Paşinyanın avantürası: Bakının tələbi var? Mxitaryan
Digərləri 25 Yan 2023 16:30:00 350 0
Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi gözlənilən idi. Onlar Rusiya ətrafında yaranmış vəziyyətdən istifadə etdilər, lakin İrəvanın hərəkətlərinin nə dərəcədə balanslaşdırılmış olması sual altındadır.
Bu xəbəri də oxu: Türkiyə bu ərazini geri aldı 67 il sonra...
Son.az axar.az-a istinadən xəbər verir ki, bunu erməni analitik Hermine Mxitaryan deyib.
"Qərbin fəallığı xüsusilə bir sıra rəsmilərin İrəvana səfərləri, Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir. Bu fonda demək olar ki, Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib. Qərbin real maraqlarını və onun ani hədəflərini anlamaq lazımdır. Laçın yolu məsələsində Ermənistan hakimiyyəti məsuliyyəti yalnız Rusiya tərəfinin üzərinə qoyur. Qərb də bundan maksimum yararlanmağa çalışır və daha da fəallaşır: onlar prosesdə əsas rolu öz üzərinə götürməyə, erməni cəmiyyətinin Qərbə qarşı müsbət münasibətini formalaşdırmağa, danışıqlar prosesinin onların himayəsi altında getdiyini göstərməyə cəhd edirlər. Gürcüstanın İrəvanla Bakı arasında platforma təklifi Qərbin fəallaşması kontekstində nəzərdən keçirilməlidir. Bunun fonunda Ermənistan hakimiyyəti ölkədə və cəmiyyətdə nəzərəçarpacaq dərəcədə antirusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır", - o bildirib.
Mxitaryan qeyd edib ki, burada Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Laçın yolu ətrafındakı vəziyyəti əsas gətirərək danışıqlar üçün Moskvaya getməməsi, lakin Brüsselə getməsi də diqqət çəkir:
"Nəzəri cəhətdən bu, hakimiyyətin siyasəti ola bilər ki, guya Azərbaycan Laçın yolunu açana qədər onlar heç bir formatda görüşməyəcək, danışıqlar masasına əyləşməyəcəklər. Amma biz görürük ki, bu siyasət birbaşa antirusiya əhval-ruhiyyəsinin reallaşması ilə bağlıdır. Yəni problem azərbaycanlı həmkarı ilə görüşdə deyil, Rusiyanın vasitəçiliyi ilə görüş keçirməkdədir. Ermənistan Qərbin himayəsi altında danışıqlara hazır olduğunu nümayiş etdirir".
Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın
İranda molla rejiminə qarşı etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edi
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya o
Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafınd
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd
Texnologiya dünyasının nəhəng şirkətlərindən biri olan "Microsoft&
Bakının Nərimanov rayonunda yerləşən "Bakı KOB evi"ndə sahibka
"Şou proqramlara, toylara heç yarım saatlıq da getmirəm. Çünki özü
Məşhur amerikalı reper türkiyəli ayaqqabı dizaynerinə qarşı fırıldaq�
"Unibank" KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini a
"Rusiyadayam, çörək pulu arxasınca getmişəm. Heç bir sənət yoldaş
Vəkil Şəfiqə Nağıyeva ilə kulturoloq Adil Xan arasında qalmaqal yaşanı
"Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcə