"Rusiyadayam, çörək pulu arxasınca getmişəm"
Şou-biznes 25 Yan 2023 14:35:00 308 0
"Rusiyadayam, çörək pulu arxasınca getmişəm. Heç bir sənət yoldaşımla görüşə bilmirəm, münasibət də saxlamıram. Salam, sağol qalıb. Bir az pis çıxmasın, heç kim məni maraqlandırmır da. Həyat qısadır, ömür azalıb. Bir-birinin ardınca sənətçilər dünyalarını dəyişirlər. Toppuş bacı da gözəl insan və aktrisa idi. Allah ona rəhmət etsin. Qalmaqal, düşmənçilik etməyin yeri yoxdur. Hər dəfə kimisə itirəndən sonra bizdə insani hisslər baş qaldırır. Bir müddət heç kimə pislik etmirlər, sonra başlayırlar yenə də pislik etməyə. Olmaz ki, heç vaxt pislik etməyəsiz, ancaq yaxşılıq edəsiz?"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı bildirib.
Müğənni illər əvvəl əməkdar artist Gülüstan Əliyeva ilə olan qalmaqalından da danışıb. Bildirib ki, bu məsələyə əslində kənar insanlar müdaxilə edərək, aralarını vurmaq istəyiblər.
"Gülüstan yaxşı xanımdır, vaxt olub ki, onunla şadlıq evində bir yerdə işləmişik. Bir-birimizə toylar vermişik, yaxşılıqlar etmişik. Xırda məsələlərə görə Gülüstanla münasibətimi poza bilməzdim. Yenə də onu görəndə öpüb-qucaqlayıram. Sənətə dünən gəlməmişik, ikimizin də ali savadı, sevənləri var. Mən onu çox istəyirəm, hər nə olubsa da keçib gedib. Mən sadəcə demişdim ki, "Ay nənə" mahnısını Gülüstan Əliyeva məndən sonra oxuyub. Bəlkə də ona başqa cür çatdırmışdılar. O da demişdi ki, "hər kəs öz mədəniyyətini göstərir". İnanmıram ki, Gülüstan haqqımda bu sözü desin, çünki mənim mədəniyyətsizliyimi görməyib. Bəlkə də montaj etmişdilər. Mədəniyyətimə də, sənətimə də bələddir. Deyibsə də Allah canını sağ etsin. İnsandır da, bəlkə əsəbi vaxtına düşüb. Amma yenə də inanmıram. Bir daha olmasın, Gülüstan o vaxt avtomobil qəzası keçirəndə yanına gedib, ona başa çəkənlərdən biri də mən idim. Bizim münasibətlərimiz bu günə yox, o vaxta söykənir", - deyə sənətçi bildirib.
Vəkil Şəfiqə Nağıyeva ilə kulturoloq Adil Xan arasında qalmaqal yaşanı
"Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcə
Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən tör
Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olara
İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin meyiti iki gün öncə atasının ba�
Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən
Aparıcı Aytən Səfərova da son günlər yayılan virusa yoluxub.
Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazını
Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən
Mənzil başına rahat çatmaq üçün vacibdir ki, çıxdığın yol da rahat,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar
Britaniyanın "Destination2" turizm şirkətinin analitikləri mart ay
Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.
Baş rolları Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandırdığı &