Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirilib FOTO
Digərləri 25 Yan 2023 17:30:00 340 0
Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu xəbəri də oxu: Mükəmməl borş bişirmək üçün bunları edin
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Holokost qurbanlarının anım günü, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin onların birlik, bərabərlik, yüksəliş günüdür.
"Holokost qurbanları həyatlarını boş yerə qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətləri bu gün düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik", - deyə Kamal Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Holokost qurbanlarının xatirəsinin yad etmək üçün hər il mərkəz tərəfindən tədbirlər təşkil olunur. O bildirib ki, Holokost yalnız bir xalqın faciəsi deyil, eyni zamanda, insanın insana edə biləcəyi ən böyük cinayətdir. "Biz soyqırımından, ayrı-seçkilikdən, deportasiyadan dərs çıxararaq daha gözəl gələcəyə addım atmalıyıq. Ölkəmizdəki yəhudilər min illərlə Azərbaycan xalqı ilə birlikdə sülh şəraitində yaşayırlar", - deyə Rəvan Həsənov vurğulayıb.
İsrailin ölkəmizdəki səfiri Corc Dik isə deyib ki, yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da, yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır. Səfir bildirib ki, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir. Onun sözlərinə görə, burada hər hansı ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər.
Tədbirdə daha sonra Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili , gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker çıxış edərək bildiriblər ki, Holokost tarixin, sadəcə, qanlı səhifəsi deyil, eyni zamanda, kimliyin insanlığın əlindən alınmasıdır.
"Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatın məqsədi insa
Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi yanvarın 27-28-i Azərbaycana səfər
Almaniya hökuməti Ukraynaya "Leopard 2" tanklarının tədarükünü
"Fransa açıq-aşkar Cənubi Qafqazda özünə yer etmək niyyətindədir&
Avtomobil istehsalçısı "Volvo" əyləc dəstəyi sistemindəki nasa
"Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət x
Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi g
Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın
İranda molla rejiminə qarşı etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edi
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya o
Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun Laçın yolu ətrafınd
Rusiya və KTMT də İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya gönd
Texnologiya dünyasının nəhəng şirkətlərindən biri olan "Microsoft&