi sistemindəki nasa

arrow Ətraflı
"O çörək sizə zəhər olsun"  Afaq Bəşirqızı like
  • 25 Yan 16:41  
Şou-biznes "O çörək sizə zəhər olsun" Afaq Bəşirqızı

"Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət x

arrow Ətraflı
Paşinyanın avantürası: Bakının tələbi var?  Mxitaryan like
  • 25 Yan 16:30  
Digərləri Paşinyanın avantürası: Bakının tələbi var? Mxitaryan

Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi g

arrow Ətraflı
Antonio Banderas ürəktutması barədə: “Həyatımın ən yaxşı hadisəsi idi” like
  • 25 Yan 16:10  
Şou-biznes Antonio Banderas ürəktutması barədə: “Həyatımın ən yaxşı hadisəsi idi”

Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın

arrow Ətraflı
Molla rejiminin qurbanı olan gənc: "Sol gözüm..."  FOTO like
  • 25 Yan 16:01  
Digərləri Molla rejiminin qurbanı olan gənc: "Sol gözüm..." FOTO

İranda molla rejiminə qarşı etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edi

arrow Ətraflı
Ukrayna Soledarı itirdiyini təsdiqlədi like
  • 25 Yan 16:00  
Dünya Ukrayna Soledarı itirdiyini təsdiqlədi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya o

arrow Ətraflı
XİNdən BMTnin Əhali Fonduna çağırış like
  • 25 Yan 15:59  
Siyasət XİNdən BMTnin Əhali Fonduna çağırış

Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafınd

arrow Ətraflı