XİNdən BMTnin Əhali Fonduna çağırış


Siyasət 25 Yan 2023 15:59:00 344 0

XİNdən BMTnin Əhali Fonduna çağırış

Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar bəyanatına münasibət bildirib.

Bununla bağlı nazirlikdən verilən məlumatda deyilir:

"24 yanvar tarixində BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında, düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınaqcaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir.

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.

Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.

Xarici İşlər Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə "humanitar fəlakət" yaratdığı barədə iddialar əsassızdır. Etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunublar. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin "liderləri" kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar.

Qeyd edilənlərlə əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq".

İrəvan seçimini etdi: Kreml xaindir  Arşakyan like
  • 25 Yan 15:50  
Digərləri İrəvan seçimini etdi: Kreml xaindir Arşakyan

Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd

arrow Ətraflı
"Microsoft"da problem: bu xidmətlərə daxil olmaq mümkün deyil like
  • 25 Yan 15:30  
Digərləri "Microsoft"da problem: bu xidmətlərə daxil olmaq mümkün deyil

Texnologiya dünyasının nəhəng şirkətlərindən biri olan "Microsoft&

arrow Ətraflı
“Bakı KOB evi”ndə əmək və məşğulluq üzrə də xidmətlər göstərilir  FOTO like
  • 25 Yan 15:09  
Digərləri “Bakı KOB evi”ndə əmək və məşğulluq üzrə də xidmətlər göstərilir FOTO

Bakının Nərimanov rayonunda yerləşən "Bakı KOB evi"ndə sahibka

arrow Ətraflı
“Kişi bunu daha rahat edir“  VİDEO like
  • 25 Yan 15:08  
Şou-biznes “Kişi bunu daha rahat edir“ VİDEO

"Şou proqramlara, toylara heç yarım saatlıq da getmirəm. Çünki özü

arrow Ətraflı
Məşhur amerikalı reper türkiyəli dizayneri aldatdı like
  • 25 Yan 14:46  
Şou-biznes Məşhur amerikalı reper türkiyəli dizayneri aldatdı

Məşhur amerikalı reper türkiyəli ayaqqabı dizaynerinə qarşı fırıldaq�

arrow Ətraflı
Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb like
  • 25 Yan 14:45  
Digərləri Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Unibank" KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini a

arrow Ətraflı
"Rusiyadayam, çörək pulu arxasınca getmişəm" like
  • 25 Yan 14:35  
Şou-biznes "Rusiyadayam, çörək pulu arxasınca getmişəm"

"Rusiyadayam, çörək pulu arxasınca getmişəm. Heç bir sənət yoldaş

arrow Ətraflı
May ayında Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv olacaq like
  • 25 Yan 14:16  
Siyasət May ayında Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv olacaq

"Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcə

arrow Ətraflı
Milli Məclisdə erməni cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək like
  • 25 Yan 14:15  
Siyasət Milli Məclisdə erməni cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən tör

arrow Ətraflı
Türkiyədə qadın solist öldürüldü: Qatilin qaçışı anbaan lentə alındı like
  • 25 Yan 14:13  
Digərləri Türkiyədə qadın solist öldürüldü: Qatilin qaçışı anbaan lentə alındı

Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olara

arrow Ətraflı
Elnarə Alp dağlarında like
  • 25 Yan 14:02  
Şou-biznes Elnarə Alp dağlarında

Müğənni Elnarə Xəlilova Alp dağlarına gedib.

arrow Ətraflı
İsfahanda bir ay əvvəl qaçırılan gəncin meyiti atasının bağından tapıldı like
  • 25 Yan 13:51  
Digərləri İsfahanda bir ay əvvəl qaçırılan gəncin meyiti atasının bağından tapıldı

İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin meyiti iki gün öncə atasının ba�

arrow Ətraflı