Milli Məclisdə erməni cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
Siyasət 25 Yan 2023 14:15:00 313 0
Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı xüsusi dinləmə keçiriləcək.
Bu xəbəri də oxu: Finlandiya Prezidenti İlham Əliyevə başsağlığı verib
Son.az Trend-ə istinadən bildirir ki, bu, İnsan hüquqları komitəsinin 2023-cü il iş planına daxil edilib.
Yaz sessiyası müddətində komitənin iş planında "Azərbaycanlılara qarşı nifrət nitqi və nifrət cinayətləri" adlı hesabatın təqdimatının keçirilməsi də yer alıb. Adıçəkilən hesabat İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və parlamentin İnsan hüquqları komitəsi ilə birgə hazırlanıb.
Həmçinin, İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, eləcə də Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin işlənib hazırlanması iş planına daxil edilib.
Bundan başqa, yaz sessiyasında "Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri" mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələrin, həmçinin "Qərbi Azərbaycanlıların 100 illik deportasiyası - Vətən müharibəsindəki qələbədən sonra Qərbi Azərbaycanlıların hüquqları kontekstində" adlı konfransın da keçirilməsi nəzərdə tutulub.
Son.az
Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olara
İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin meyiti iki gün öncə atasının ba�
Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən
Aparıcı Aytən Səfərova da son günlər yayılan virusa yoluxub.
Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazını
Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən
Mənzil başına rahat çatmaq üçün vacibdir ki, çıxdığın yol da rahat,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar
Britaniyanın "Destination2" turizm şirkətinin analitikləri mart ay
Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.
Baş rolları Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandırdığı &
Qırğızıstan Parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qa
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Kimi sərnişini döyür, kimisi gənc qızı kofeyə dəvət edir, kimisi də m